Bütün xəbərlər
“Danışıqların bərpası Ermənistanın mövqeyindən asılıdır” - İlham Əliyev
Tarix: 10-10-2020 08:51 | Bölmə: Manşet

                 “Danışıqların bərpası Ermənistanın mövqeyindən asılıdır”


“Danışıqların bərpası Ermənistanın mövqeyindən asılıdır. Azərbaycan həmişə danışıqlar prosesini dəstəkləmişdir”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “Sky News” televiziya kanalında müsahibəsi zamanı danışıb.
Dövlət başçısı bildirib:
“Səmimi söyləsəm, ATƏT-in Minsk qrupunun yaradılmasından bəri 28 il müddətində biz danışıqlarda iştirak edirik. Bizim ümidlərimiz var idi və indi də ümidlərimiz var ki, danışıqlar irəliləyişə və münaqişənin siyasi həllinə gətirib çıxaracaqdır. Lakin əfsuslar olsun ki, Ermənistanın mövqeyi əksinə idi. Onlar danışıqlardan bu prosesi sonsuz etmək üçün yalnız bir bəhanə kimi istifadə edirdilər. Başqa sözlə, onlar həmişə status-kvonu möhkəmləndirmək, status-kvonu dəyişməz olaraq saxlamaq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və danışıqlar masasında olan və ATƏT-in Minsk qrupu tərəfindən işlənib hazırlanmış prinsiplərə əsasən qaytarmalı olduqları torpaqları qaytarmamağı istəyirdilər. Buna görə ümid edirəm ki, Ermənistan döyüş meydanında bu acı məğlubiyyətlə üzləşəndən sonra onlar daha məntiqli olacaq və vasitəçilərin məsləhətlərinə qulaq asacaqlar, danışıqlar masasında səmimi olacaqlar. Danışıqlar münaqişənin siyasi həllinə və işğal olunmuş ərazilərin boşaldılmasına gətirib çıxarmalıdır”.


Baxış sayı: 191


Bölməyə aid digər xəbərlər