Bütün xəbərlər
Şeyx Putinə zəng etdi, müharibəni dayandırdı - Video
Tarix: 10-09-2020 13:16 | Bölmə: Manşet

                 




Dörd-beş il bundan əvvəl də Şeyx Allahşükür Paşazadənin “Nobel”ə namizədliyi təqdim olunmuşdu. Üzrlü texniki səbəblərdən bu məsələ heç müzakirəyə çıxarılmadı. Buna baxmayaraq, keçən il Şeyxin namizədliyini irəli sürdük. Bu dəfə təsdiqləndi.
Bunu Axar.az-a açıqlamasında Nobel İnformasiya Mərkəzinin vitse-prezidenti, tarix elmləri doktoru Bəybala Ələsgərov Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin namizədliyinin Nobel Sülh Mükafatına namizədliyinin təsdiqlənməsi ilə bağlı deyib.
Ermənilərin artıq Şeyxə qarşı qara piara başlamasından danışan B.Ələsgərov Qafqazın dini liderinin xaricdə təbliğatının hansı formada təşkil olunmasına da aydınlıq gətirib:
“Əvvəla, ermənilərin mahiyyətini hamınız bilirsiniz. Ermənistanda Nobel İnformasiya Mərkəzi yoxdur. Heç bu sahədə ekspertləri də mövcud deyil. Biz Şeyxin təqdimatı üçün dünyanın 7 ölkəsinə məktub yazdıq. Məktub yazdığımız bütün ölkələrdən müsbət cavab gəldi. Bunlar əsasən Şərq, müsəlman ölkələri idi. Onların arasında Rusiya da var. Rusiyada Nobel İnformasiya Mərkəzinin akademiki çox müsbət rəy yazdı.
Digər tərəfdən, onun xarici ölkələrdə təbliğatı ilə bağlı geniş danışmaq istəmirəm. Sadəcə onu deyim ki, Şeyximiz xaricdə çox yaxşı tanınır, böyük nüfuzu var, haqqında yazılan kitablardan yalnız biri 34 ölkədə yayılıb. Həmin kitabın müəllifi mənəm”.
B.Ələsgərov Bütün Qafqazın Şeyxinin aşağıdakı fəaliyyətlərinə görə bu mükafata namizədliyinin irəli sürüldüyünü deyib:
“Birincisi, rus-çeçen müharibəsini Şeyximiz dayandırıb. Həmin vaxt çeçen ruhani xadimləri ilə danışıb, şəxsən Vladimir Putinə zəng edib və bu zəngdən sonra müharibə dayanıb. Şeyx həzrətləri həm də Çeçenistanın Milli Qəhrəmanıdır.
İkinci səbəb isə Aşura ilə bağlıdır. Bu vaxta qədər Aşura günündə “şaxsey-vaxsey” çalınırdı. O, bunları aradan götürdü. Ehtiyacı olan insanlara özü birbaşa qan verməyə başladı. Yəni bir arzulanmaz ənənəni böyük bir insanpərvər, humanist aksiyaya çevirdi. Bu iki məqam dünya miqyaslı fəaliyyətdir. Çeçenistan-Rusiya müharibəsinin dayandırılması və Aşurada qanvermə aksiyasını ənənəyə çevirmək sıradan hadisə deyil”.
               


Baxış sayı: 456


Bölməyə aid digər xəbərlər