Bütün xəbərlər
İlham Əliyev Putinlə telefonda danışdı
Tarix: 13-08-2020 02:11 | Bölmə: Manşet

                 İlham Əliyev Putinlə telefonda danışdı


Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. “Qafqazinfo” bildirir ki, bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb.
“İkitərəfli gündəliyin aktual mövzuları müzakirə edilib. Rusiya-Azərbaycan tərəfdaşlığının bütün sahələrdə daha da möhkəmlənməsinə qarşılıqlı münasibət təsdiqlənib. İ.H.Əliyev V.V.Putini koronavirus infeksiyasından Rusiya vaksininin qeydiyyata alınması münasibətilə təbrik edib”, - məlumatda deyilir.
Liderlər, həmçinin iyulda Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyətin gərginləşməsi kontekstində regional problematikaya dair fikir mübadiləsi aparıblar. Putin gərginliyin artmasına səbəb olan istənilən hərəkətə yol verilməməsinin vacibliyini vurğulayıb.
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi 


Baxış sayı: 1 910


Bölməyə aid digər xəbərlər