Bütün xəbərlər
“Azərbaycanlı qardaşlarımızın Şuşa zəfərini təbrik edirəm”
Tarix: 08-11-2020 17:35 | Bölmə: Manşet

                “Azərbaycanlı qardaşlarımızın Şuşa zəfərini təbrik edirəm”


Türkiyə Prezidenti Rəcəb Tayyib Ədoğan AK partiyanın Kocaelidəki konqresində Şuşanın işğaldan azad edilməsindən danışıb.
“Qafqazinfo”nun məlumatına görə, Ərdoğan Azərbaycan xalqını təbrik edib.
“Sözlərimi Dağlıq Qarabağı işğaldan azad etmək üçün mübarizə aparan azərbaycanlı qardaşlarımın Şuşa zəfərini təbrik edərək başlamaq istəyirəm. Şuşanın qurtuluşu işğal altındakı torpaqların qalan qisminin azadlığına qovuşmasının yaxın olduğuna da işarədir. 
30 ildir ki, Minsk üçlüsü tərəfindən bir növ laqeydlik görən, aldadılan və masa arxasında 30 ildir aqibəti naməlum olaraq qalırdı. Qardaşlarım səbir edərək qələbəyə çatdılar. Azərbycanlı qardaşlarımızın sevinci bizim sevincimizdir. Qardaşım Əliyev başda olmaqla bütün azərbaycanlı qardaşlarımızı şəxsən öz adımdan, ailəm və millətim adımdan təbrik edirəm”, - deyə Ərdoğan bildirib.


Baxış sayı: 307


Bölməyə aid digər xəbərlər