Bütün xəbərlər
AŞPA prezidenti Sahibə Qafarovanın müraciətinə cavab verdi
Tarix: 17-07-2020 20:32 | Bölmə: Manşet

                  AŞPA prezidenti Sahibə Qafarovanın müraciətinə cavab verdi


Avropa Şurası Parlament Assambleyasının prezident Rik Daems Milli Məclisin sədri Sahibə Qafarovanın Ermənistanın Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribat törətməsi ilə bağlı müraciət məktubuna cavab göndərib.
"Qafqazinfo" xəbər verir ki, AŞPA prezidenti bildirib ki, bu məsələ AŞPA-nın müvafiq komitələrinin diqqətinə çatdırılıb. O, komitələrin yaranmış vəziyyəti yaxından izlədiyinə inandığını bildirib.
AŞPA prezidenti Rik Daemsin Milli Məclis sədri Sahibə Qafarovaya ünvanladığı məktubunda bildirilir ki, AŞPA tərəfləri gərginlik yaradan və və münaqişəni dərinləşdirə biləcək hərəkətlərdən çəkinməyə çağırır. Eyni zamanda, o, tərəfləri ATƏT-in Minsk Qrupu həmsədrləri ilə əməkdaşlığa davam etməyə, münaqişənin sülh yolu ilə həllini tapmağa, mülki şəxslərin təhlükəsizliyini və müdafiəsini təmin etməyə çağırır.


Baxış sayı: 276


Bölməyə aid digər xəbərlər