Bütün xəbərlər
Hikmət Hacıyev Azərbaycana qarşı ittihamlara cavab verdi
Tarix: 15-10-2020 23:15 | Bölmə: Manşet

                Hikmət Hacıyev Azərbaycana qarşı ittihamlara cavab verdi


“Ermənistandan fərqli olaraq, Azərbaycan muzdluların işə götürülməsinə, istifadəsinə, maliyyələşdirilməsinə və təliminə qarşı 1989-cu il Konvensiyasına 1997-ci ildə qoşulub”. 
“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter hesabında məlumat verib. 
O bildirib ki, ölkəmizin qanunlarına əsasən muzdlu cəlb etmək cinayətdir: “Azərbaycan qanunlarına (Cinayət Məcəlləsi) əsasən muzdlu cəlb etmək cinayət olduğu üçün Azərbaycana qarşı irəli sürülən hər hansı bir ittiham əsassızdır”.


Baxış sayı: 244


Bölməyə aid digər xəbərlər