23:11 / 25-11-2026
Afrikadan olan tələbə avtomobilində 10 kq marixuana ilə saxlanılıb
23:08 / 25-11-2026
Gürcüstan hakimiyyəti Rusiyanın Abxaziya və Cənubi Osetiyaya qarşı siyasətini təhlükə hesab edir
20:04 / 25-11-2026
ABŞ İsrailin plutonium və nüvə arsenalı haqqında məlumatları açıqlayıb
20:01 / 25-11-2026
Uşakov Rusiyanın Zelenski ilə danışıqlar aparmadığını bildirdi
19:58 / 25-11-2026
Artamonov: "Ukraynada 800 nəfərlik Fransa xüsusi təyinatlı qüvvələri alayı fəaliyyət göstərir"
19:54 / 25-11-2026
Soçidə ilk istixana banan məhsulu yığılıb
19:51 / 25-11-2026
Gecə barının yaxınlığında baş verən münaqişədən sonra əsgər reanimasiyaya yerləşdirilib
19:18 / 25-11-2026
Britaniya dron təhlükəsi səbəbindən hərbi təyyarələri anqarlara köçürür
19:13 / 25-11-2026
Dron hücumunda hamilə qadın yaralanıb və uşağı ölüb
19:10 / 25-11-2026
Sərxoş bir kişi narkomaniya mərkəzinin pəncərəsindən qaçıb
19:07 / 25-11-2026
Polis bir qadının vəhşicəsinə döyülməsinin səbəblərini araşdırır
19:05 / 25-11-2026
Tikinti şirkətinin sahibi bıçaqlanıb
18:59 / 25-11-2026
İslam Rzayevin bu əmlakları üzərinə - Həbs qoyuldu
18:54 / 25-11-2026
Elmira Şabanova vəfat etdi
15:57 / 25-11-2026
Bruney sultanı: "Putinin gələcək səfəri baş verərsə, bizim üçün vacibdir"
15:51 / 25-11-2026
Latviya Estoniyanın Rusiya ilə sərhədini bağlamasını səhv adlandırır
15:47 / 25-11-2026
Sərbəst güləş üzrə əməkdar məşqçi 96 yaşında vəfat edib
15:39 / 25-11-2026
Televiziya aparıcısı Lazareva Lissabona uçuş zamanı qarət edilib
15:34 / 25-11-2026
Sərnişin daşıyan tramvaya atəş açmaqda ittiham olunan şəxs həbs edilib
15:29 / 25-11-2026
Analitik Malinen: "Ruttenin danışdığı müharibə artıq dayandırıla bilməz"
12:14 / 25-11-2026
Zaxarova Avropa Komissiyasını Rusiyaya qarşı sanksiyalardan dəyən ziyanı hesablamağa çağırdı
12:08 / 25-11-2026
Bir evin dağıntılarını təmizləyərkən cəsəd tapılıb
12:05 / 25-11-2026
Hörmüz boğazında minalara dəydikdən sonra iki tanker alovlanıb
00:12 / 25-11-2026
İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib
23:51 / 24-11-2026
Leyla Əliyeva Nəbatat bağında - Fotolar
23:39 / 24-11-2026
Türkiyənin Əskişehir əyalətində vertolyot qəzasında beş əsgər həlak olub
23:34 / 24-11-2026
Almaniyada Merzdən narazılıq rekordlar qırır
21:15 / 24-11-2026
Rusiya Birbaşa İnvestisiya Fondu (RDIF) Kiyevin ABŞ Konqresinə müraciət planları ilə bağlı şərh verib
21:12 / 24-11-2026
Protez batareyasının partlaması nəticəsində ölüb
21:02 / 24-11-2026
Rusiya səfiri Mixno hava məkanını pozduğu iddiası ilə Polşa Xarici İşlər Nazirliyinə çağırıldı
20:58 / 24-11-2026
Turnirdə 605 kq çəkidə ştanq idmançının üzərinə düşdü
20:56 / 24-11-2026
"Lyapis Trubetskoy" qrupunun keçmiş solisti Rusiyada cinayətkar axtarış siyahısına salınıb
20:52 / 24-11-2026
Bruney sultanı Moskvaya dövlət səfərinə gəlib
20:48 / 24-11-2026
Sarkozi şahidlərlə gizli sövdələşmə ittihamları ilə mühakimə olunacaq
20:43 / 24-11-2026
Bir kişinin qətlinin üstü açılıb
20:40 / 24-11-2026
Kafedə mübahisə zamanı bir yeniyetmə kişini öldürməkdə ittiham olunub
20:37 / 24-11-2026
Bir uşaq ölən atası ilə birlikdə mənzildə qalıb
Vətən müharibəsində bizə dəstək verən əsl dost ölkə!
Tarix: 07-11-2020 18:57 | Bölmə: Manşet
Azərbaycan-İran münasibətləri yüksələn xətt üzrə inkişaf edir, xüsusilə son illər bu dinamika artıb. İki ölkə arasında qonşuluq və dostluq münasibətləri, siyasi, iqtisadi, mədəni əlaqələr örnək olacaq səviyyədədir. Hər iki ölkə rəhbərliyinin qarşılıqlı hörmətə əsaslanan münasibətləri də Azərbaycan və İran arasında dostluq körpüsünün təməllərini gücləndirən əsas amillərdən biridir.
Tarixi yaxınlıq fonunda bu münasibətlər müxtəlif sınaqlardan keçib, bəzən müəyyən anlaşılmazlıqlar müşahidə olunsa belə, son nəticədə Bakı və Tehran daim bir-birinin maraqlarına uyğun mövqe sərgiləyiblər. İranın geosiyasi proseslərdə üzləşdiyi maneələrə baxmayaraq, Azərbaycan heç vaxt qonşusuna qarşı cəbhədə yer almayıb və öz ərazisindən platforma kimi istifadə edilməsinə imkan verməyib, əksinə, daim bərabərhüquqlu tərəfdaşlığa və mehriban qonşuluq siyasətinə söykənən yanaşma sərgiləyib.
Prezident İlham Əliyev hələ 2005-ci ilin sonu və 2006-cı il ərzində beynəlxalq miqyasda kəskinləşən nüvə enerjisi məsələsi ilə bağlı müsahibələrində İrana qarşı sanksiya tətbiq edilməsinin əleyhinə çıxdığını açıq şəkildə bəyan edib, problemin danışıqlar və qarşılıqlı razılıq əsasında həllinə tərəfdar olduğunu söyləyib. Dövlət başçısı həmin vaxt bildirmişdi ki, Azərbaycanın ərazisindən heç bir dövlətə qarşı istifadəyə yol verilməyəcək.
Azərbaycan və İranın siyasi əlaqələri ikitərəfli fomatla yanaşı, beynəlxalq platformalarda da güclü təməllər üzərində qurulub.
İki ölkə BMT-dən sonra dünyada ikinci ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərakatında təmsil olunur. 120 dövlətin təmsil olunduğu təşkilat üzv ölkələrinin milli maraqlarının müdafiəsi üçün əhəmiyyətli platformadır.
Qoşulmama Hərəkatında təmsil olunan Azərbaycan və İran İslam Əməkdaşlıq Təşkilatında da birlikdə fəaliyyət göstərir.
İki ölkənin iqtisadi əməkdaşlığı da ikitərəfli formatla yekunlaşmır. İqtisadi Əməkdaşlıq Təşkilatında birgə təmsil olunan Azərbaycan və İran “Şimal-Cənub” dəhlizi kimi nəhəng regional layihənin icraçılarıdır.
Bütün bunların fonunda İranın Azərbaycanın Vətən müharibəsinə dəstək verən ilk ölkələrdən biri olması uzun illər ərzində qurulan dostluq əlaqələrinin təzahürüdür.
Hərbi əməliyyatların başlamasından bir gün sonra – sentyabrın 28-də İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə qonşu dövlətin mövqeyini rəsmi şəkildə bəyan etdi: “İran Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq və işğal olunmuş ərazilərin boşaldılması çərçivəsində həllininin tərəfdarıdır”.
İrandan gələn digər bəyanatların hər birində də Azərbaycanın haqq işinə açıq dəstək ifadə olundu.
Prezident Həsən Ruhani bildirdi ki, bütün dövlətlər qonşularının hüquqlarını tanımalıdır: “İşğal heç bir şəkildə bizim üçün qəbuledilən deyil”.
İranın nüfuzlu din xadimi Ayətullah Nuri Həmədani qeyd etdi ki, Dağlıq Qarabağ İslam dünyasının bir parçasıdır və işğaldan azad olunmalıdır.
İran İslam İnqilabi Keşişkçiləri Korpusunun (SEPAH) generalı Rəhim Noyi Əqdəm isə Ermənistanın Qarabağa terrorçu gətirdiyini, onlara qarşı mübarizəyə hazır olduqlarını bəyan etdi.
“İran Qarabağdakı terrorçularla mübarizəyə hazırdır. İran hər zaman bölgədə sülhün və qan tökülməməsinin tərəfdarıdır. Rəsmi Bakı Tehrana kömək üçün müraciət edərsə, döyüşçülərimiz Azərbaycan tərəfindən vuruşmağa hər zaman hazırdır”, - Rəhim Noyi Əqdəm bildirdi.
Oktyabrın 28-də Prezident İlham Əliyevin qəbul etdiyi İran Prezidentinin xüsusi elçisi, xarici işlər nazirinin müavini Seyid Abbas Arağçı da dövlətinin Azərbaycana dəstəyini bildirdi.
Və nəhayət, İranın Ali Rəhbəri Ayətullah Əli Xamnei noyabrın 3-də dövlət televiziyasında çıxışı zamanı bildirdi: “Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş bütün torpaqları azad olunmalıdır. Bu torpaqlar Azərbaycanındır və Azərbaycan Respublikasının öz torpaqlarını azad etmək yolundakı mübarizəsi onun haqqıdır”.
Bu, İranın dini, siyasi və hərbi səviyyədə Azərbaycana yekdil dəstəyi deməkdir.
Vətən müharibəsinin başlanmasından indiyə qədər qonşu ölkə əsl dost prinsiplərinə uyğun münasibət sərgiləyir.
Ermənistanın Azərbaycanın mülki vətəndaşlarını hədəfə alan hücumlarına sərt reaksiya verən ölkələrdən biri də məhz İrandır. İşğalçı ölkənin Bərdə şəhərinə 21 insanın həlak olması, 70-ə yaxın şəxsin yaralanması ilə nəticələnən hücumu İranın Azərbaycandakı səfirliyi tərəfindən hərbi cinayət adlandırıldı.
“Beynəlxalq hüquq normalarına əsasən, şəhərlərə və günahsız insanlara hücum etmək hərbi cinayətdir və dərhal dayandırılmalıdır”, - səfirliyin bəyanatında deyilir.
İşğal olunmuş torpaqlarımızın azad olunması istiqamətində həyata keçirilən hərbi əməliyyatlar nəticəsində Azərbaycan-İran dövlət sərhədinin tam bərpa edilməsi də iki ölkənin maraqları baxımından olduqca əhəmiyyətlidir.
Azərbaycan və İranın 765 kilometrlik dövlət sərhədinin 132 kilometri 30 ilə yaxın müddətdə erməni işğalında olub. Bu, Azərbaycanla yanaşı, İran üçün də ciddi problemlər yaradırdı:
- Qaçaqmalçılar nəzarətsiz qalan bu ərazidən istifadə edirərək, narkotika, silah və digər qeyri-qanuni daşınmaları həyata keçirirdi;
- Azərbaycan və İran arasında Araz çayı üzərində planlaşdırılan layihələr yarımçıq qalmışdı;
Dövlət sərhədinin işğaldan azad edilməsi nəticəsində bu problemlər aradan qalxdı.
2016-cı ilin fevralında Tehranda Azərbaycanla İran arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinə dair imzalanmış Sazişin ikitərəfli icrasına da şərait yarandı.
Prezident İlham Əliyev dövlət sərhədinin bərpası münasibəti ilə Azərbaycan və İran xalqını təbrik etdi, ardınca İran Prezidenti ilə telefon söhbətində birgə layihələrin icrası müzakirə olundu.
Dost İranın Azərbaycanın ərazi bütövlüyünə ən yüksək səviyyədə verdiyi dəstək beynəlxalq hüquqa hörmət və iki ölkənin strateji əməkdaşlığından irəli gəlməklə yanaşı, həm də qonşu ölkənin ədalətli olmasından irəli gəlir.
Bu dəstək Azərbaycan və İran münasibətlərinin bundan sonrakı mərhələsində unudulmayacaq amillərdən olacaq.
Baxış sayı: 374
Bölməyə aid digər xəbərlər

23-11-2026, 20:08
Rusiya Xarici İşlər Nazirliyi: Estoniya gizli şəkildə Ukrayna dronlarının Rusiyaya qarşı hücumlar etməsinə icazə verir
23-11-2026, 19:15
Le Pen: "Ukraynanın gələcəyi AB-yə qoşulmağı əhatə etmir"
23-11-2026, 19:04
Vuçiç ölüm təhdidləri aldığını açıqladı
23-11-2026, 15:45
"Gendai Business":Yaponiya Baş naziri içkili olduğuna görə G7 Zirvə Toplantısını buraxa bilər
22-11-2026, 20:21
Kanada Baş naziri ictimai şam yeməyinə Trampa bənzəyən bir şəxs gətirdi
22-11-2026, 20:16
Zaxarova: Qətlə yetirilmiş rusiyalı jurnalistlər UNESCO-nun hesabatına ulduz işarəsi kimi daxil ediliblər.
22-11-2026, 19:26
Messi topu rəqibinə atdığına görə sarı vərəqə aldı
19-11-2026, 17:45
Putin: "Tramp Ukraynadakı münaqişəni səmimi qəlbdən həll etməyə çalışır"
19-11-2026, 08:56
Tramp bildirib ki, ABŞ Asiya-Sakit Okean regionunda sülhü təşviq etmək niyyətindədir
18-11-2026, 16:09
Peskov Avropanın Ukraynadakı münaqişənin həllinə kömək etmək qabiliyyətinə şübhə ilə yanaşıb
18-11-2026, 15:51
Uşakov qeyd edib ki, Putin və Tramp Şençjendə keçiriləcək görüşdə Ukraynanı müzakirə edəcəklər
18-11-2026, 11:06
Dövlət Duması İnterpolu Kallasın ofisinə qandallarla gəlməyə çağırdı
17-11-2026, 19:11
Lavrov və Laos xarici işlər naziri görüşdə zarafatlaşdılar
17-11-2026, 14:42
Peskov Kiyevdəki terror hücumlarının Putin, Tramp və Si Cinpin arasında keçirilən görüşlə əlaqəli olduğunu istisna etməyib
12-11-2026, 18:36
Vitkoff Ukrayna ilə bağlı üçtərəfli danışıqlarda Avropa siyasətçilərinin rolundan danışdı
12-11-2026, 18:29
Vitkoff bildirib ki, Əbu-Dabidə əlaqələr müsbət atmosferdə keçib
12-11-2026, 18:15
Kuşner: "ABŞ Avropanın danışıqlara getmək istəyini görür"
12-11-2026, 18:02
Vitkoff Əbu-Dabidəki işinə görə Medinskiyə təşəkkür etdi
11-11-2026, 21:32
Peskov: "Putinin G20 sammitində iştirakı ilə bağlı hələlik heç bir qərar qəbul edilməyib"
11-11-2026, 20:03
Peskov Ukraynanın Zelenskisiz müzakirə olunacağı iddialarını təkzib etdi
11-11-2026, 19:35
General Zorin: "Rusiya və Ukrayna arasında əsir mübadiləsi növbəti 2-3 həftə ərzində baş tuta bilər"
10-11-2026, 20:52
Zelenski Əbu-Dabidəki danışıqları şərh etdi
9-11-2026, 18:25
Lavrov: "Əbu-Dabidəki danışıqlar münaqişənin həlli üçün prinsiplərin razılaşdırılmasına həsr olunub"
5-11-2026, 21:38
Rubio 2028-ci ildə Respublikaçıların namizədliyi uğrunda mübarizə aparmaq üçün Dövlət Departamentini tərk edə bilər
5-11-2026, 18:18
Britaniya Baş naziri Putini 2027-ci ildə keçiriləcək G20 sammitinə dəvət etməklə bağlı şərh verib
4-11-2026, 21:23
Rusiya, ABŞ və Çin liderləri arasında mümkün danışıqların gündəliyi dəqiqləşdirilir
4-11-2026, 21:15
Tusk Navrotski ilə konstitusiya böhranını üzbəüz müzakirə edəcək
4-11-2026, 21:01
Putin Rusiyanın heç vaxt heç kimi təhdid etmədiyini və əməkdaşlıq axtardığını bildirdi
3-11-2026, 15:39
Lavrov ABŞ-ın İrana nüvə zərbəsi endirməsi ehtimalını şərh etdi
3-11-2026, 14:15
Xarici İşlər Nazirliyi bildirib ki, Rusiya Avropada silahlanma yarışına qarışmaq niyyətində deyil
3-11-2026, 14:12
Medinski Əbu-Dabidə keçiriləcək Ukrayna danışıqlarında Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək
1-11-2026, 17:51
Zaxarova Kallasın Putinin G20 sammitində iştirakı ilə bağlı dediklərinə cavab verdi
1-11-2026, 11:01
Peskov: "Rusiya İran və ABŞ arasındakı münaqişənin həllində vasitəçilik etməyə hazırdır"
28-10-2026, 20:23
Zelenski ABŞ-a dizel yanacağı daşıyan Rusiya gəmilərinə hücum etməyəcəyinə söz verdi
28-10-2026, 16:09
Zelenski Ukraynanın ayda nə qədər "Patriot" raketi aldığını açıqladı
27-10-2026, 23:32
Putin İran Prezidenti ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi
27-10-2026, 09:13
Ombudsman İvanovskaya: "Ukrayna tibb müəssisələri rusdilli xəstələri müalicə etməkdən imtina edir"
27-10-2026, 09:07
Kallas Ukraynada sərt qış olacağı barədə xəbərdarlıq etdi