22:59 / 15-04-2024
Məsciddə yanğın törədib
Bütün xəbərlər
Prezident “Fairmont”dakı hadisədən danışdı - Video
Tarix: 06-07-2020 23:04 | Bölmə: Manşet

                  Prezident “Fairmont”dakı hadisədən danışdı

"Xəstəliyin yayılmasının səbəbi bəzi insanların məsuliyyətsizliyidir. Sadə qaydaları onlar gözləmirlər, əməl etmirlər. Biz məcbur olduq cərimələri artırdıq. Bəzi hallarda sərt addımlar atılır. Ancaq onlar da öz məsuliyyətini dərk etməlidir". 
"Qafqazinfo" xəbər verir ki, bunu Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində deyib.
Dövlət başçısı müsahibə zamanı ötən gün “Fairmont” hotelində karantin rejiminin pozulmasından da söz açıb:
"Biz görəndə ki, insanlar nümayişkaranə bu rejimi pozurlar... Dünən məşhur oteldə baş verən biabırçı hadisə dözülməzdir. Ona görə Azərbaycan polisi düz edib müdaxilə edib. Polis orqanlarına mənim tərəfimdən çox ciddi göstəriş verilib ki, bütün pozuntulara adekvat reaksiya verilməlidir. Heç kim qanundan üstün deyil. İstər yerli şirkət olsun, istər xarici, istər yerli vətəndaş, istər xarici vətəndaş – fərq eləmir. Biz xalqımızın sağlamlığını qorumalıyıq. Mövcud olan qanunlar və karantin rejimi ilə bağlı tətbiq olunan qaydalar hər kəs üçün əsas olmalıdır. Biz bundan sonra da bu istiqamətdə addımlarımızı atacağıq. Qaydaları pozan insanlar daha məsuliyyətli olarlarsa, nizam-intizama əməl edərlərsə, hesab edirəm, biz pandemiyanı nəzarətdə saxlaya biləcəyik”.

              


Baxış sayı: 746


Bölməyə aid digər xəbərlər