Bütün xəbərlər
Elçin Quliyev generalın həbsindən sonra ilk dəfə - Fotolar
Tarix: 23-06-2020 19:09 | Bölmə: Manşet

                  Elçin Quliyev generalın həbsindən sonra ilk dəfə


İyunun 22-si və 23-də Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrində xidməti-döyüş fəaliyyətinin təşkilini yox­layıb.
"Qafqazinfo" DSX-yə istinadən xəbər verir ki, təmas xəttində döyüş mövqelərində xidmətdə olan sərhədçilərlə görüşülüb, xidməti və yaşayış şəraitlərinə, yeni yaradılmış döyüş möv­qe­lərinə və məntəqələrinə, yeni salınmış yollara və qoruyucu sədlərə baxış keçirilib.
“Qazax” əlahiddə sərhəd diviziyasının xidməti-döyüş fəaliyyətinin təşkili, zəruri sərhəd mü­hafizə və müdafiə infrastrukturunun təkmilləş­dirilməsi, hərbi hissələrin və qarni­zon­ların tikintisi üzrə görülən işlər nəzərdən keçi­rilib, döyüş hazırlığının yük­səldilməsi, dövlət sərhədinin toxunul­mazlığının və şəxsi heyətin təhlü­kəsizliyinin təmin edilməsi istiqa­mətində zəruri göstərişlər verilib.
Qeyd edək ki, E. Quliyev müavini, general Əfqan Nağıyevin həbsindən sonra ilk dəfə görüntülənib. Ə. Nağıyev barəsində Bakı Hərbi Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.








Baxış sayı: 795


Bölməyə aid digər xəbərlər