Bütün xəbərlər
Gəncədə növbəti dəfə dezinfeksiya işləri aparılıb
Tarix: 14-06-2020 20:58 | Bölmə: Manşet

                    Gəncədə növbəti dəfə dezinfeksiya işləri aparılıb


Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Gəncədə tədbiq olunan növbəti sərt karantin rejimi nəzərə alınaraq, şəhərin mərkəzi hissəsində, o cümlədən qəsəbə və yaşayış massivlərində yenidən gücləndirilmiş dezinfeksiya işləri aparılıb.
"Qafqazinfo" xəbər verir ki, işlərə Gəncə Şəhər Dezinfeksiya Stansiyasının əməkdaşları və Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikaları cəlb olunublar.
Gəncənin əsas küçə və prospektləri, o cümlədən “Gəncəçay” park-bulvar kompleksi, Xan bağı və N.Nərimanov parkının ərazisi xüsusi kimyəvi məhlulla yuyulublar. Səkilərdə, yol kənarlarında, park və meydanlarda, obyektlərin qarşısında da tibbi-profilaktiki işlər görülüb. Bununla yanaşı yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, idman-əyləncə qurğularında da dezinfeksiyaedici tədbirlər həyata keçirilib.
Qeyd edək ki, dezinfeksiya işləri yeni növ koronavirus (COVID-19) infeksiyasının daha da genişlənməsinin qarşısının alınması məqsədi ilə həyata keçirilən kompleks tədbirlər çərçivəsində aparılır və gündəlik olaraq davam etdirilir.








Baxış sayı: 394


Bölməyə aid digər xəbərlər