23:11 / 25-11-2026
Afrikadan olan tələbə avtomobilində 10 kq marixuana ilə saxlanılıb
23:08 / 25-11-2026
Gürcüstan hakimiyyəti Rusiyanın Abxaziya və Cənubi Osetiyaya qarşı siyasətini təhlükə hesab edir
20:04 / 25-11-2026
ABŞ İsrailin plutonium və nüvə arsenalı haqqında məlumatları açıqlayıb
20:01 / 25-11-2026
Uşakov Rusiyanın Zelenski ilə danışıqlar aparmadığını bildirdi
19:58 / 25-11-2026
Artamonov: "Ukraynada 800 nəfərlik Fransa xüsusi təyinatlı qüvvələri alayı fəaliyyət göstərir"
19:54 / 25-11-2026
Soçidə ilk istixana banan məhsulu yığılıb
19:51 / 25-11-2026
Gecə barının yaxınlığında baş verən münaqişədən sonra əsgər reanimasiyaya yerləşdirilib
19:18 / 25-11-2026
Britaniya dron təhlükəsi səbəbindən hərbi təyyarələri anqarlara köçürür
19:13 / 25-11-2026
Dron hücumunda hamilə qadın yaralanıb və uşağı ölüb
19:10 / 25-11-2026
Sərxoş bir kişi narkomaniya mərkəzinin pəncərəsindən qaçıb
19:07 / 25-11-2026
Polis bir qadının vəhşicəsinə döyülməsinin səbəblərini araşdırır
19:05 / 25-11-2026
Tikinti şirkətinin sahibi bıçaqlanıb
18:59 / 25-11-2026
İslam Rzayevin bu əmlakları üzərinə - Həbs qoyuldu
18:54 / 25-11-2026
Elmira Şabanova vəfat etdi
15:57 / 25-11-2026
Bruney sultanı: "Putinin gələcək səfəri baş verərsə, bizim üçün vacibdir"
15:51 / 25-11-2026
Latviya Estoniyanın Rusiya ilə sərhədini bağlamasını səhv adlandırır
15:47 / 25-11-2026
Sərbəst güləş üzrə əməkdar məşqçi 96 yaşında vəfat edib
15:39 / 25-11-2026
Televiziya aparıcısı Lazareva Lissabona uçuş zamanı qarət edilib
15:34 / 25-11-2026
Sərnişin daşıyan tramvaya atəş açmaqda ittiham olunan şəxs həbs edilib
15:29 / 25-11-2026
Analitik Malinen: "Ruttenin danışdığı müharibə artıq dayandırıla bilməz"
12:14 / 25-11-2026
Zaxarova Avropa Komissiyasını Rusiyaya qarşı sanksiyalardan dəyən ziyanı hesablamağa çağırdı
12:08 / 25-11-2026
Bir evin dağıntılarını təmizləyərkən cəsəd tapılıb
12:05 / 25-11-2026
Hörmüz boğazında minalara dəydikdən sonra iki tanker alovlanıb
00:12 / 25-11-2026
İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib
23:51 / 24-11-2026
Leyla Əliyeva Nəbatat bağında - Fotolar
23:39 / 24-11-2026
Türkiyənin Əskişehir əyalətində vertolyot qəzasında beş əsgər həlak olub
23:34 / 24-11-2026
Almaniyada Merzdən narazılıq rekordlar qırır
21:15 / 24-11-2026
Rusiya Birbaşa İnvestisiya Fondu (RDIF) Kiyevin ABŞ Konqresinə müraciət planları ilə bağlı şərh verib
21:12 / 24-11-2026
Protez batareyasının partlaması nəticəsində ölüb
21:02 / 24-11-2026
Rusiya səfiri Mixno hava məkanını pozduğu iddiası ilə Polşa Xarici İşlər Nazirliyinə çağırıldı
20:58 / 24-11-2026
Turnirdə 605 kq çəkidə ştanq idmançının üzərinə düşdü
20:56 / 24-11-2026
"Lyapis Trubetskoy" qrupunun keçmiş solisti Rusiyada cinayətkar axtarış siyahısına salınıb
20:52 / 24-11-2026
Bruney sultanı Moskvaya dövlət səfərinə gəlib
20:48 / 24-11-2026
Sarkozi şahidlərlə gizli sövdələşmə ittihamları ilə mühakimə olunacaq
20:43 / 24-11-2026
Bir kişinin qətlinin üstü açılıb
20:40 / 24-11-2026
Kafedə mübahisə zamanı bir yeniyetmə kişini öldürməkdə ittiham olunub
20:37 / 24-11-2026
Bir uşaq ölən atası ilə birlikdə mənzildə qalıb
Dünənki bəyanatda yer alan “vaxt cədvəli” bunu nəzərdə tutur
Tarix: 26-10-2020 10:13 | Bölmə: Manşet
Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək üçün keçirdiyi əks-hücum əməliyyatları çərçivəsində beynəlxalq təşkilatların və dünya liderliyinə iddialı ölkələrin xahişləri və bəzən də təzyiqləri fonunda üçüncü humanitar atəşkəs imzalanıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, ABŞ Dövlət Departamenti və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin 25 oktyabr tarixli bəyanatı bu gün saat 08-dən qüvvəyə minib. İşğal edilmiş torpaqlarını bir-bir azad edən Azərbaycana xaricdən çoxsaylı təzyiqlər edilir. Məqsəd ordumuzun zərbələrindən acınacaqlı vəziyyətə düşən Ermənistanı xilas etməkdir. Azərbaycan döyüş meydanında olduğu kimi diplomatik arenada da döyüşməyə məcburdur ki, Ermənistana havadarlıq edən güclər Azərbaycanın bu Vətən Müharibəsində hansısa başqa məqsədlərdə ittiham etməsinlər. Bu təzyiqlərin birini bu günlərdə BMT Təhlükəsizlik Şurasında məsləhətləşmələr zamanı gördük. Təhlükəsizlik Şurasının daimi üzvləri, həm də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsinə 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrə istinadı daxil etməmişdilər. Üstəlik onlar bir sıra ölkələrin həmin qətnamələrə istinadın mətnə salınması ilə bağlı təkidli mövqeyini də qəbul etmədilər. Bu məsələdə də Azərbaycana Prezident İlham Əliyevin illər ərzində həyata keçirdiyi diplomatik siyasət, uzaqgörən addımlar kömək etdi. Qoşulmama Hərəkatına üzv olan dövlətlərin BMT TŞ-nin bəyanatını təsdiqləməməsi nəticəsində həmin bəyanat geri götürüldü.
BMT Təhlükəsizlik Şurası özünün qəbul etdiyi sənədə hörmətsizlik edərək icra etməsə də, Azərbaycan Ordusu bu günlərdə döyüş meydanında BMT-nin bu ayıbını örtməklə məşğuldur. Azərbaycan Silahlı Qüvvələri artıq həmin qətnamələrin icrasını özü həyata keçirir, Füzuli, Cəbrayıl və Qubadlının əksər hissəsinin azad edilməsi ilə 874 saylı qətnamə, Zəngilanın işğaldan azad edilməsiylə 884 saylı qətnamə aktuallığını itirib. Prezident İlham Əliyev dünən çıxışında bildirdi ki, artıq Kəlbəcər rayonun a bir hissəsi işğaldan azad edilib. Bununla 822 saylı qətnamə də şübhə altına düşür. Müdafiə Nazirliyi bu gün səhər açıqladı ki, Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun Laçın rayonu Səfiyan kəndindəki bölmələrini atəşə tutub. Artıq 853 saylı qətnaməni də Azərbaycan Ordusu icra etməkdədir.
Bu vaxta qədər Azərbaycan və Ermənistan arasında 10 və 17 oktyabrda olmaqla 2 humanitar atəşkəs barədə razılıq əldə edilmişdi. Lakin hər iki humanitar atəşkəs Ermənistan tərəfindən pozulub. Hər iki atəşkəsdən dərhal sonra Ermənistan Azərbaycan ikinci ən böyük şəhəri olan Gəncənin mülki əhali yaşayan məntəqələrini raket atəşinə tutub. Cəbhə zonasında yerləşən digər rayonlar da artilleriya və raket atəşinə məruz qalıb. Nəticədə 65 nəfər dinc sakin vəfat edib, 297 nəfər yaralanıb.
Diplomatik mənbələrdən əldə edilən məlumata görə, 25 oktyabr bəyanatının ilkin layihəsi indiki mətndən tamamilə fərqlənirdi. Azərbaycan tərəfi bütün təzyiqlərə baxmyaraq, qəti mövqe nümayiş etdirərək açıqlamanın birtərəfli olmasının, yəni onun ancaq humanitar atəşkəs ilə məhdudlaşdırılmasının qarşısını almağa nail oldu.
Bəyanatların özünə gəldikdə isə ilk olaraq vurğulanmalıdır ki, burada söhbət atəşkəsdən deyil, humanitar atəşkəsdən gedir.
Bəyanatda yer alan atəşkəsin monitorinqi üzrə parametrlər məsələsi münaqişənin müfəssəl həlli prosesi ilə paralel getməlidir. Bu o deməkdir ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması ilə bağlı konkret vaxt cədvəli müəyyən edilməlidir. Bəyanatda öz əksini tapmış “vaxt cədvəli” (timeline) ifadəsi məhz bunu nəzərdə tutur.
Eyni zamanda, atəşkəsin monitorinqi üzrə parametrlər Ermənistandan işğal olunmuş ərazilərə silah, canlı qüvvə daşınmasına nəzarət olunmasını da ehtiva etməlidir. Bu mənada həmsədrlərin bəyanatında yer almış məqamların geniş surətdə müzakirə olunmasına və razılaşdırılmasına ehtiyac vardır.
Baza prinsiplərini rədd edən, bir neçə gün öncə “Münaqişənin diplomatik həlli yoxdur” deyən Nikol Paşinyan artıq məcbur olub bu dəfə danışıqlar üçün ABŞ-a yalvarır. Artıq Paşinyan kompromislərdən danışır.
Əgər bu humanitar atəşkəs də Ermənistan tərəfindən pozularsa, Azərbaycan yenə düşmənə qətiyyətli cavab verəcək. Təəssüf ki, Ermənistana müxtəlif mənbələrdən silahların daşınması davam edir. Bu onu göstərir ki, Ermənistan bu humanitar atəşkəsə da riayət etməyəcək. Bunun ilkin əlamətləri də artıq özünü göstərir. Müdafiə Nazirliyinin səhər saatlarında açıqladığı məlumata görə, Oktyabrın 26-da saat 08.00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri növbəti dəfə əldə olunmuş razılaşmanı kobud surətdə pozub. Düşmən səhər saat 8-dən sonra Tərtər şəhərini və rayonun kəndlərini və Laçın rayonu Səfiyan kəndində yerləşən Azərbaycan Ordusunun bölmələrini artilleriya atəşinə tutub. Ermənistan artıq dünən ABŞ və ATƏT-in birgə elan etdiyi humanitar atəşkəs bəyanatını pozub.
Ermənistan baş naziri Nikol Paşinyanın öz tvitter mikrobloqunda ABŞ Prezidenti Donald Trampın adını işarələyərək Ermənistanın Vaşinqton razılaşmasına əsasən atəşkəs rejiminə əməl etmələrinə dair tvitterdəki paylaşımına münasibət bildirən Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib ki, Ermənistanın Baş Naziri yenidən yalan danışır.
Baxış sayı: 309
Bölməyə aid digər xəbərlər

23-11-2026, 20:08
Rusiya Xarici İşlər Nazirliyi: Estoniya gizli şəkildə Ukrayna dronlarının Rusiyaya qarşı hücumlar etməsinə icazə verir
23-11-2026, 19:15
Le Pen: "Ukraynanın gələcəyi AB-yə qoşulmağı əhatə etmir"
23-11-2026, 19:04
Vuçiç ölüm təhdidləri aldığını açıqladı
23-11-2026, 15:45
"Gendai Business":Yaponiya Baş naziri içkili olduğuna görə G7 Zirvə Toplantısını buraxa bilər
22-11-2026, 20:21
Kanada Baş naziri ictimai şam yeməyinə Trampa bənzəyən bir şəxs gətirdi
22-11-2026, 20:16
Zaxarova: Qətlə yetirilmiş rusiyalı jurnalistlər UNESCO-nun hesabatına ulduz işarəsi kimi daxil ediliblər.
22-11-2026, 19:26
Messi topu rəqibinə atdığına görə sarı vərəqə aldı
19-11-2026, 17:45
Putin: "Tramp Ukraynadakı münaqişəni səmimi qəlbdən həll etməyə çalışır"
19-11-2026, 08:56
Tramp bildirib ki, ABŞ Asiya-Sakit Okean regionunda sülhü təşviq etmək niyyətindədir
18-11-2026, 16:09
Peskov Avropanın Ukraynadakı münaqişənin həllinə kömək etmək qabiliyyətinə şübhə ilə yanaşıb
18-11-2026, 15:51
Uşakov qeyd edib ki, Putin və Tramp Şençjendə keçiriləcək görüşdə Ukraynanı müzakirə edəcəklər
18-11-2026, 11:06
Dövlət Duması İnterpolu Kallasın ofisinə qandallarla gəlməyə çağırdı
17-11-2026, 19:11
Lavrov və Laos xarici işlər naziri görüşdə zarafatlaşdılar
17-11-2026, 14:42
Peskov Kiyevdəki terror hücumlarının Putin, Tramp və Si Cinpin arasında keçirilən görüşlə əlaqəli olduğunu istisna etməyib
12-11-2026, 18:36
Vitkoff Ukrayna ilə bağlı üçtərəfli danışıqlarda Avropa siyasətçilərinin rolundan danışdı
12-11-2026, 18:29
Vitkoff bildirib ki, Əbu-Dabidə əlaqələr müsbət atmosferdə keçib
12-11-2026, 18:15
Kuşner: "ABŞ Avropanın danışıqlara getmək istəyini görür"
12-11-2026, 18:02
Vitkoff Əbu-Dabidəki işinə görə Medinskiyə təşəkkür etdi
11-11-2026, 21:32
Peskov: "Putinin G20 sammitində iştirakı ilə bağlı hələlik heç bir qərar qəbul edilməyib"
11-11-2026, 20:03
Peskov Ukraynanın Zelenskisiz müzakirə olunacağı iddialarını təkzib etdi
11-11-2026, 19:35
General Zorin: "Rusiya və Ukrayna arasında əsir mübadiləsi növbəti 2-3 həftə ərzində baş tuta bilər"
10-11-2026, 20:52
Zelenski Əbu-Dabidəki danışıqları şərh etdi
9-11-2026, 18:25
Lavrov: "Əbu-Dabidəki danışıqlar münaqişənin həlli üçün prinsiplərin razılaşdırılmasına həsr olunub"
5-11-2026, 21:38
Rubio 2028-ci ildə Respublikaçıların namizədliyi uğrunda mübarizə aparmaq üçün Dövlət Departamentini tərk edə bilər
5-11-2026, 18:18
Britaniya Baş naziri Putini 2027-ci ildə keçiriləcək G20 sammitinə dəvət etməklə bağlı şərh verib
4-11-2026, 21:23
Rusiya, ABŞ və Çin liderləri arasında mümkün danışıqların gündəliyi dəqiqləşdirilir
4-11-2026, 21:15
Tusk Navrotski ilə konstitusiya böhranını üzbəüz müzakirə edəcək
4-11-2026, 21:01
Putin Rusiyanın heç vaxt heç kimi təhdid etmədiyini və əməkdaşlıq axtardığını bildirdi
3-11-2026, 15:39
Lavrov ABŞ-ın İrana nüvə zərbəsi endirməsi ehtimalını şərh etdi
3-11-2026, 14:15
Xarici İşlər Nazirliyi bildirib ki, Rusiya Avropada silahlanma yarışına qarışmaq niyyətində deyil
3-11-2026, 14:12
Medinski Əbu-Dabidə keçiriləcək Ukrayna danışıqlarında Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək
1-11-2026, 17:51
Zaxarova Kallasın Putinin G20 sammitində iştirakı ilə bağlı dediklərinə cavab verdi
1-11-2026, 11:01
Peskov: "Rusiya İran və ABŞ arasındakı münaqişənin həllində vasitəçilik etməyə hazırdır"
28-10-2026, 20:23
Zelenski ABŞ-a dizel yanacağı daşıyan Rusiya gəmilərinə hücum etməyəcəyinə söz verdi
28-10-2026, 16:09
Zelenski Ukraynanın ayda nə qədər "Patriot" raketi aldığını açıqladı
27-10-2026, 23:32
Putin İran Prezidenti ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi
27-10-2026, 09:13
Ombudsman İvanovskaya: "Ukrayna tibb müəssisələri rusdilli xəstələri müalicə etməkdən imtina edir"
27-10-2026, 09:07
Kallas Ukraynada sərt qış olacağı barədə xəbərdarlıq etdi