Bütün xəbərlər
“Ermənistanın “humanitar atəşkəs” istəyi hiylə və oyun idi”
Tarix: 11-10-2020 21:31 | Bölmə: Manşet

                   “Ermənistanın “humanitar atəşkəs” istəyi hiylə və oyun idi”


"Ermənistan tərəfinin xahişi ilə elan edilmiş humanitar atəşkəs yenə onun özü tərəfindən özünə layiq şəkildə pozuldu. Düşmən bir daha öz mənfur təcavüzkar mahiyyətini Gəncə şəhərində endirdiyi raket zərbəsi ilə göstərmiş oldu. Moskvada ermənilərin yalvarışı əsasında qəbul edilən humanitar atəşkəsi ermənilər terrorla məhv etdilər".
Bu sözləri "Qafqazinfo"ya açıqlamasında millət vəkili Malik Həsənov Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket zərbəsi endirməsi haqda danışarkən deyib. 
O qeyd edib ki, işğalçı Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini birmənalı olaraq tanımır və hər dəfəsində bunu açıq-aydın şəkildə göstərir:
“Humanitar atəşkəs elan edilsə də, Ermənistan öz riyakarlığını bir daha göstərdi və Gəncə şəhərində terror aktı həyata keçirdi. Gəncə və digər ərazilərin bombalanması bütün dünya tərəfindən birmənalı şəkildə qınanmalıdır. Məsələ ondadır ki, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncə cəbhə zonasından kənarda yerləşir. Hücum nəticəsində çoxmənzilli yaşayış binası dağıdılıb, nəticədə 9 nəfər həlak olub, 34 nəfər yaralanıb. İşğalçı Ermənistan müharibə bölgəsindən uzaqdan yerləşən Gəncə şəhərini, xüsusilə də dinc əhalinin yaşadığı ərazini özünə hədəf seçərək faktiki olaraq beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların əlavə Protokollarını kobudcasına pozmuş oldu.  Onsuz da əvvəldən gözlənilirdi ki, ermənilər Moskva danışıqlarına, qəbul edilən humanitar atəşkəsə riayət etmək niyyətində deyillər. 30 ildə bir dəfə də verdiyi sözə, imzasına, qəbul etdiyi prinsiplərə əməl etməyən bir ölkənin “humanitar atəşkəs” istəyi də yalnız hiylə və oyun idi".


Baxış sayı: 281


Bölməyə aid digər xəbərlər