Bütün xəbərlər
Sahibə Qafarova: “Tezliklə Azərbaycan bayrağı Xankəndidə dalğalanacaq”
Tarix: 07-11-2020 14:57 | Bölmə: Manşet


“Erməni vandalizmi  nəticəsində torpaqlarımızın çox hissəsi işğaldan azad edilməkdədir. Füzuli, Qubadlı, Zəngilan və Cəbrayılın kəndlərində Azərbaycan bayrağı dalğalanır. Hərbi əməliyyatların aparıldığı 1 ay 10 gündən çox müddət onu göstərir ki Azərbaycan Ordusu  hər şeyə qadirdir».

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova bu gün keçirilən plenar iclasda çıxışı zamanı deyib.
 
Sədr bildirib ki, bu müddət ərzində Ermənistanın hərbi bazası və canlı qüvvəsi məhv edilib:

«Eyni zamanda, xalqımızın haqq işinə beynəlxalq münasibət də diqqət çəkir. Ermənistan Azərbaycana qarşı apardığı informasiya müharibəsində məğlubiyyətlə üzləşir. Ölkə başçısının beynəlxalq medaiaya müsahibələr verməsi, Ermənistanın iç üzünü və Azərbaycanınn haqq işini ortaya qoyması beynəlxalq ictimaiyyətin hadisələri daha yaxından izləməsinin göstəricisidir. Tezliklə Azərbaycan bayrağı Şuşada, eləcə də Xankəndidə, Laçında dalğalanacaq. Yaşasın Azərbaycan ordusu! Qarabağ Azərbaycandır!».
 


Baxış sayı: 237


Bölməyə aid digər xəbərlər