Bütün xəbərlər
Azərbaycanda daha 537 nəfər yoluxdu, 7 nəfər öldü
Tarix: 07-07-2020 20:26 | Bölmə: Manşet

                 Azərbaycanda daha 537 nəfər yoluxdu, 7 nəfər öldü


Azərbaycanda 537 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 453 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə “Qafqazinfo”ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 21 374 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 12 635 nəfər müalicə olunaraq sağalıb, 265 nəfər vəfat edib, 8474 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Bu gün 7102 koronavirus testi aparılıb.



Baxış sayı: 643


Bölməyə aid digər xəbərlər