Bütün xəbərlər
Sahibə Qafarova: Ermənistan öz cinayətkar mahiyyətini, terror dövləti olduğunu bir daha göstərdi
Tarix: 11-10-2020 21:42 | Bölmə: Manşet

Ermənistan öz cinayətkar mahiyyətini, terror dövləti olduğunu və heç bir insani-humanitar normalara hörmət etmədiyini bir daha göstərdi.
AZƏRTAC xəbər verir ki, bu fikri Milli Məclisin Sədri Sahibə Qafarova Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini raket hücumuna məruz qoyması ilə bağlı “Facebook” səhifəsindəki paylaşımında bildirib.
Parlamentin Sədri qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri qarşısında aciz və çarəsiz qalan Ermənistanın silahsız və dinc insanlara gecə yuxuda olarkən raketlə hücum etməsi Azərbaycan xalqının şanlı tarixindən gələn qəhrəmanlıq və qorxmaz hissləri qarşısında və dünyanın gözü qarşısında kiçilməsindən başqa bir şey deyil.
Bu hücum bir daha bütün dünyaya Azərbaycanın haqlı mübarizə apardığını, Ermənistanın müharibəni belə ən dəyərsiz şəkildə apardığını açıq-aydın göstərir.
Bu gecə Gəncədə həyatını itirən həmvətənlərimə Allahdan rəhmət, yaralılara şəfa diləyirəm. Bu hadisələrin fonunda bir şeyə xalq olaraq hər gün daha çox inanırıq ki, qələbə bizimdir və Qarabağ Azərbaycandır!




Baxış sayı: 223


Bölməyə aid digər xəbərlər