01:39 / 29-09-2026
37 yaşlı yeni başçının - Dosyesi
01:34 / 29-09-2026
Yeni təyin olunan icra başçısı onun müavini imiş
21:49 / 28-09-2026
Fransada şirin suda yaşayan bir mosasaur aşkar edilib
21:46 / 28-09-2026
Dodik Rusiyaya səfəri zamanı Putinlə görüşməyə ümid edir
21:43 / 28-09-2026
Finlandiyanın NATO-ya daxil olmasını tənqid etdi
21:41 / 28-09-2026
Rusiyanın Serbiyadakı səfiri: "Vuçiç milli lider statusu qazanıb"
21:02 / 28-09-2026
WSJ: Kanada Trampa görə enerji nəhəngi ola bilər
20:59 / 28-09-2026
Səfir Botsan-Xarçenko: "Rusiya ilə münasibətlər Serbiyanın iqtisadiyyatına təsir edib"
20:56 / 28-09-2026
Venesueladan ABŞ-a ixrac edilən qızıl alıcı tapa bilmir
20:50 / 28-09-2026
Yəmən husilərlə mübarizə üçün ümumi səfərbərlik elan etdi
20:45 / 28-09-2026
Rusiyalı millət vəkili AB müdafiə nazirlərinin görüşü ilə bağlı şərh verdi
20:42 / 28-09-2026
Terrorizmdə ittiham olunan keçmiş model Xodorkovskinin qızından vəsait alıb
17:55 / 28-09-2026
Peskov Putinin Ukrayna təklifləri ilə bağlı mövqeyini tam adlandırdı
17:46 / 28-09-2026
FSB: Britaniyada yaradılan RDS Rusiyada hakimiyyəti ələ keçirmək istəyənlər tərəfindən istifadə olunur
17:43 / 28-09-2026
AB-nin ən dəyərli şirkətinin baş direktoru: "Həddindən artıq məhdudiyyətlər ümidsizliyə səbəb olur"
17:39 / 28-09-2026
Çində keçirilən tennis turnirinin finalına vəsiqə qazandı
17:34 / 28-09-2026
Ukrayna Baş naziri ölkənin internet xidmətindən məhrum edilə biləcəyini etiraf etdi
17:29 / 28-09-2026
Ekspert: "Ukraynanın çökən iqtisadiyyatı Qərbə getdikcə daha çox xərc çəkir"
17:25 / 28-09-2026
Səudiyyə Ərəbistanı pilotsuz təyyarə hücumlarından sonra boru kəməri vasitəsilə neft ixracını bərpa etdi
16:47 / 28-09-2026
Almaniya xarici işlər naziri Kallasa Lavrovla danışıqlarının nəticələri barədə məlumat verib
16:43 / 28-09-2026
Üç xəstə və bir mühafizəçi dron hücumunda yaralanıb
16:40 / 28-09-2026
Usmanov və Fridman Litvada arzuolunmaz şəxslər elan edilib
16:35 / 28-09-2026
2100 il əvvəl batan gəminin yerində minlərlə boşqab və qab tapılıb
16:31 / 28-09-2026
AB Ukraynadakı hərbi missiyasını 2028-ci ilə qədər uzadıb
22:22 / 27-09-2026
Zaxarova Uspenskaya ilə Reznik arasındakı barışığa öz rolundan danışdı
22:19 / 27-09-2026
Vuçiç Serbiyadakı uğursuz "rəngli inqilab"ın əsl səbəblərini açıqladı
22:15 / 27-09-2026
İnsanlar üçün təhlükə yaradan dörd ayı məhv edilib
22:10 / 27-09-2026
Çaydan kişi cəsədi tapılıb
22:07 / 27-09-2026
Əlil arabasında olan qadına bara giriş icazəsi verilməyib
21:28 / 27-09-2026
Evin həyətində atəş açmaqda şübhəli bilinən kişilər saxlanılıb
21:24 / 27-09-2026
Yanğında üç nəfər həlak olub
21:22 / 27-09-2026
Zaxarova Lavrovun BMT Baş Assambleyasındakı görüşlərinin sayından danışdı
21:19 / 27-09-2026
Zaxarova: "Almaniya xarici işlər naziri Merzin reytinqini xilas etmək üçün Lavrovla görüşdü"
21:15 / 27-09-2026
Turist itkin düşüb
21:08 / 27-09-2026
Ana ayı və balaları yay bağçası icmasına gəldilər
21:06 / 27-09-2026
AB nazirləri miqrantlarla birgə mübarizə aparmaq barədə razılığa gəliblər
21:02 / 27-09-2026
27 heyvanın xilas edildiyi böyük yanğın söndürülüb
21:00 / 27-09-2026
Kardinal Zuppinin səfəri Rusiyaya necə kömək edəcək
Adil Əliyev: Azərbaycan-Türkiyə münasibətləri ən yüksək səviyyədə inkişaf edir
Tarix: 09-09-2020 01:23 | Bölmə: Manşet
Baxış sayı: 697
Bölməyə aid digər xəbərlər
Tarix: 09-09-2020 01:23 | Bölmə: Manşet
İkili standart prinsipini tez-tez eşidirik, əslində isə məsələnin mahiyyəti odur ki, mövqe heç vaxt dəqiq olmur. Belə demək mümkündürsə, hər iki tərəflə uzlaşmağa getməyin əsas simvoludur.
Bu gün ölkəmiz ikili standart mövqeyindən tam kənardadır və bu siyasəti heç cür qəbul etmir. Məsələn, deyirik ki, Türkiyə bizim qardaşımız və dostumuzdur, ulu öndər Heydər Əliyev dediyi kimi, biz bir millət, iki dövlətik. Bu, dünən də belə idi, bu gün də belədir və təbii ki, sabah da belə olacaq. Mövqeyimiz vahiddir, bunu kimlərəsə xoş gəlmək üçün gizlətmirik. Aydın şəkildə bütün dünyaya bəyan edirik ki, Türkiyənin dostlarını dostlarımız, düşmənlərini isə düşmənlərimiz olaraq qəbul edirik. Vahid siyasətimizin ana xəttində hər iki ölkənin maraqlarının birgə müdafiəsi öz əksini tapır, vahid dilimizin, vahid millətimizin olmasına baxmayaraq, hər bir dövlət - istər Azərbaycan, istər Türkiyə öz müstəqil siyasətini həyata keçirir. Lakin söhbət hansısa maraqların kəsişməsindən gedirsə birlikdə vahid siyasət həyata keçiririk.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclis Sədrinin müavini Adil Əliyev söyləyib.
Adil Əliyev deyib: “Hazırda ölkəmizlə qardaş Türkiyənin münasibətləri bu günə qədər olmayan səviyyədədir, yəni tarixin heç bir mərhələsində hər iki dövlət bir-birinə bu qədər yaxın olmayıb. Məmnuniyyətlə deyə bilərik ki, hər iki ölkənin başçısı bir-birlərini təkcə dost olaraq görmür, eyni zamanda, qardaş olduqlarını hər dəfə bəyan edirlər. Bu dostluq və qardaşlıq təbii ki, bir çox ölkələri narahat edir. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, buna təkcə digər xarici dövlətlər deyil, din və millət ortaqlığımız olan dövlətlərin bu cür qısqanması heç cür xoşagələn deyil.
Vahid dəyərlərə malik olmağımıza gəldikdə isə, bütün türk xalqlarının ortaq mirası olan “Kitabi-Dədə Qorqud” dastanında çox bəyəndiyim bir fikir var. Hər dəfə qeyd olunur ki, düşmənə qarşı Oğuz igidləri aralarında incikliyin olub-olmamasından asılı olmayaraq birləşirdilər. Bizdə isə bu incikliyin olmamasına baxmayaraq, biz düşmənə deyil, düşmənlərə qarşı kifayət qədər birləşmişik.
Xüsusilə qeyd etmək yerinə düşər ki, bütün məsələlərdə olduğu kimi, 12 iyul tarixində Ermənistan tərəfinin cəbhənin Tovuz rayonunda törətdiyi təxribat zamanı ilk dəstək nümayiş etdirən ölkə yenə Türkiyə oldu.
Biz Türkiyə ilə qardaş olmaqla yanaşı, oxşar talelərə malikik. Belə ki, hər iki ölkə hazırda terrorizmdən əziyyət çəkir. Bu gün torpaqlarımızın faktiki olaraq 20 faizi işğal altındadır, işğal edilmiş ərazilərdən hansısa məqsədlə istifadə edildiyi bu gün dünya ictimaiyyətinə məlumdur. Çox təəssüf hissi ilə qeyd etməliyik ki, ölkəmizin ərazisinin işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin heç biri bu gün də Ermənistan tərəfindən icra edilməyib. Ermənistan tərəfinin beynəlxalq hüququ kobud şəkildə pozması və bundan sonra törətməyə cəhd etdiyi təxribatlar bu münaqişənin dinc yolla həllini istisna edir.
Ermənistanın törətdiyi təxribatların davamı olaraq, Azərbaycan sərhədini keçərkən yaxalanmış Ermənistan ordusuna məxsus olan zabit də öz açıqlamasında rəhbərlik etdiyi dəstə ilə birlikdə sərhədi keçmək istədiklərini, məqsədlərinin isə hərbi və mülkü şəxsləri öldürmək olduğunu bildirdi.
Bu gün ordumuz nəinki Cənubi Qafqazın, həmçinin dünyanın ən güclü ordularından biridir. Ordumuz tam müasir silah və sursatla təmin edilib, maddi texniki bazası gücləndirilib. Habelə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanmış Sazişə əsasən iki ölkə arasında keçirilən hərbi təlimlər ordumuzun potensialının daha da artırılmasına yönəlmişdir.
Türkiyə ilə təlimlər həm də ona görə vacibdir ki, bu gün hərbi sahədə ən güclü qurum NATO-dur və təbii ki, həmin qurumda aparıcı ölkə Türkiyədir. Bu sahədə olan yaxınlaşma Azərbaycan Silahlı Qüvvələrinin müasirləşdirilməsinə kömək göstərir.
Habelə ölkəmizin təhlükəsizlik sənədləri və iki ölkə arasında imzalanmış strateji müqavilələr hərbi əməkdaşlıq baxımından gələcəyə müsbət vədlər verir. Bizim önəm verdiyimiz məsələlərin içərisində hərbi kadrların hazırlanması xüsusi yer tutur. Bu sahədə də təbii ki, Türkiyə təcrübəsi bizim üçün çox yerində və lazımlıdır.
Təbii ki, əməkdaşlığımızın fonunda Türkiyənin bizə göstərdiyi qardaşlığa da biz öz növbəmizdə yerində və vaxtında qarşılıq verməliydik, verdik də. Belə ki, hazırda Aralıq dənizində baş verən hadisələr tərəfimizdən diqqətlə izlənir və Yunanıstan tərəfinin eynilə Ermənistan kimi qərəzli mövqeyi bizdə təəssüf hissi doğurur. Biz isə baş verənlərə, sadəcə, izləyici kimi qalmırıq, qətiyyətli mövqeyimizi göstərərək Türkiyənin yanında olduğumuzu hər an bütün dünyaya çatdırırıq. Prezident İlham Əliyevin Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş səfirinə qeyd olunan mövqeyin çatdırılması və Türkiyənin yanında olduğumuzu bildirməsi təkcə Yunanıstan tərəfinə deyil, bütün dünyaya açıq mesaj idi. Dünyanın türkün gücünü bir daha görməsinin vaxtı çatıb”.
Baxış sayı: 697
Bölməyə aid digər xəbərlər
27-09-2026, 21:19
Zaxarova: "Almaniya xarici işlər naziri Merzin reytinqini xilas etmək üçün Lavrovla görüşdü"
23-09-2026, 21:19
MAQATE-nin Baş Direktoru Kiyevdən gələn təhlükəsizlik təhdidlərinə görə Zaporojye Atom Elektrik Stansiyasına səfərini təxirə saldı
23-09-2026, 21:05
Lavrov: "ABŞ Ukraynadakı münaqişənin həllinə sadiqliyini təsdiqləyir"
23-09-2026, 19:28
Lavrov və Rubio BMT Baş Assambleyasının iclası çərçivəsində görüşdülər; danışıqlar təxminən bir saat davam etdi
22-09-2026, 17:49
Rubio: "Tramp BMT Baş Assambleyasının kənarında İran Prezidenti ilə görüşməyə hazırdır"
22-09-2026, 17:19
Netanyahu Nyu-York meri Zöhran Mamdanini yəhudilərə qarşı etirazları qızışdırmaqda günahlandırır
22-09-2026, 17:16
Tramp Zelenski ilə enerji obyektlərinə hücumların dayandırılmasını müzakirə edəcək
21-09-2026, 19:17
Belarusun Qərb üçün gübrəsi qalmayıb
21-09-2026, 19:14
Zelenski ilə Tramp arasında mümkün görüşün tarixi açıqlanıb
20-09-2026, 18:54
Fransa prezidentliyinə namizəd Ukraynaya maliyyə yardımını dayandıracağına söz verdi
20-09-2026, 17:32
Dövlət Duması Kallasın Rusiya seçkilərini tanımamaq çağırışını "şeytan" adlandırdı
18-09-2026, 00:17
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
16-09-2026, 21:06
BMT Baş katibi Ukraynada dərhal atəşkəs elan etməyə çağırdı
16-09-2026, 21:03
Paşinyan Rusiya bazasının çıxarılması məsələsini Putinlə heç vaxt müzakirə etmədiyini bildirib
16-09-2026, 19:14
Putin: "Seçkilərdə iştirak Rusiyanı zəiflətmək istəyənlərə ortaq bir cavab olacaq"
15-09-2026, 18:00
Lavrov ABŞ-la İran və Ukrayna ilə bağlı ticarət əlaqələri barədə xəbərləri təkzib etdi
14-09-2026, 18:00
Kallas: "Ukrayna sərhədində qatara edilən hücum Qərb ölkələrini qorxutmaq məqsədi daşıyır"
13-09-2026, 16:33
Zelenski dünyanın ən nüfuzlu yəhudiləri arasında adlandırılıb
7-09-2026, 20:54
Konqres üzvü Luna Ukraynadakı sülhü ABŞ üçün faydalı adlandırdı
7-09-2026, 16:46
Peskov Vitkoff və Kuşnerin səfərini sülhə doğru addım adlandırdı
6-09-2026, 20:16
Vitkov və Kuşner Kiyevdə Zelenski ilə danışıqlara başladılar
6-09-2026, 18:46
Zelenskinin müşaviri Ukraynadakı münaqişəyə son qoyulmasına çağırır
6-09-2026, 18:34
Zaxarova dron hadisəsi ilə bağlı: "Almaniya doğru anı gözləyirdi"
2-09-2026, 19:33
Polşanın keçmiş baş naziri Tuskun Rusiya təhlükəsi ilə bağlı xəbərdarlıqlarından bezdiyini deyir
2-09-2026, 18:56
Bessent: "Ukraynanın Rusiya enerji obyektlərinə hücumları qlobal yanacaq qiymətlərinin artmasına səbəb olub"
2-09-2026, 18:16
Putin Si Cinpinlə görüşünü mənalı və çox səmimi adlandırdı
1-09-2026, 20:16
Bessent: "Hörmüz boğazı iki ildən sonra yararsız hala düşəcək"
31-08-2026, 17:51
Tramp: "İran rəsmi olaraq uğursuz bir dövlətə çevrilib"
31-08-2026, 16:07
Peskov: "Qərbin Rusiyaya qarşı təxribatları olub, var və davam edəcək"
20-08-2026, 19:35
Mendel: "Rusiya Silahlı Qüvvələrinin Kiyevə zərbə endirməsindən sonra Zelenski günahı Trampa yıxacaq"
19-08-2026, 08:30
Boqdanov: "Kim Çen Inla görüş Trampın yeganə xarici siyasət aktividir"
18-08-2026, 22:38
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığına və bunu etmək planının olmadığına əminlik verdi
18-08-2026, 22:07
İran xarici işlər naziri Əraqçi: "ABŞ Tehranla danışıqlar üçün yalvarır"













