Bütün xəbərlər
Sahibə Qafarova İzmirdəki zəlzələ ilə əlaqədar türkiyəli həmkarına zəng edib (FOTO)
Tarix: 30-10-2020 22:42 | Bölmə: Manşet

Sahibə Qafarova İzmirdəki zəlzələ ilə əlaqədar türkiyəli həmkarına zəng edib (FOTO)


Oktyabrın 30-da Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopla telefonla danışıb.
Trend-in məlumatına görə, bu barədə S.Qafarova öz "Twitter" səhifəsində paylaşım edib.
Milli Məclisin Sədri bildirib: "Bu gün İzmir şəhərində baş verən zəlzələ ilə əlaqədar olaraq həmkarım TBMM Sədri cənab Mustafa Şentopa zəng etdim, başsağlığı və keçmiş olsun diləklərimi çatdırdım. Azərbaycan xalqının duaları hər zaman qardaş Türkiyə ilədir".

Sahibə Qafarova İzmirdəki zəlzələ ilə əlaqədar türkiyəli həmkarına zəng edib (FOTO) - Gallery Image



Sahibə Qafarova İzmirdəki zəlzələ ilə əlaqədar türkiyəli həmkarına zəng edib (FOTO) - Gallery Thumbnail







Baxış sayı: 205


Bölməyə aid digər xəbərlər