Bütün xəbərlər
İsveçrə səfiri: Gəncədə nələrin baş verdiyini görmək mənim üçün çox önəmli idi
Tarix: 13-10-2020 12:34 | Bölmə: Manşet

         
Bütün zərərçəkənlərin ailələrinə səmimi başsağlığımı çatdırıram. Mənim üçün Gəncəyə gəlmək və burada nələrin baş verdiyini görmək çox önəmli idi.
Trend-in məlumatına görə, bunu oktyabrın 12-də Gəncədə jurnalistlərə açıqlamasında İsveçrə Konfederasiyasının ölkəmizdəki səfiri xanım Muriel Peneveyre bildirib.
O qeyd edib ki, münaqişə ilə bağlı İsveçrə artıq sentyabrın 28-də öz mövqeyini ifadə edib: “İsveçrə bütün tərəfləri dərhal güc tətbiq etməkdən yayınmağa və beynəlxalq hüquq, xüsusilə də beynəlxalq humanitar hüquq qarşısındakı öhdəliklərini yerinə yetirməyə çağırır. Bu, o deməkdir ki, mülki əhalini qorumalıyıq”.
Qeyd edək ki, Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri oktyabrın 12-də Gəncə və Mingəçevir şəhərlərinə səfər ediblər. Səfərin məqsədi onları Ermənistanın günahsız mülki insanlara və enerji infrastrukturuna qarşı həyata keçirdiyi məsuliyyətsiz raket hücumlarının səbəb olduğu cinayət izləri ilə tanış etməkdir.



Baxış sayı: 246


Bölməyə aid digər xəbərlər