20:20 / 27-08-2026
UEFA prezidenti Aleksandr Çeferin Rusiyanın Avropa Futboluna nə zaman qayıda biləcəyini deyir
20:16 / 27-08-2026
Turist dağlarda azıb
20:13 / 27-08-2026
İtin 5 yaşlı qıza hücum etməsindən sonra cinayət işi açılıb
20:04 / 27-08-2026
Qolu beton qarışdırıcıya ilişən uşaq xilas edilib
20:02 / 27-08-2026
Xərçəngdən vəfat edən Stella Baranovskayanın anası qızının müalicəsi üçün vəsait mənimsəməkdə ittiham olunub
18:46 / 27-08-2026
Danimarka Parlamenti Qrenlandiya qadınlarına kontrasepsiya üçün kompensasiyanı təsdiqləyib
18:43 / 27-08-2026
Avtomobil partlayışında həlak olan şəxsin şəxsiyyəti müəyyən edilib
18:40 / 27-08-2026
Yeniyetmələr tərk edilmiş binada bir uşağı döyüblər
18:37 / 27-08-2026
Malidə silahlı hücumlarda iştirakı ehtimal olunan şəxsləri müəyyən edib
18:34 / 27-08-2026
Hərbi əsirlər üçün işgəncə zirzəmiləri aşkar edilib
18:31 / 27-08-2026
Bosniya Serb Ordusunun keçmiş komandanı Ratko Mladiç vəfat etdi
18:28 / 27-08-2026
İnternetdə açıq şəkildə terrorizmə çağırış etməkdə şübhəli bilinir
18:24 / 27-08-2026
ABŞ və İran hazırda danışıqlar aparmır
18:22 / 27-08-2026
Polis bar davası ilə bağlı məlumatları araşdıracaq
18:10 / 27-08-2026
Misirdən Moskvaya uçan təyyarə Yekaterinburqda planlaşdırılmamış eniş etdi
18:07 / 27-08-2026
Onlayn lotereyada 10 milyon rubl dəyərində super mükafat qazandı
18:05 / 27-08-2026
Terrorizmi maliyyələşdirməkdə təqsirli bilinib
18:02 / 27-08-2026
Müstəntiqlər dosent Kamenevanın qətli ilə əlaqədar oğlunun həbs olunmasını tələb edirlər
17:57 / 27-08-2026
Kütləvi qəzada motosikletçi həlak olub
13:19 / 27-08-2026
Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb
19:16 / 26-08-2026
Olimpiya medalçısı medalını satdığını təkzib etdi
19:12 / 26-08-2026
Reqbi hakimi Brızqalin intihar etdi
19:10 / 26-08-2026
Qərb Cənubi Qafqaz Dəmir Yolu (CQD) məsələsi ilə bağlı Ermənistanı şantaj etməkdə ittiham olunub
19:07 / 26-08-2026
"Tatu"nun konserti ləğv edilib
19:04 / 26-08-2026
5 yaşlı uşağı oyun meydançasından qaçıran şəxs həbs edilib
18:12 / 26-08-2026
Peskov İsveçrənin Rusiya aktivlərinin müsadirə edilməsi ilə bağlı açıqlamasına şərh verməkdən imtina etdi
18:10 / 26-08-2026
Macarıstan hökumət dəyişikliyindən sonra Rusiyanı təhlükə adlandırdı
18:07 / 26-08-2026
Daşqınlar nəticəsində təxminən 300 turist itkin düşüb
18:04 / 26-08-2026
Bir oğlanın yaralandığı polis təqibinin görüntüləri yayılıb
18:00 / 26-08-2026
15-ci əsrə aid gümüş sikkələrin olduğu gil küp tapılıb
17:57 / 26-08-2026
Media xəbərlərinə görə, Zelenski və Mask Ukraynaya dəstək mövzusunda danışıqlar apara bilərlər
17:52 / 26-08-2026
Müdafiə zavodunu yandırmağa cəhd ediblər
17:48 / 26-08-2026
"Poseidon" nüvə torpedası üçün ideal əməliyyat teatrı açıqlandı
17:44 / 26-08-2026
Avropadakı böhran Rusiya ilə qarşıdurma fonunda daha da pisləşir
17:40 / 26-08-2026
İİKK İran və Omanın Hörmüz boğazından gəmiçilikdən əldə etdiyi gəliri bölüşmək istədiyini bildirib
17:36 / 26-08-2026
Ağacları kəsərkən öldü
17:30 / 26-08-2026
Rusiya diplomatları körpələrin ölümü ilə bağlı başsağlığı veriblər
17:26 / 26-08-2026
Media xəbərlərinə görə, NATO Ukrayna Silahlı Qüvvələrinin döyüş koordinasiya sistemini maliyyələşdirib
“Bu məsələdə sona qədər gedəcəyik” - Əli Əsədov
Tarix: 06-11-2020 20:56 | Bölmə: Manşet
Bu gün Özbəkistanın təşəbbüsü ilə MDB Hökumət Başçıları Şurasının videokonfrans formatında iclası keçirilib.
"Qafqazinfo" xəbər verir ki, Azərbaycanın Baş Naziri Əli Əsədov iclasda iştirak edib.
Əli Əsədovun çıxışını təqdim edirik:
"Hörmətli Abdulla Nigmatoviç, Hörmətli həmkarlar,
İlk öncə Azərbaycan Respublikası adından və şəxsən öz adımdan sizi, eləcə də MDB Hökumət Başçıları Şurasının üzvlərini salamlayır, bugünkü iclasın təşəbbüskarı - MDB Hökumət Başçıları Şurasının sədri Abdulla Nigmatoviçə minnətdarlığımı bildirirəm.
Bugünkü iclasın gündəliyi iqtisadi və humanitar əməkdaşlıq da daxil olmaqla bir çox məsələlərin müzakirəsini nəzərdə tutur. Bu gün nəzərdən keçirilən sənədlərdən biri də iqtisadiyyatın və ticari-iqtisadi əməkdaşlığın inkişafına, yeni infrastruktur layihələrinin hazırlanmasına, iqtisadiyyatın rəqəmsallaşdırılmasının inkişafına, elmi, texniki və təhsil potensialının reallaşmasına yönəlmiş 2030-cu ilədək dövr üçün MDB İqtisadi İnkişaf Strategiyasının birinci mərhələsinin həyata keçirilməsinə dair Fəaliyyət Planıdır.
Azərbaycan MDB-yə üzv dövlətlərlə həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlığın inkişafında maraqlıdır. Ancaq qeyd etmək lazımdır ki, Birlik çərçivəsində hərtərəfli əməkdaşlıq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi həll olunmadan mümkün deyil.
Hörmətli Şura üzvləri, məlum olduğu kimi, sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı növbəti hərbi təxribat törətmişdir. İşğal olunmuş ərazilərimizdə yerləşən Ermənistan silahlı qüvvələri Azərbaycan ordusunun bütün cəbhə xətti boyunca mövqelərini və cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından istifadə etməklə intensiv atəşə tutmuş, nəticədə mülki əhali və hərbçilərimiz arasında itkilərimiz olmuşdur. Beynəlxalq hüquqa, xüsusən özünümüdafiə hüququna əsaslanaraq Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş beynəlxalq səviyyədə tanınmış ərazilərində əks-hücum əməliyyatına başlamışdır. Əks-hücum əməliyyatı nəticəsində bugünədək 4 şəhər, 3 qəsəbə, habelə 200-dən çox yaşayış məntəqəsi işğaldan azad edilmişdir.
İşğal olunmuş ərazilər azad edildikcə, işğal altındakı Azərbaycan torpaqlarına qarşı barbar münasibəti sübut edən getdikcə daha çox yeni faktlar üzə çıxır. Beynəlxalq ekspertləri cəlb etməklə foto və video materiallar, həmçinin digər maddi sübutlar əsasında biz işğal olunan ərazilərdə inventarlaşma və zərərin qiymətləndirilməsi işlərini aparacağıq.
Son hadisələr başlamazdan əvvəl Azərbaycan bir neçə dəfə Ermənistanın Azərbaycana qarşı yeni müharibə başlamaq niyyəti barədə dünya ictimaiyyətinə xəbərdarlıq etmişdir. Müxtəlif televiziya kanallarına verdiyi müsahibələrdə, həmçinin BMT tribunasından çıxışı zamanı Azərbaycan Prezidenti təcavüzkar dövlətin dayandırılmasının zəruriliyini bildirmişdir. MDB Hökumət Başçıları Şurasının 29 may tarixində keçirilmiş iclasında mən münaqişənin təxirəsalınmadan həll edilməsi üçün müraciət etmişdim. Ancaq təəssüf ki, bizim çağırış və müraciətlərimiz eşidilmədi.
2018-ci ildən başlayaraq Ermənistanın yeni hərbi-siyasi rəhbərliyi məqsədyönlü hərəkətləri ilə danışıqlar prosesini tamamilə məhv etməyə çalışır. Ermənistan Baş nazirinin bəyanatları və hərəkətləri, o cümlədən danışıqlar formatını dəyişdirmək cəhdləri, “Qarabağ Ermənistandır və nöqtə" deməsi, Şuşa şəhərində qeyri-qanuni rejiminin rəhbəri üçün dırnaqarası andiçmə mərasiminin keçirilməsi, qondarma “parlamentin” Şuşaya köçürülməsinə dair təhrikedici qərar, hərbi könüllü dəstələrin yaradılması barədə bəyanat, işğal altındakı ərazilərdə hərbi təlimlərin keçirilməsi, eləcə də Yaxın Şərq bölgəsindən, əsasən də Suriya və Livandan olan etnik ermənilərin işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırılması siyasəti buna sübutdur.
ATƏT-in Minsk qrupunun həmsədr ölkələrin dövlət başçılarının işğal olunmuş ərazilərdə status-kvonun qəbuledilməzliyi barədə bəyanatlarına baxmayaraq Ermənistan hökumətinin destruktiv hərəkətlərinin məqsədi status-kvonun saxlanılmasıdır.
Azərbaycan həmişə münaqişənin danışıqlar masası arxasında həll edilməsinə sadiq olub. Ancaq Ermənistan qeyri-konstruktiv mövqeyi ilə danışıqlar prosesini pozur. Belə ki, Ermənistan son bir ayda ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin vasitəçilik səyləri nəticəsində əldə olunmuş humanitar əsaslarla atəşkəs rejimini üç dəfə kobud şəkildə pozub. Rusiya Federasiyası Prezidentinin təşəbbüsü ilə Xarici İşlər nazirlərinin Moskva Bəyannaməsinin qəbul edilməsindən cəmi bir gün sonra – oktyabrın 11 gecə saatlarında Ermənistan silahlı qüvvələri Azərbaycanın ikinci böyük şəhəri Gəncədəki yaşayış məntəqələrinə raket hücumu həyata keçirib.
Ermənistan silahlı qüvvələri kaset və fosfor bombaları kimi qadağan olunmuş silah-sursat növlərindən istifadə edərək, Azərbaycanın cəbhə bölgələrini davamlı top atəşi altında saxlamağa davam edir. Döyüş bölgəsindən kənarda yerləşən bölgələrə də raket zərbələri endirilmişdir.
Azərbaycanda minlərlə yaşayış evi və yüzlərlə mülki infrastruktur obyekti, o cümlədən çox sayda məktəb və uşaq bağçası dağıdılmış və zədələnmişdir. Mingəçevir şəhərində Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası Ermənistan silahlı qüvvələrinin raket hücumlarına məruz qalmışdır.
Sentyabrın 27-dən başlayaraq Ermənistanın həm öz ərazilərindən, həm də Azərbaycanın işğal olunmuş ərazilərindən “Tochka-U”, “Elbrus” və digər sistemlərdən istifadə etməklə həyata keçirdiyi raket və artilleriya atəşləri yaşlı insanlar, qadınlar və 11 uşaq daxil olmaqla 92 mülki şəxsin həlak olmasına səbəb olmuş, 404 mülki şəxs yaralanmışdır.
Gecə saatlarında Gəncə və Bərdə şəhərlərinin ballistik raketlərlə bombalanması nəticəsində 53 mülki şəxs həlak olmuş, 245 nəfər yaralanmışdır. Ermənistandan fərqli olaraq, Azərbaycanın silahlı qüvvələri mülki əhaliyə və mülki obyektlərə hücum etmir, yalnız legitim hərbi hədəfləri məhv edir.
Biz MDB-yə üzv dövlətləri Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayətlər törədən Ermənistanın hərəkətlərini qətiyyətlə pisləməyə çağırırıq.
Bizə və ümid edirəm ki, iclasda iştirak edən hər kəsə aydındır ki, öz ərazisindən münaqişə zonasından kənarda yerləşən Azərbaycan şəhərlərini atəşə tutmaqla Ermənistan Azərbaycanı Ermənistan ərazisinə cavab atəşi açmağa, bununla da üçüncü dövlətləri, xüsusən də KTMT üzvü olan ölkələri münaqişəyə cəlb etməyə və hərbi əməliyyatlar coğrafiyasını genişləndirməyə çalışır.
Bir daha vurğulamaq istərdim ki, döyüş əməliyyatları Ermənistan ərazisində deyil, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisində aparılır.
Onu da qeyd etmək istərdim ki, mülki aviasiyadan istifadə etməklə Azərbaycanın işğal olunmuş ərazilərinə ötürülmək üçün Ermənistana qaçaqmalçılıq yolu ilə silah təchizatı həyata keçirilir. Bu cür qanunsuz hərəkətlər Beynəlxalq Mülki Aviasiya Təşkilatının məqsəd və prinsiplərinə ziddir. Bundan əlavə Azərbaycan ordusuna qarşı döyüşlərdə iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən muzdlular Ermənistana aparılır.
Hörmətli hökumət rəhbərləri, Oktyabrın 29-da Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə Azərbaycan münaqişə zonasında həlak olmuş 30-a yaxın erməni əsgər və zabitinin cəsədini birtərəfli qaydada Ermənistana ötürmüşdür. Bu, Rusiyanın vasitəçilik səyləri sayəsində mümkün olmuşdur. Bu addım humanizm prinsiplərini rəhbər tutaraq atılmışdır. Baxmayaraq ki, Ermənistan uzun müddət həlak olanların cəsədlərini təhvil almaqdan imtina edirdi.
Hörmətli Şura üzvləri, Azərbaycan tərəfi ardıcıl olaraq bütün səviyyələrdə gələcəkdə erməni və Azərbaycan icmalarının Dağlıq Qarabağ ərazisində dinc yaşamalı olduqlarını bildirmişdir. Necə ki, minlərlə üzvü olan erməni icması Bakı da daxil olmaqla Azərbaycanın digər yaşayış məntəqələrində, eləcə də Rusiyada və MDB-nin, habelə dünyanın digər ölkələrində dinc yaşayırlar.
Biz erməni xalqına qarşı müharibə aparmırıq, beynəlxalq səviyyədə tanınmış torpaqlarımızı işğaldan azad edirik. Yeganə hədəfimiz Azərbaycanın ərazi bütövlüyünün tam bərpası, Ermənistan tərəfindən işğal olunmuş bütün ərazilərin BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə uyğun olaraq azad edilməsi və bölgədə uzunmüddətli sülhün və təhlükəsizliyin bərqərar edilməsidir. MDB-yə üzv olan dövlətlər tərəfindən bir-birlərinin ərazi bütövlüyünün və mövcud sərhədlərin toxunulmazlığının tanınması və hörmət edilməsi 1991-ci il Alma-Ata Bəyannaməsi də daxil olmaqla Birliyin təməl sənədlərində təsbit edilmişdir.
Hörmətli həmkarlar, Bu tribunadan sizə müraciət edərək bildirirəm ki, Azərbaycan heç vaxt bir qarış özgə torpağına iddiası olmayıb. Eləcə də, bir qarış torpağımızın belə işğalı ilə heç vaxt barışmayacağıq. Bu, bizim prinsipial mövqeyimizdir və bu məsələdə biz sona qədər gedəcəyik.
Sonda hörmətli Abdulla Nigmatoviçə və ayrıca olaraq hörmətli Sergey Nikolaeviçə bugünkü görüşün yüksək səviyyədə təşkilinə görə təşəkkürümü bildirmək istəyirəm.
Əminəm ki, bugünkü iclasda qəbul olunacaq qərarlar MDB çərçivəsində qarşılıqlı əlaqələrin gücləndirilməsinə və əməkdaşlığımızın səmərəsinin artırılmasına xidmət edəcəkdir.
Diqqətiniz üçün təşəkkür edirəm".
Baxış sayı: 326
Bölməyə aid digər xəbərlər

20-08-2026, 19:35
Mendel: "Rusiya Silahlı Qüvvələrinin Kiyevə zərbə endirməsindən sonra Zelenski günahı Trampa yıxacaq"
19-08-2026, 08:30
Boqdanov: "Kim Çen Inla görüş Trampın yeganə xarici siyasət aktividir"
18-08-2026, 22:38
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığına və bunu etmək planının olmadığına əminlik verdi
18-08-2026, 22:07
İran xarici işlər naziri Əraqçi: "ABŞ Tehranla danışıqlar üçün yalvarır"
18-08-2026, 21:48
"Barselona" İspaniya millisinin kapitanı Rodri ilə müqavilə imzaladığını elan etdi
18-08-2026, 12:33
Yaponiyanın Rusiyadakı səfiri Akira Muto Rusiya Xarici İşlər Nazirliyinin binasını tərk etdi
17-08-2026, 22:13
Avropa Parlamentinin üzvü: "Avropa Birliyinin Rusiyaya qarşı yeni sanksiyalar tələbi sülh gətirməyəcək"
14-08-2026, 17:38
Tahir Gözel 1 milyon manat “premiya” sözü verdi
12-08-2026, 10:45
Tramp Amerika qanunlarının sərtliyindən şikayətləndi
11-08-2026, 19:17
Conson bildirib ki, Zelenskinin özü 2022-ci ildə Rusiya ilə münaqişəni davam etdirmək qərarına gəlib
9-08-2026, 18:49
Papa Rusiya və Ukraynanı dialoqa qayıtmağa çağırdı
6-08-2026, 21:11
Zelenski Ukraynanın 2027-ci ilə qədər öz ballistik sistemini inkişaf etdirəcəyinə ümid edir
5-08-2026, 20:56
Roskosmos baş institutunda yanğın baş verib
3-08-2026, 18:37
But: "ABŞ həbsxanalarındakı şərait Hollivud filmlərində təsvir olunanlara çox yaxındır"
30-07-2026, 18:21
Tusk Ukrayna üçün hansı dövrün həlledici olacağını izah etdi
29-07-2026, 19:09
"Trampın üzünə şillə": Kiyevin İrana mümkün kompensasiya ödənişi ilə bağlı ekspert
28-07-2026, 18:55
Tramp İranın "Nüvə qalasını" dağıtmaqla hədələyir
27-07-2026, 20:58
Tramp danışıqlar uğursuz olarsa, ABŞ-ın hərbi əməliyyatlara davam etməyə hazır olduğunu bildirdi
27-07-2026, 20:34
Peskov informasiya müharibəsinin heç vaxt bitməyəcəyinə inanır
26-07-2026, 23:38
Braziliya Prezidenti yeni ABŞ tariflərini strateji səhv adlandırdı
23-07-2026, 13:25
Zaxarova Lavrov-Rubio görüşünün ABŞ təşəbbüsü olduğunu təsdiqlədi
22-07-2026, 13:33
IFFHS Messini Dünya Kubokunun "İlin oyunçusu" seçdi
22-07-2026, 08:26
Merts Rusiya və Almaniya nümayəndələri arasında Bakıda keçirilən görüşdən xəbərsiz olduğunu etiraf etdi
21-07-2026, 20:41
Tramp İranın "yeni nüvə obyekti"ni vurmaqla hədələyir
21-07-2026, 19:08
Umerov Ukraynanın ABŞ-dakı səfiri vəzifəsinə namizəd hesab olunur
14-07-2026, 23:28
Kreml Merzin Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı sözlərinə cavab verdi
14-07-2026, 18:26
Bricit Makron Parisdə görüşəndə Zelenskini öpdü
14-07-2026, 18:08
Lavrov ABŞ-ın İrana zərbələri barədə sərt danışdı
12-07-2026, 20:17
Stefanişina Ukraynanın ABŞ-dakı səfiri vəzifəsindən istefa verdi
8-07-2026, 20:51
Türkiyə Ukraynada ABŞ-ın sülh təşəbbüslərini dəstəklədiyini bildirib
8-07-2026, 20:45
Tramp Kiyevin neft emalı zavodlarına endirdiyi zərbələri münaqişənin sona çatmasına kömək edəcək eskalasiya adlandırdı
7-07-2026, 21:39
Tramp: "Ukraynadakı münaqişənin yaxın gələcəkdə həlli mümkündür"
7-07-2026, 21:25
"Polymarket", Ronaldonun Dünya Kubokunda göz yaşlarına qoyulan mərcləri qəbul etmədi.