Bütün xəbərlər
Şövkət Əziz İlham Əliyevə məktub yazdı
Tarix: 11-10-2020 19:18 | Bölmə: Manşet

                   Şövkət Əziz İlham Əliyevə məktub yazdı


2004-2007-ci illərdə Pakistanın Baş Naziri olmuş Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Şövkət Əziz Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. 
“Qafqazinfo” xəbər verir ki, məktubda deyilir:
“Biz, ölkənizin dostları olaraq Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisində baş verən ən son münaqişədən narahatıq. Günahsız insanların, xüsusi ilə də uşaqların ölümü qəbul edilməzdir. Beynəlxalq ictimaiyyət BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin dərhal yerinə yetirilməsinin vacibliyini xatırlatmaqla Ermənistana daha fəal surətdə təsir etməlidir.
Biz, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi adından BMT-nin Baş katibinə bəyanat göndərərək erməni təcavüzkarların Azərbaycan ərazilərindən dərhal çıxarılmasına və təcili atəşkəsə çağırış edirik. Biz, həmçinin həmsədrimiz Vayra Vike-Freyberqanın BMT-nin xüsusi nümayəndə təyin edərək Təhlükəsizlik Şurasına hesabat verməsi təklifini dəstəkləyirik.
Cənab Prezident, biz Sizin və Azərbaycan xalqının yanındayıq”.


Baxış sayı: 270


Bölməyə aid digər xəbərlər