Bütün xəbərlər
"Düşmən uşaq bağçasını hərbi qərargaha çevirib" - Prezidentin köməkçisi
Tarix: 03-11-2020 22:23 | Bölmə: Manşet

                "Düşmən uşaq bağçasını hərbi qərargaha çevirib"- Prezidentin köməkçisi


“Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsi bu münaqişənin əsas səbəbidir”.
Unikal.org xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sozlərinə görə, Ermənistanın silahlı qüvvələrinin tərkibində özünü büruzə verən məsələlərdən biri uşaq əsgərlərin olmasıdır: “Bu, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Ermənistan tərəfindən məktəblərin, hospitalların atəşə tutulması istiqamətində də cinayətkar əməllər yerinə yetirilir. Onlar Azərbaycanın işğal olunumuş ərazilərinin birində uşaq bağçasını hərbi qərargaha çevirib”.


Baxış sayı: 274


Bölməyə aid digər xəbərlər