22:59 / 15-04-2024
Məsciddə yanğın törədib
Bütün xəbərlər
İlham Əliyev Berdiməhəmmədova zəng etdi
Tarix: 29-06-2020 19:44 | Bölmə: Manşet

                   İlham Əliyev Berdiməhəmmədova zəng etdi


Azərbaycan Prezidenti İlham Əliyev iyunun 29-da Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova telefonla zəng edib.
"Qafqazinfo" xəbər verir ki, dövlət başçısı Qurbanqulu Berdiməhəmmədovu ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və Türkmənistanın firavanlığı naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.
Türkmənistan Prezidenti göstərilən diqqətə və təbrikə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı Azərbaycanla Türkmənistan arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib, əməkdaşlığımızın uğurla davam etdiriləcəyinə əminlik bildirilib.


Baxış sayı: 795


Bölməyə aid digər xəbərlər