20:20 / 27-08-2026
UEFA prezidenti Aleksandr Çeferin Rusiyanın Avropa Futboluna nə zaman qayıda biləcəyini deyir
20:16 / 27-08-2026
Turist dağlarda azıb
20:13 / 27-08-2026
İtin 5 yaşlı qıza hücum etməsindən sonra cinayət işi açılıb
20:04 / 27-08-2026
Qolu beton qarışdırıcıya ilişən uşaq xilas edilib
20:02 / 27-08-2026
Xərçəngdən vəfat edən Stella Baranovskayanın anası qızının müalicəsi üçün vəsait mənimsəməkdə ittiham olunub
18:46 / 27-08-2026
Danimarka Parlamenti Qrenlandiya qadınlarına kontrasepsiya üçün kompensasiyanı təsdiqləyib
18:43 / 27-08-2026
Avtomobil partlayışında həlak olan şəxsin şəxsiyyəti müəyyən edilib
18:40 / 27-08-2026
Yeniyetmələr tərk edilmiş binada bir uşağı döyüblər
18:37 / 27-08-2026
Malidə silahlı hücumlarda iştirakı ehtimal olunan şəxsləri müəyyən edib
18:34 / 27-08-2026
Hərbi əsirlər üçün işgəncə zirzəmiləri aşkar edilib
18:31 / 27-08-2026
Bosniya Serb Ordusunun keçmiş komandanı Ratko Mladiç vəfat etdi
18:28 / 27-08-2026
İnternetdə açıq şəkildə terrorizmə çağırış etməkdə şübhəli bilinir
18:24 / 27-08-2026
ABŞ və İran hazırda danışıqlar aparmır
18:22 / 27-08-2026
Polis bar davası ilə bağlı məlumatları araşdıracaq
18:10 / 27-08-2026
Misirdən Moskvaya uçan təyyarə Yekaterinburqda planlaşdırılmamış eniş etdi
18:07 / 27-08-2026
Onlayn lotereyada 10 milyon rubl dəyərində super mükafat qazandı
18:05 / 27-08-2026
Terrorizmi maliyyələşdirməkdə təqsirli bilinib
18:02 / 27-08-2026
Müstəntiqlər dosent Kamenevanın qətli ilə əlaqədar oğlunun həbs olunmasını tələb edirlər
17:57 / 27-08-2026
Kütləvi qəzada motosikletçi həlak olub
13:19 / 27-08-2026
Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb
19:16 / 26-08-2026
Olimpiya medalçısı medalını satdığını təkzib etdi
19:12 / 26-08-2026
Reqbi hakimi Brızqalin intihar etdi
19:10 / 26-08-2026
Qərb Cənubi Qafqaz Dəmir Yolu (CQD) məsələsi ilə bağlı Ermənistanı şantaj etməkdə ittiham olunub
19:07 / 26-08-2026
"Tatu"nun konserti ləğv edilib
19:04 / 26-08-2026
5 yaşlı uşağı oyun meydançasından qaçıran şəxs həbs edilib
18:12 / 26-08-2026
Peskov İsveçrənin Rusiya aktivlərinin müsadirə edilməsi ilə bağlı açıqlamasına şərh verməkdən imtina etdi
18:10 / 26-08-2026
Macarıstan hökumət dəyişikliyindən sonra Rusiyanı təhlükə adlandırdı
18:07 / 26-08-2026
Daşqınlar nəticəsində təxminən 300 turist itkin düşüb
18:04 / 26-08-2026
Bir oğlanın yaralandığı polis təqibinin görüntüləri yayılıb
18:00 / 26-08-2026
15-ci əsrə aid gümüş sikkələrin olduğu gil küp tapılıb
17:57 / 26-08-2026
Media xəbərlərinə görə, Zelenski və Mask Ukraynaya dəstək mövzusunda danışıqlar apara bilərlər
17:52 / 26-08-2026
Müdafiə zavodunu yandırmağa cəhd ediblər
17:48 / 26-08-2026
"Poseidon" nüvə torpedası üçün ideal əməliyyat teatrı açıqlandı
17:44 / 26-08-2026
Avropadakı böhran Rusiya ilə qarşıdurma fonunda daha da pisləşir
17:40 / 26-08-2026
İİKK İran və Omanın Hörmüz boğazından gəmiçilikdən əldə etdiyi gəliri bölüşmək istədiyini bildirib
17:36 / 26-08-2026
Ağacları kəsərkən öldü
17:30 / 26-08-2026
Rusiya diplomatları körpələrin ölümü ilə bağlı başsağlığı veriblər
17:26 / 26-08-2026
Media xəbərlərinə görə, NATO Ukrayna Silahlı Qüvvələrinin döyüş koordinasiya sistemini maliyyələşdirib
Naxçıvanda yüksək bal toplamış məzunlarla görüş olub
Tarix: 12-09-2020 19:13 | Bölmə: Manşet
Sentyabrın 12-də Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış məzunlarla görüş keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən, eləcə də tələbə adını qazanan bütün məzunları, onların valideynlərini təbrik etmiş, müəllimlərə təşəkkürünü bildirərək demişdir: Müasir dünyamızda elm və təhsil hər bir ölkənin inkişaf səviyyəsini müəyyən edir. Təhsilin sosial-iqtisadi və mədəni inkişafdakı rolu hər gün daha da artır. Ümummilli liderimiz Heydər Əliyev bu məsələnin vacibliyini önə çəkərək deyirdi ki, “İndi dünya intellektual dünyadır, elmi-texniki tərəqqi dünyasıdır. Azərbyacanı elmi-texniki tərəqqi səviyyəsində inkişaf etdirmək üçün şübhəsiz ki, yüksək təhsilə nail olmalıyıq”.

Təhsili gələcəyin, inkişafın yolu kimi müəyyənləşdirən ölkə Prezidenti demişdir: “Azərbaycanda təhsil sahəsinə çox böyük diqqət, qayğı göstərilir. Çünki bu, ölkəmizin, millətimizin gələcəyi məsələsidir”. Naxçıvan Muxtar Respublikasında da bütün təhsil pillələri üzrə müasir infrastruktur yaradılmış, yeni texnologiyaların tədrisdə tətbiqinə başlanmışdır. Son 20 ildə muxtar respublikada 45 min şagird yerlik 148 yeni məktəb binası, həmçinin ali, orta ixtisas və peşə məktəbləri üçün yeni binalar istifadəyə verilmiş, 2 universitet şəhərciyi salınmışdır. Muxtar respublikanın təhsil müəssisələrində yeni texnologiyaların tətbiqinə başlanmış, internetə çıxışı olan 800-dən artıq elektron lövhə, 7200-ə yaxın kompüter quraşdırılmış, distant təhsil tətbiq olunmuş, zəngin fonda malik kitabxanalar, fənn kabinələri və laboratoriyalar istifadəyə verilmişdir. Eyni zamanda təhsil müəssisələrinin bütün fənlər üzrə ixtisaslı müəllimlərlə təmin olunması, məktəb-muzey əlaqələrinin gücləndirilməsi, nümunəvi dərslərin tədrisi gənclərin biliklərə hərtərəfli yiyələnməsinə geniş imkanlar açmışdır.
Ali Məclisin Sədri demişdir: Gənclərin təhsili ilə yanaşı, sosial müdafiəsi və məşğulluqlarının təmin olunması da diqqət mərkəzindədir. Ali və orta ixtisas məktəblərində müvafiq ixtisasların aid təşkilatlara hamiliyə verilməsi, tədrisin təcrübə sahələrinə yaxınlaşdırılması kadr hazırlığında ciddi kəmiyyət və keyfiyyət dəyişiklikləri ilə müşahidə olunur. Sevindirici haldır ki, təhsilə göstərilən qayğı, yaradılan şərait öz bəhrəsini verir. Hər il ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr qazanılır. 2019-2020-ci tədris ilində də muxtar respublikanın ümumtəhsil məktəblərini bitirən məzunların 275-i imtahanlarda 500-700 arası bal toplamışdır.
Ali Məclisin Sədri demişdir: Təhsilə qoyulan sərmayə ölkənin gələcəyinə qoyulan sərmayədir. Müdriklər də deyirdi ki, hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsillə bağlıdır. Bu mənada hərtərəfli təhsil alan gənclər ölkəmizin gələcək təminatçılarıdır. Tələbəlik illəri insan həyatının ən məsuliyyətli dövrüdür. Ona görə də təhsilinizi uğurla başa vurmaq, seçdiyiniz ixtisası dərindən öyrənmək, kamil mütəxəssis kimi yetişmək sizlərin qarşısında duran əsas vəzifələrdir. Biliklərə əsaslanan iqtisadiyyat, innovasiya yönümlü inkişaf yaşadığımız dövrün reallıqlarıdır. Buna gedən yol isə əldə olunan biliklərin istehsalatda tətbiqindən keçir. Çalışıb nəzəri biliklərinizi təcrübədə doğrultmalısınız.
"Təhsilin məqsədi həm də yüksək mənəviyyatlı və vətənpərvər gənclər yetişdirməkdir",- deyən Ali Məclisin Sədri bildirmişdir ki, o gənc əsl vətənpərvərdir ki, özünü dövləti və xalqı üçün layiqli vətəndaş kimi hazırlaya bilir. Ona görə də milli dəyərlərimizi, tariximizi dərindən öyrənməli, dövlət müstəqilliyimizin qədrini bilməli, ölkəmiz və xalqımız üçün çalışmalısınız.

Ali Məclisin Sədri tələbə adını qazanmış hər bir gəncə bu yolda uğurlar arzulamış, çıxışını ümummilli lider Heydər Əliyevin “Yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti”ndə gəncliyə verdiyi tövsiyələrlə tamamlamışdır: “Gərək gənc nəsil müstəqilliyin nə qədər müqəddəs olduğunu bütün varlığı ilə dərk etsin… Bunun üçün isə o, ilk növbədə yüksək mənəviyyata malik olmalıdır, xalqımızın milli-mənəvi dəyərləri onun şəxsiyyətinin mahiyyətini təşkil etməlidir. O, Azərbaycançılığın, mənsub olduğu Azərbaycan xalqının mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin, elminin nə olduğunu dərindən bilməlidir. Çünki Azərbaycanın müstəqilliyinin dönməz və əbədi olmasının əsas mənbəyi və təminatçısı məhz Azərbaycan gəncliyidir”.
Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov tədbirdə çıxış edərək demişdir ki, muxtar respublikada bütün sahələr kimi, təhsil də diqqət və qayğı ilə əhatə olunmuşdur. Bunun nəticəsidir ki, 2019-2020-ci tədris ilində 10 məktəb binası tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilmiş, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində, Şərur rayonunda yerləşən məktəbdənkənar müəssisələrdə və Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə 30 innovativ dərnək yaradılmışdır. Hazırda 6 məktəb binasının, Culfa rayon məktəbdənkənar tərbiyə müəssisələri və Culfa Rayon Təhsil Şöbəsi üçün binaların tikintisi və ya əsaslı şəkildə yenidən qurulması davam etdirilir. Ali Məclis Sədrinin müvafiq Sərəncamı ilə Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyin yaradılması muxtar respublikada şagirdlərin daha bilikli formalaşmasına böyük töhfə verəcəkdir.
Qeyd olunmuşdur ki, məktəblərdə tədrisin müasirləşdirilməsi, innovativ tədris metodlarının tətbiqi diqqətdə saxlanılır. Muxtar respublikada müəllim nüfuzunun artırılması, təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter almışdır. 2019-2020-ci tədris ilində ümumtəhsil məktəblərində işə qəbulla bağlı keçirilən müsabiqələrdə uğurlu nəticələr qazanan gənc kadrlardan 165-i müəllim, 101-i isə məktəblərdə müxtəlif vəzifələrə təyin olunmuş, 1500-dən çox müəllim müxtəlif ixtisasartırma kurslarına, təlimlərə cəlb edilmiş, 84 müəllim diaqnostik qiymətləndirmədən keçmişdir. Ötən tədris ilindən ümumtəhsil məktəblərinin 7-ci siniflərində dərsdənkənar məşğələ hesabına “Naxçıvan tarixi”nin tədrisinə başlanılmışdır. Bu il də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə təhsil və idman sahəsində fərqlənən şagirdlərin adı Gənc İstedadların “Qızıl kitabı”na yazılmış, onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülmüş, “İstedadlı şagirdlər” albom-kataloqu nəşr olunmuşdur.
Rəhman Məmmədov demişdir ki, 2019-2020-ci tədris ili üzrə ümumtəhsil məktəblərini Heydər Əliyev adına Hərbi Lisey də daxil olmaqla, 2911 məzun bitirmiş, onlardan 2503-ü, yaxud 86 faizi ali məktəblərə, 260-ı, yaxud 9 faizi orta ixtisas təhsili müəssisələrinə sənəd vermişdir. Naxçıvan Qızlar Liseyinə qəbul üçün 230, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə isə 352 şagird sənəd vermiş, imtahanın nəticələrinə əsasən liseylərin hər birinə 60 şagird qəbul olmuşdur. Bununla yanaşı, məzunlardan 61-i xüsusi təyinatlı ali məktəblərə, 98-i isə Naxçıvan Tibb Kollecinin “Hərbi feldşer” ixtisasına sənəd vermişdir. Məzunların buraxılış imtahanlarındakı nəticələri ötən illə müqayisədə xeyli artmışdır. Muxtar respublika üzrə 275 abituriyent 500-dən yuxarı bal toplamışdır ki, onların da 165-i, yaxud 60 faizi qızlar, 110-u, yaxud 40 faizi isə oğlanlardır. Yüksək bal toplayan abituriyentlərin 68-i Naxçıvan şəhər, 45-i Şərur, 40-ı Babək, 28-i Ordubad, 22-i Culfa, 5-i Kəngərli, 25-i Şahbuz, 2-i Sədərək rayonunun, 40-ı isə Təhsil Nazirliyinə birbaşa tabe ümumtəhsil məktəblərinin məzunlarıdır. Ali məktəblərə qəbulda muxtar respublikanın 110 məktəbinin məzunları 500-700 arası nəticə göstərmişdir. Təhsilə göstərilən qayğının nəticəsidir ki, 2019-2020-ci tədris ilində məzunlardan 17-i "Qızıl", 17-i "Gümüş" nişana, 34-ü fərqlənmə attestatına layiq görülmüşdür.
Valideyn Aynur Əliyeva çıxış edərək demişdir: "Ali Məclis Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikamızın bütün şəhər, qəsəbə və kəndlərində kompleks quruculuq işləri aparılır, əhalinin yaşayış səviyyəsi yüksəlir. Həyata keçirilən bu tədbirlər içərisində təhsil sahəsi xüsusi diqqət və qayğı əhatəsindədir. Aparılan təhsil quruculuğu sayəsində məktəblərin infrastrukturu yenilənmiş, tədrisin yüksək səviyyədə təşkili üçün geniş imkanlar yaradılmışdır. Yaradılan şərait övladlarımızın daha yaxşı təhsil almasını, milli dəyərlərə hörmətlə yanaşan, vətənpərvər və sağlam gənclər kimi formalaşmasını təmin edir. Müəllimi olduğum Naxçıvan şəhər 7 nömrəli tam orta məktəb 2006-cı ildə yenidən qurulmuş, kompüter, elektron lövhə, dərslik, bədii ədəbiyyat və tədris vəsaitləri ilə təchiz olunmuş, şagirdlərin dəqiq elmlərə dərindən yiyələnməsi üçün laboratoriya və fənn kabinələri yaradılmış, müasir tədrisin tələblərinə uyğun infrastruktur qurulmuşdur. Bütün bunlar məktəbdə tədrisin keyfiyyətinin yüksəlməsinə geniş imkanlar yaratmışdır. 2019-2020-ci tədris ilində məktəbi bitirən şagirdlərdən 1-i “Qızıl", 1-i “Gümüş” nişana layiq görülmüş, 1-i fərqlənmə attestatı almışdır. Məzunlardan 26-ı ali təhsil müəssisələrinə qəbul olmuşdur. Onlardan da 4-ü 600-dən yuxarı olmaqla, ümumilikdə 9-u 500-700 arasında bal toplamış, 2 şagird Heydər Əliyev adına Hərbi Liseyə qəbul olmuşdur. Bu gün mən ikiqat sevinc hissi keçirirəm. Çünki iki övladım muxtar respublikada yaradılan müasir təhsil şəraitindən səmərəli istifadə edərək imtahanlarda 600-dən yuxarı nəticə göstərmişdir. Qızım Laləzər Əliyeva məktəbi “Gümüş” nişanla bitirərək qəbul imtahanlarında 632, oğlum Ruslan Əliyev isə 618 bal toplamışdır. Valideyn üçün bundan böyük xoşbəxtlik, bundan böyük sevinc ola bilməz". Aynur Əliyeva yaradılan təhsil şəraitinə görə müəllim və valideynlər adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirmişdir.
Qəbul imtahanlarında 692 bal toplayan İlham Hüseynquliyev muxtar respublikada təhsilə göstərilən qayğıya görə yüksək nəticə göstərən məzunlar adından minnətdarlıq edərək demişdir: "Vətəninin, xalqının tərəqqisi üçün əzmkarlıqla fəaliyyət göstərən rəhbərlə görüş hər bir gəncin arzusudur. Bu gün biz gənclər sevinirik ki, ən böyük arzumuza çatmışıq və Ali Məclisin Sədri ilə görüşürük. Təhsilimi başa vurduğum Heydər Əliyev adına tam orta məktəb də qayğı ilə əhatə olunmuş, bütün zəruri tədris avadanlıqları, zəngin kitabxana fondu və müasir informasiya texnologiyaları ilə təchiz edilmişdir. Göstərilən qayğının nəticəsidir ki, hər il məktəbimizin məzunları qəbul imtahanlarında uğurlu nəticələr əldə edir. Bu il də tam orta təhsili xüsusi nailiyyətlərlə başa vuran bir qrup məzun “Qızıl” və “Gümüş” nişanlara layiq görülmüşdür. Mən də “Qızıl” nişan alanlar sırasındayam. Digər yoldaşlarım kimi məsuliyyətimi başa düşmüş, buraxılış və qəbul imtahanında ümumilikdə, 692 bal toplayaraq ali təhsil müəssisəsinə qəbul olmaq hüququ qazanmışam. Bu gün muxtar respublikada təhsil alan hər bir şagird bilikli olmaqla yanaşı, Vətənini sevən, milli dəyərlərə sadiq Azərbaycan vətəndaşı kimi formalaşır. Elə buna görə də harada oxumağımızdan, harada yaşamağımızdan asılı olmayaraq ümummilli liderimizin irsinin və əməllərinin davamçıları olacağıq".
Sonra ali məktəblərə qəbul imtahanlarında 500-700 arası bal toplayan məzunlara “Naxçıvan: Şərqin əfsanəsi” kitabı və pul mükafatı təqdim olunmuşdur.
Qəbul imtahanlarında 603 bal toplayan Asiman Musayeva minnətdarlıq edərək demişdir: "Hər il yüksək bal toplayan tələbələrlə Ali Məclis Sədrinin görüşü məni daha da ruhlandırırdı. Qarşıma məqsəd qoymuşdum ki, yüksək bal toplayıb belə görüşdə iştirak edim. Çox xoşbəxtəm ki, buna müvəffəq ola bildim. Çalışacağam ki, ali təhsilimi də uğurla başa vurub muxtar respublikamızın inkişafına öz töhfəmi verim".
Ali Məclisin Sədri bir daha məzunlara uğurlar arzulamış, xatirə şəkli çəkdirilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti
Baxış sayı: 406
Bölməyə aid digər xəbərlər

20-08-2026, 19:35
Mendel: "Rusiya Silahlı Qüvvələrinin Kiyevə zərbə endirməsindən sonra Zelenski günahı Trampa yıxacaq"
19-08-2026, 08:30
Boqdanov: "Kim Çen Inla görüş Trampın yeganə xarici siyasət aktividir"
18-08-2026, 22:38
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığına və bunu etmək planının olmadığına əminlik verdi
18-08-2026, 22:07
İran xarici işlər naziri Əraqçi: "ABŞ Tehranla danışıqlar üçün yalvarır"
18-08-2026, 21:48
"Barselona" İspaniya millisinin kapitanı Rodri ilə müqavilə imzaladığını elan etdi
18-08-2026, 12:33
Yaponiyanın Rusiyadakı səfiri Akira Muto Rusiya Xarici İşlər Nazirliyinin binasını tərk etdi
17-08-2026, 22:13
Avropa Parlamentinin üzvü: "Avropa Birliyinin Rusiyaya qarşı yeni sanksiyalar tələbi sülh gətirməyəcək"
14-08-2026, 17:38
Tahir Gözel 1 milyon manat “premiya” sözü verdi
12-08-2026, 10:45
Tramp Amerika qanunlarının sərtliyindən şikayətləndi
11-08-2026, 19:17
Conson bildirib ki, Zelenskinin özü 2022-ci ildə Rusiya ilə münaqişəni davam etdirmək qərarına gəlib
9-08-2026, 18:49
Papa Rusiya və Ukraynanı dialoqa qayıtmağa çağırdı
6-08-2026, 21:11
Zelenski Ukraynanın 2027-ci ilə qədər öz ballistik sistemini inkişaf etdirəcəyinə ümid edir
5-08-2026, 20:56
Roskosmos baş institutunda yanğın baş verib
3-08-2026, 18:37
But: "ABŞ həbsxanalarındakı şərait Hollivud filmlərində təsvir olunanlara çox yaxındır"
30-07-2026, 18:21
Tusk Ukrayna üçün hansı dövrün həlledici olacağını izah etdi
29-07-2026, 19:09
"Trampın üzünə şillə": Kiyevin İrana mümkün kompensasiya ödənişi ilə bağlı ekspert
28-07-2026, 18:55
Tramp İranın "Nüvə qalasını" dağıtmaqla hədələyir
27-07-2026, 20:58
Tramp danışıqlar uğursuz olarsa, ABŞ-ın hərbi əməliyyatlara davam etməyə hazır olduğunu bildirdi
27-07-2026, 20:34
Peskov informasiya müharibəsinin heç vaxt bitməyəcəyinə inanır
26-07-2026, 23:38
Braziliya Prezidenti yeni ABŞ tariflərini strateji səhv adlandırdı
23-07-2026, 13:25
Zaxarova Lavrov-Rubio görüşünün ABŞ təşəbbüsü olduğunu təsdiqlədi
22-07-2026, 13:33
IFFHS Messini Dünya Kubokunun "İlin oyunçusu" seçdi
22-07-2026, 08:26
Merts Rusiya və Almaniya nümayəndələri arasında Bakıda keçirilən görüşdən xəbərsiz olduğunu etiraf etdi
21-07-2026, 20:41
Tramp İranın "yeni nüvə obyekti"ni vurmaqla hədələyir
21-07-2026, 19:08
Umerov Ukraynanın ABŞ-dakı səfiri vəzifəsinə namizəd hesab olunur
14-07-2026, 23:28
Kreml Merzin Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı sözlərinə cavab verdi
14-07-2026, 18:26
Bricit Makron Parisdə görüşəndə Zelenskini öpdü
14-07-2026, 18:08
Lavrov ABŞ-ın İrana zərbələri barədə sərt danışdı
12-07-2026, 20:17
Stefanişina Ukraynanın ABŞ-dakı səfiri vəzifəsindən istefa verdi
8-07-2026, 20:51
Türkiyə Ukraynada ABŞ-ın sülh təşəbbüslərini dəstəklədiyini bildirib
8-07-2026, 20:45
Tramp Kiyevin neft emalı zavodlarına endirdiyi zərbələri münaqişənin sona çatmasına kömək edəcək eskalasiya adlandırdı
7-07-2026, 21:39
Tramp: "Ukraynadakı münaqişənin yaxın gələcəkdə həlli mümkündür"
7-07-2026, 21:25
"Polymarket", Ronaldonun Dünya Kubokunda göz yaşlarına qoyulan mərcləri qəbul etmədi.