Bütün xəbərlər
“Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməlidir”
Tarix: 03-10-2020 13:28 | Bölmə: Manşet

                  “Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməlidir”

“Azərbaycanın ərazi bütövlüyünə hörmət göstərilsin, mülki şəxslərə qarşı hücumlar dayandırılsın”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Xorvatiya parlamentinin deputatı, qurumun İnsan hüquqları komitəsinin üzvü Veljko Kajtazi qanunverici orqanın iclasında səsləndirib.
O, Azərbaycan ilə Ermənistan arasındakı münaqişənin alovlanmasından təəssüfləndiyini bildirib, iki ölkə arasında münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb.
Son günlərdə işğalçı Ermənistanın təxribatı nəticəsində onlarla dinc insanın ölümündən kədərləndiyini bildirən deputat deyib: “Təəssüf ki, gərginlik getdikcə artır, 2020-ci ildə birgə yaşayış və sərhəd məsələləri münaqişə yolu ilə həll olunur. Dinc insanların ölümü Cenevrə Konvensiyasının pozulması deməkdir. Mülki şəxslərə qarşı hücumlar dərhal dayandırılmalıdır”.
Deputat, həmçinin həmkarlarını və Xorvatiya hökumətini Azərbaycan-Ermənistan münaqişəsinin sülh yolu ilə həllini dəstəkləməyə çağırıb. Bildirib ki, münaqişənin yeganə həll yolu sülh yoludur.



Baxış sayı: 320


Bölməyə aid digər xəbərlər