20:25 / 13-07-2026
Polşa öz kosmik gəmisini qurmağı planlaşdırır
20:23 / 13-07-2026
Türkiyəyə satılan Rusiya "S-400"ləri BƏƏ və ABŞ bazalarının təhlükəsizliyini gücləndirəcək
20:18 / 13-07-2026
Rusiya səfirini kiberhücumlar səbəbindən çağırdı
20:12 / 13-07-2026
Tramp İranı son anda müqaviləni dəyişdirməyə çalışmaqda günahlandırdı
20:07 / 13-07-2026
Yaralı gənclər siyasəti nazirinin vəziyyəti açıqlanıb
20:05 / 13-07-2026
İki qızın öldüyü qaçış otağının sahibinə hökm oxunub
20:02 / 13-07-2026
11 nəfər 27 ton süd oğurlamaqda ittiham olunub
19:59 / 13-07-2026
Krımda yanacağın vəziyyəti gərgin olaraq qalır
19:57 / 13-07-2026
Avropanın hərəkətləri onun Rusiya qazına ehtiyacı olduğunu göstərir
19:52 / 13-07-2026
İsveçrəli futbolçunun Dünya Kubokunda meydandan qovulması ilə bağlı mübahisəli məsələni izah etdi
19:45 / 13-07-2026
Mütəxəssislər Yaxın Şərqdə ən təhlükəsiz ölkələrin adını açıqladılar
19:43 / 13-07-2026
Federasiya Şurası ABŞ ilə münaqişədə İranın növbəti addımını açıqladı
19:40 / 13-07-2026
Hörmüz boğazının bağlanmasının niyə əlverişsiz olduğu məlum olub
19:36 / 13-07-2026
İran rəhbərliyinin hücumlar üçün hədəfləri necə seçdiyini izah etdi
19:32 / 13-07-2026
İnsan boyda tuna balığı tutuldu
19:29 / 13-07-2026
Rusiyanın İrana yardımının heç vaxt dayanmadığını bildirdi
19:26 / 13-07-2026
ABŞ-ın Hörmüz boğazına nəzarət etmək üçün nəyə ehtiyacı olduğunu izah etdi
19:23 / 13-07-2026
Almaniya səfirinə Berlinin Ukrayna Silahlı Qüvvələrinə qarşı terror hücumlarında iştirakının yolverilməzliyi barədə xəbərdarlıq edib
19:19 / 13-07-2026
Tramp Hörmüz boğazından keçən gəmilərə rüsum tətbiq etmək niyyətində olduğunu açıqladı
19:16 / 13-07-2026
Yeniyetmə qız qatarın vurması nəticəsində ölüb
23:44 / 12-07-2026
Türkiyədə qida zəhərlənməsindən sonra təxminən 30 turist xəstəxanaya yerləşdirilib
23:33 / 12-07-2026
WP: İran hücumundan sağ qalan ABŞ hərbçiləri komandirləri xəyanətdə ittiham edirlər
20:38 / 12-07-2026
FIFA Dünya Kubokunu 64 komandaya genişləndirə bilər
20:34 / 12-07-2026
ABŞ-dan Rusiyaya qadın geyimləri göndərilməsi üç dəfə artıb
20:32 / 12-07-2026
Motorlu gəminin toqquşması ilə bağlı araşdırma başlanıb
20:27 / 12-07-2026
"Reuters": Almaniya 50.000 hücum dronuna 90 milyon avro ayıracaq
20:24 / 12-07-2026
Putini toyuna dəvət edən jurnalist evləndi
20:20 / 12-07-2026
Xust Ticarət Mərkəzinin işçisi öldürülüb
20:17 / 12-07-2026
Stefanişina Ukraynanın ABŞ-dakı səfiri vəzifəsindən istefa verdi
20:15 / 12-07-2026
Hava hücumundan müdafiə qüvvələri Moskvaya yaxınlaşarkən iki pilotsuz təyyarəni vurdu
20:12 / 12-07-2026
Rusiya zəlzələ qurbanları üçün Venesuelaya 22 ton humanitar yardım çatdırdı
20:10 / 12-07-2026
Dövlət Duması Kubanın gələcəyinə inamını qeyd etdi
20:07 / 12-07-2026
Ekspert Sidorov: "Seçkilərdən əvvəl Qrehemin ölümü Tramp üçün pis hadisədir"
10:39 / 12-07-2026
ABŞ qüvvələri İrana qarşı yeni zərbələrdə təxminən 140 hədəfə hücum etdi
10:36 / 12-07-2026
İran Omandakı ABŞ təyyarə gəmilərinin dəstək obyektlərinə vuruş etdi
10:33 / 12-07-2026
Makqreqorun Hollovey ilə döyüşdə aldığı zədənin təbiəti açıqlandı
10:29 / 12-07-2026
Argentina - İsveçrə matçının ən yaxşı oyunçusu Messi deyil
10:26 / 12-07-2026
Opta 2026 Dünya Kuboku superkompüter proqnozunu yenilədi
10:24 / 12-07-2026
Podpolkovnik Devis bildirib ki, ABŞ-ın Kiyevə çatdırılması səbəbindən "PAC-3" raketləri çatışmır
Məhərrəm Əliyev: “Bu gün Azərbaycanda vahid güc reallığı Ali Baş Komandan, Ordu, Xalq mütəşəkkiliyində birləşib” - MÜSAHİBƏ
Tarix: 08-10-2020 11:50 | Bölmə: Manşet
Azərbaycan Respublikası Prezidentinin hərbi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyevin SİA-ya müsahibəsi
- Məhərrəm müəllim, Qarabağ cəbhəsində gedən döyüşlər və Ordumuzun yağı düşmən üzərində ard-arda qazandığı qələbələrini necə şərh edərdiniz?
- Öncə qeyd edim ki, Azərbaycan Ordusunun sentyabrın 27-dən başlayaraq, Qarabağ cəbhəsində işğalçı və təcavüzkar Ermənistanın silahlı qüvvələrinin, eləcə də onların marioneti olan quldur, qondarma “DQR” rejiminin davamlı təxribatlarına qarşı əks-hücum əməliyyatlarına başlaması və cəbhənin müxtəlif istiqamətlərində əldə edilən zəfər yürüşümüz haqlı, ədalətli mövqeyimizin bariz göstəricisidir.

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında düşməni darmadağın edən Şanlı Ordumuz bu gün də dünyaya sübut edir ki, onun mütərəqqi, sarsılmaz Silahlı Qüvvələri var. Deyərdim ki, qısa müddətdə kəndlərimizin, rayonlarımızın, strateji əhəmiyyətli yüksəkliklərin düşməndən azad olunması prosesi həm də dünyanın hərb tarixində yeniliyə imza atıb. Söz yox ki, bu haqlı mübarizədə əsgərlərimizin, zabitlərimizin məğlubedilməzlik ruhu, müzəffər amalı da önəmli rol oynamaqdadır. Bunu isə onlara xalqın dəstəyi, xalqın vahidliyi verməkdədir. Lakin onu da unutmamalıyıq ki, müasir, bütün lazımi hərbi xarakterli təhcizatlarla, texniki imkanlarla təmin olunmuş Ordumuz bu kontekstdən də düşməni öz yuvasına qədər qovmaqdadır.
Əlbəttə ki, ən önəmlisi, cənab Prezident İlham Əliyevin xalqa etdiyi müraciətində vurğuladığı fikirləri hər birimizi qürurlandırdı və qələbəyə doğru atılan addımlarımızı sürətləndirdi. Beləliklə, bu gün Azərbaycanda vahid güc reallığı Ali Baş Komandan, Ordu, Xalq mütəşəkkiliyində birləşib və bu danılmazlıq yuxarıda qeyd etdiyim fikirlərin hər birində öz təsdiqini tapır.

- Bu arada daha bir məqama toxunmaq istərdim. Bu gün Azərbaycan demək olar ki, dünya birliyinin bir çox ölkələri, təşkilatları tərəfindən dəstək alır. Lakin əsas dəstəyi Türkiyə və Pakistan kimi ölkələrdən görməkdəyik. Sizcə belə bir dəstək arxasında hansı gerçəkliklər dayanmaqdadır?
- Mən daha əvvəllər verdiyim müsahibə və açıqlamalarımda da qeyd etmişəm ki, Azərbaycanın haqlı və ədalətli mövqeyinə ən açıq və birmənalı dəstəyi göstərən ölkələr qardaş Türkiyə Cümhuriyyəti və Pakistan İslam Respublikasıdır. Məhz bu ölkələrin rəhbərlikləri səviyyəsində verilən bəyanatlar, səslənən fikirlər də sübut edir ki, sarsılmaz birliyə söykənən qardaşlıq bağları əbədidir, dönməzdir. Bu gün Pakistan tərəfi bəyan edir ki, Azərbaycanın haqq yürüşündə bütün mənalarda dəstək göstərməyə hazırdır. Əlbəttə, bu gün Azərbaycan dövlətinin hərbi potensialının, büdcəsinin kifayət qədər yüksək olması buna ehtiyac görmür. Yəni Azərbaycan Ordusu öz gücü ilə düşmənə qarşı mübarizə aparır. Ancaq eyni zamanda, pakistanlı qardaşlarımızın belə bəyanatları mənəvi cəhətdən bizi ruhlandırır, əzmimizi artırır. Buna görə, onlara minnətdarlıqlarımızı bildiririk. Həmçinin, Türkiyə Cümhuriyyətinin hörmətli Prezidenti Rəcəb Tayyib Ərdoğan cənablarının, eləcə də parlament rəhbəri, baş naziri, müdafiə və xarici işlər nazirləri səviyyəsindəki dəstəkləri, buna qədər isə çoxsaylı uğurlu hərbi təlimlərin keçirilməsi bu gün Qarabağ cəbhəsində qazandığımız qələbələrdə ruhumuzu yüksəldir. Bəli, məhz mənəvi dəstək bir çox sədləri aşır və aşmaqda davam edəcək. “Bir millət, iki dövlət” prinsipi həmin gerçəkliyin isbatıdır. Buna əmin olun. Əmin olun ki, torpaqlarımızın işğaldan azad olunması prosesi tam sürətlə davam edir və çox yaxınlarda növbəti zəfər, qələbə xəbərlərini bir-birimizlə paylaşacağıq.

- Məhərrəm müəllim, bəs Gürcüstanın bu məsələyə münasibətini necə qiymətləndirirsiniz?
- Bu gün Gürcüstan-Azərbaycan əlaqələri yüksələn xətlə inkişaf edir və ölkələrimiz arasında bütün tələb olunan beynəlxalq əməkdaşlıqlara riayət edilir. Ölkəmizlə Gürcüstan arasında hər hansı həll olunmamış problem demək olar ki, qalmayıb. O cümlədən, Gürcütsan Azərbaycanın ən yaxın strateji müttəfiqi olaraq qiymətləndirilir. Bu ölkə daim Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. Eyni zamanda, Azərbaycan torpaqlarının işğaldan azad olunmasının tərəfdarı olaraq, Qafqaz regionunda ədalətin, inkişafın, tərəqqinin də yüksələn xətlə irəliyə gedəcəyini arzu edir. Bu, əldə olunarsa, bilavasitə dünya miqyasında ən önəmli layihələrin reallaşdırılması da genişlənər, münbit şəraitlər yaranar.

- Məhərrəm müəllim, qonşu İranın mövqeyini necə şərh edərdiniz?
- İran İslam Respublikası bizim yaxın qonşumuz olmaqla yanaşı, həm də müsəlman ölkəsidir. Biz unutmamalıyıq ki, hələ birinci Qarabağ müharibəsində Naxçıvan Ermənistan tərəfindən blokadada saxlanılanda, Türkiyə ilə yanaşı, İran tərəfi də xilas körpüsü açdı, xalqın çətin, ağır vəziyyətdən çıxması üçün həyati vacibliyi olan addımlarını atdı. Biz bunu unutmamışıq.

Lakin bu gün İranın ali siyasi dairələrinin Azərbaycanın haqlı mövqeyinə dəstək göstərməsini də yüksək qiymətləndiririk. Hətta düşünürəm ki, bizim Cənub qonşumuz olan İran dövləti və xalqı Azərbaycanın onunla həmsərhəd olan işğal altındakı ərazilərimizin düşmən tapdağından azad olunmasına sevinir, qələbəmizi alqışlayır. Çünki cənab Prezident İlham Əliyev dəfələrlə öz çıxış və müraciətlərində işğal altındakı ərazilərimizdəki məscidlərin, müqəddəs yerlərin donuz, inək fermalarına çevrildiyini, qəbirlərimizin dağıdıldığını xatırladaraq, müsəlman dünyasını bu rəzalətə susqun qalmamasına səsləyirdi. Bu ərazilər narkotranzitə, qanunsuz silah alverinin mərkəzinə çevrilmişdi. Müsəlman dünyası bu cür əməllərə susqun qala bilməzdi. O cümlədən, İslam Respublikası olan İran da əlbəttə ki, bu çağırışa öz səsini verdi - Azərbaycanın doğma torpaqlarının işğaldan azad olunmasına, ərazi bütövlüyümüzün təmin olunmasına dəstəyi ilə. Çünki daha bir məsələ budur ki, işğal altında qalan və bu gün azad olunan İranla həmsərhəd ərazilərimiz həm də terror yuvasına çevrilmişdi, həmin ölkəyə təhlükə saçırdı. Düşünürəm ki, bundan sonra, yəni ərazilərimiz işğaldan azad edildikdən sonra, Azərbaycan beynəlxalq terrorla mübarizə siyasətində İran daxil olmaqla, digər qonşu ölkələrlə birlikdə, geniş xarakterli addımlar atacaq.
Eyni zamanda, İran dövlət başçısının Prezident İlham Əliyev cənablarına etdiyi telefon zənginə də münasibət bildirərək qeyd etmək istərdim ki, dövlətimizin başçısı cənab İlham Əliyev ölkələrimiz arasında bir sıra əməkdaşlıq məqamlarına toxunaraq, işğaldan azad olunmuş ərazilərdə tezliklə Azərbaycan sərhəd qoşunlarının və sərhəd infrastrukturunun yerləşdirilməsinin nəzərdə tutulduğunu bildirib.
- Paşinyanın hərbi məsələlər üzrə baş müşaviri Vaqarşak Arutyunyan “Rossiya 1” kanalına müsahibəsi zamanı işğalçı ordusunun riyakarlığını sübuta yetirən açıqlamalar verib və cəbhədən xeyli uzaqlıqda yerləşən şəhərlərimizi, dinc sakinlərimizi hədəfə aldıqlarını bəyan edib. Bu fakt da Ermənistanın dövlət terroru siyasəti həyata keçirməsini sübuta yetirmirmi?
- Bəli, tamamilə doğrudur. Paşinyanın o müşaviri Ermənistanın dövlət səviyyəsində sülh və insanlıq əleyhinə ağır cinayətlər törətməsini bir daha sübut etdi. Bununla da onlar beynəlxalq humanitar hüququn, 1949-cu il Cenevrə Konvensiyasının tələblərinin həyasızcasına pozmalarını bir daha sübut edir. Erməni müşavirin bəyanatı Ermənistan dövlətinin iç üzünü – mahiyyətini bir daha ifşa edir, onların məqsədi mülki şəxsləri, onların mülklərini, məktəbləri, xəstəxanaları və sair mülki obyektləri barbarcasına məhv etməklə mülki əhali arasında təşviş və qorxu yaratmaqdadır. Bu faktlar isə heç bir sivil qaydalara uyğun gələ bilməz.
Bir halda ki, belə bəyanatla onun hərbi məsələlər üzrə baş müşaviri çıxış edir və bunu çəkinmədən deyir, bu zaman Azərbaycan Silahlı Qüvvələri nəinki işğal altındakı torpaqlarının azadlığı uğrunda mübarizə aparır, həm də anti-terror əməliyyatlarını həyata keçirir. Bugünlərdə PKK terror təşkilatının üzvləri arasındakı gizli bağlantılarının da ifşa olunması, öldürülmüş terrorçuların fotolarının mediada işıqlandırılması bizə kifayət qədər zəmin verir ki, biz haqq mübarizəsindəyik və terrorun bir daha ayaq açaraq-yeriməməsi üçün, terrorun kökünü kəsmək üçün, tərəddüd etmədən irəliyə doğru getməkdəyik.

Əbəs deyil ki, hələ hərbi əməliyyatlar başlamamışdan əvvəl biz bu barədə tam, müfəssəl məlumatlara malik idik və cənab Ali Baş Komandanımız da bu barədə məlumatlı olduğunu qeyd etmişdi. Yaxın Şərq ölkələrindən, Ermənistan üzərindən Qarabağa keçmələri haqqında mətbuatımız da, xarici KİV-lər də çoxsaylı dəlilləri ortaya qoydular. Belə olan vəziyyətdə Azərbaycan sakit oturub, baş verənlərə adi seyrci qala bilməzdi. Ona görə də, əgər biz işğalçılarla, quldur rejimlə mübarizə aparır, onları öz yuvalarına tərəf qovuruqsa, onlarla birgə vuruşan terrorçularını da məhv etməkdəyik. Bizim işimiz haqq işidir, getdiyimiz yol xalqın, vətəndaşın dəstəyi ilə ruhlanan ədalət, qələbə yürüşüdür. İnşaAllah, qısa zamanda bizim şanlı bayrağımız qəhrəman əsgərimizin əlləri ilə növbəti azad olunacaq ərazilərimizdə yüksəkliklərə qaldırılacaq. Qarabağımızın o günü uzaqda deyil. Cənab Ali Baş Komandanımız vurğuladığı kimi, Qarabağ Azərbaycandır!
_3.jpg)
- Məhərrəm müəllim, bu münaqişəyə dair Rusiya Federasiyasının rolu, mövqeyi barədə nə deyə bilərdiniz?
- Söz yox ki, Rusiyanın mövqeyini yüksək qiymətləndiririk. Bu gün Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında yüksək səviyyəli əlaqələr mövcuddur. Hər iki ölkənin Prezidentləri qarşılıqlı görüşlər keçirib, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadilələri aparıb, razılaşmalar, sazişlər imzalayıblar.
Ən əsası isə, Rusiya Federasiyası Azərbaycanın ərazi bütövlüyünü tanıyır və həmişə Azərbaycan xalqının, dövlətinin Rusiyaya qarşı xoş, isti münasibətini görür. Bu münasibət indi də yüksək səviyyədədir, gələcəkdə daha da möhkəmləndiriləcək.

Bu gün Azərbaycanla Rusiya strateji tərəfdar olmaqla iki ölkə arasında çoxşaxəli əlaqələr və imkanlar mövcuddur, hər iki ölkə arasında bir sıra regional və beynəlxalq məsələlərdə müzakirələr aparılır, müəyyən razılıqlar əldə olunur. Həmçinin, Azərbaycanda nəhəng rus icması yaşayır və onlar burada özlərini çox rahat, xoşbəxt, firavan hiss edirlər. Ölkəmizdəki rus icmasının nümayəndələri Azərbaycanı özlərinin Vətəni hesab edir. Əbəs deyil ki, hələ birinci Qarabağ müharibəsində Azərbaycan vətəndaşı olan rus icmasının nümayəndələri torpaqlarımızın azadlığı uğrunda döyüşüblər, şəhid olublar. Qədirbilən Azərbaycan xalqı heç vaxt bu xoş, vətənpərvərlik münasibətlərini unutmayıb və unutmayacaq da.

Bu gün monoetnik Ermənistanda həmin halı müşahidə etmək ümumiyyətlə qeyri-mümkündür. İşğalçı ölkə hələ 90-cı illərdən "Ermənistan ermənilər üçün" şüarı ilə özlərinin ultra-millətçilik, şovinist xüsusiyyətlərini hazırda da yaşatmaqdadırlar. Əgər bu gün Azərbaycanda rusdilli məktəblər, kurslar və s. tədris müəssisələri fəaliyyət göstərirsə, ali məktəblərimizdə rus dili fakültələri mövcuddursa, rus icmasının dini, ənənəsi və s. milli mahiyyətləri qorunub-saxlanılırsa, Ermənistan tərəfində belə bir imkanların yaradılmasından ümumiyyətlə danışmaq mümkün deyil. Çünki həmin ölkədə ruslar demək olar ki, yox səviyyəsindədir. Bu gün Ermənistan parlamentindən fərqli olaraq, Azərbaycan parlamentində rus icmasının təmsilçisi fəaliyyət göstərir. Amma ermənilərdə necədir? Fakt budur ki, Paşinyan hakimiyyətə gələr-gəlməz anti-Rusiya siyasətinə başladı və bir daha sübut etdi ki, o birbaşa Corc Sorosun adamıdır və onun himayəsi, maliyyəsi altında anti-türk, anti-Rusiya və s. yanlış istiqamətli, qonşuluq prinsiplərindən uzaq siyasətinə köklənib.

Son olaraq isə daha bir vacib məqama toxunmaq istərdim. Prezident İlham Əliyev cənablarının Rusiya Federasiyasının dövlət başçısı cənab Vladimir Putinə telefon zəngi açması və ölkələrimiz arasında mövcud olan sıx əməkdaşlıq barədə söhbətlərin aparılması da Azərbaycan və Rusiya Federasiyası arasında mövcud olan münbit, qarşılıqlı və səmimiyyətə əsaslanan uğurdur, reallıqdır. Hesab edirəm ki, iki ölkə arasındakı yüksək əməkdaşlıq və tərəfdaşlıq faktoru bundan sonra daha da möhkəmləndiriləcək.
- Cənab general-polkovnik Azərbaycanın haqlı mübarizəsində biz jurnalistlər də dövlətimizin Silahlı Qüvvələrimizin yanındayıq və bu haqq işimizdə Ordumuza uğurlar arzulayırıq. Geniş müsahibənizə görə təşəkkür edirik, çox sağ olun.
- Mən də minnətdaram, hər birinizə fəaliyyətinizdə uğurlar və qələbə müjdələri verməyi arzulayıram.
Baxış sayı: 380
Bölməyə aid digər xəbərlər

12-07-2026, 20:17
Stefanişina Ukraynanın ABŞ-dakı səfiri vəzifəsindən istefa verdi
8-07-2026, 20:51
Türkiyə Ukraynada ABŞ-ın sülh təşəbbüslərini dəstəklədiyini bildirib
8-07-2026, 20:45
Tramp Kiyevin neft emalı zavodlarına endirdiyi zərbələri münaqişənin sona çatmasına kömək edəcək eskalasiya adlandırdı
7-07-2026, 21:39
Tramp: "Ukraynadakı münaqişənin yaxın gələcəkdə həlli mümkündür"
7-07-2026, 21:25
"Polymarket", Ronaldonun Dünya Kubokunda göz yaşlarına qoyulan mərcləri qəbul etmədi.
5-07-2026, 18:32
Prezidentlik müddətini başa vurduqdan sonra Makron milyarder Nielin rəhbərliyi altında vəzifə tuta bilər
2-07-2026, 17:30
Peskov Kallasın son təhdidinə cavab verdi
28-06-2026, 12:58
Medvedev: "Ermənistanın Qərbin nəzarətindən qaçması çətin olacaq"
24-06-2026, 19:17
Bessent: "Rusiya Ukraynadakı münaqişədən sonra dollar sisteminə qayıtmaq istəyəcək"
24-06-2026, 19:14
Ukraynanın keçmiş xarici işlər naziri Kuleba Trampın münaqişə ilə bağlı mövqeyini dəyişdiyinə şübhə edir
24-06-2026, 16:10
"Spartak Moskva"nın keçmiş kapitanı Cikiya Türkiyədən Rusiya Premyer Liqasına qayıdıb
24-06-2026, 16:02
Sanksiyalar altında olan idmançıları ac itlərlə müqayisə etdi
24-06-2026, 15:58
Lavrov Trampın Kiyevə hərbi əməliyyatları sərtləşdirməyə icazə verdiyinə dair media xəbərlərinə şübhə ilə yanaşıb
22-06-2026, 20:48
Vens İranın MAQATE müfəttişlərini qəbul etməyə razı olduğunu bildirdi
22-06-2026, 16:03
Kreml: Putin və Lukaşenko tezliklə Zelenskinin Belarusa qarşı təhdidlərini müzakirə edəcəklər
21-06-2026, 20:09
Diesen: "London və NATO ölkələri vətəndaşlarını hədəfə çeviriblər"
18-06-2026, 20:36
Rusiya Xarici İşlər Nazirliyi: Heç bir hava hücumundan müdafiə sistemləri NATO ölkələrini cavab zərbələrindən xilas edə bilməz
18-06-2026, 20:17
Zaxarova avropalı diplomat Kaja Kallasın yalan danışdığını iddia etdi
17-06-2026, 20:48
Tramp Rusiyaya qarşı yeni sanksiyaların neft qiymətlərindən asılı olduğunu bildirdi
16-06-2026, 19:49
Lavrov Ukraynanın Avropa Birliyinə daxil olmasında üstünlüklər tapdı
16-06-2026, 19:37
"Rusiyanın unikal qızı": Karelin İsinbayevanın müdafiəsindən danışdı
16-06-2026, 19:10
Von der Leyen AB-ni Kiyevə dəstəyini ikiqat artırmağa çağırdı
15-06-2026, 18:10
Çin etiraf etdi ki, İsrail ABŞ-İran sazişini poza bilər
14-06-2026, 19:26
Pentaqon Hörmüz boğazından minaların təmizlənməsinin nə qədər vaxt aparacağını izah etdi
14-06-2026, 19:22
İsrailin Livana hücumu ABŞ-İran danışıqlar prosesini çətinləşdirib
14-06-2026, 16:28
Lavrov Türkiyə Xarici İşlər Naziri ilə Yaxın Şərq və Qara dənizdəki vəziyyəti müzakirə edəcək
11-06-2026, 23:20
Kanadada itkin düşən rusiyalı gimnast tapılıb
11-06-2026, 11:06
Dmitriyev Vitkoff və Kuşnerlə yenidən nə vaxt görüşəcəyini açıqladı
10-06-2026, 19:15
Bolqarıstan Baş naziri Radev Ukraynaya silah tədarükünün dayandırıldığını təsdiqlədi
10-06-2026, 19:11
Lavrov Ermənistanın NATO ilə artan əməkdaşlığına diqqət çəkdi
9-06-2026, 20:49
Makron heyrətləndi, Starmer panikaya düşdü: Dünya siyasətçiləri "60 dəqiqə" verilişinə reaksiya verdi
9-06-2026, 09:47
Kallas ortaq Avropa ordusunun yaradılmasına qarşı çıxdı
7-06-2026, 08:55
Torrembini: "İtaliya şirkətləri sanksiyalara baxmayaraq Rusiyada fəaliyyət göstərir"
7-06-2026, 08:19
Vulin: "Avropa Rusiyanı məhv etməyə çalışarkən tarixin risklərini və dərslərini unudur"
7-06-2026, 08:06
Kartayzer Avropanın hansı siyasətçilərdən məhrum olduğunu izah etdi
4-06-2026, 23:18
Putin Trampın Ukraynadakı münaqişənin sülh yolu ilə həlli ilə bağlı təkliflərini qiymətləndirdi
4-06-2026, 23:15
Putin: "Ukrayna rusdilli ölkədir"