Bütün xəbərlər
Səfir: Ermənistan Dağlıq Qarabağın “müstəqilliyi”ni tanısa, bu, bütün körpülərin yandırılması demək olacaq
Tarix: 30-09-2020 23:14 | Bölmə: Manşet

                Əgər Ermənistan Dağlıq Qarabağın “müstəqilliyi”ni tanısa, bu, bütün körpülərin yandırılması demək olacaq.
Trend-in məlumatına görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu RBK telekanalına müsahibəsində deyib.
O bildirib ki, Azərbaycanın buna reaksiyası kəskin olacaq:
“Ermənistanın baş naziri Nikol Paşinyan əvvəllər də Qarabağla bağlı sərt bəyanatları ilə körpüləri yandırıb və danışıqlar prosesini sarsıtmağa çalışıb. Paşinyan bu faciənin günahkarıdır. Fikrimcə, kiçik torpaq parçasında Rusiya ilə Türkiyəni toqquşdurmaq cəhdləri edilir”.
Səfir əlavə edib ki, Azərbaycanın Qarabağdan erməniləri qovmaq məqsədi yoxdur: “Məqsədimiz oraya azərbaycanlıları qaytarmaq və orada hamının birgə yaşamasıdır”.
P.Bülbüloğlu, həmçinin münaqişədə türkiyəli hərbçilərin iştirakı barədə Yerevanın açıqlamalarını təkzib edib:
“Təlimlərdə iştirak etmiş F-16-lar artıq gedib, heç bir muzdlu döyüşçümüz yoxdur. Suriyadan silahlılar da yoxdur, olsaydı, dərhal nəzərə çarpardı”.




Baxış sayı: 541


Bölməyə aid digər xəbərlər