20:20 / 27-08-2026
UEFA prezidenti Aleksandr Çeferin Rusiyanın Avropa Futboluna nə zaman qayıda biləcəyini deyir
20:16 / 27-08-2026
Turist dağlarda azıb
20:13 / 27-08-2026
İtin 5 yaşlı qıza hücum etməsindən sonra cinayət işi açılıb
20:04 / 27-08-2026
Qolu beton qarışdırıcıya ilişən uşaq xilas edilib
20:02 / 27-08-2026
Xərçəngdən vəfat edən Stella Baranovskayanın anası qızının müalicəsi üçün vəsait mənimsəməkdə ittiham olunub
18:46 / 27-08-2026
Danimarka Parlamenti Qrenlandiya qadınlarına kontrasepsiya üçün kompensasiyanı təsdiqləyib
18:43 / 27-08-2026
Avtomobil partlayışında həlak olan şəxsin şəxsiyyəti müəyyən edilib
18:40 / 27-08-2026
Yeniyetmələr tərk edilmiş binada bir uşağı döyüblər
18:37 / 27-08-2026
Malidə silahlı hücumlarda iştirakı ehtimal olunan şəxsləri müəyyən edib
18:34 / 27-08-2026
Hərbi əsirlər üçün işgəncə zirzəmiləri aşkar edilib
18:31 / 27-08-2026
Bosniya Serb Ordusunun keçmiş komandanı Ratko Mladiç vəfat etdi
18:28 / 27-08-2026
İnternetdə açıq şəkildə terrorizmə çağırış etməkdə şübhəli bilinir
18:24 / 27-08-2026
ABŞ və İran hazırda danışıqlar aparmır
18:22 / 27-08-2026
Polis bar davası ilə bağlı məlumatları araşdıracaq
18:10 / 27-08-2026
Misirdən Moskvaya uçan təyyarə Yekaterinburqda planlaşdırılmamış eniş etdi
18:07 / 27-08-2026
Onlayn lotereyada 10 milyon rubl dəyərində super mükafat qazandı
18:05 / 27-08-2026
Terrorizmi maliyyələşdirməkdə təqsirli bilinib
18:02 / 27-08-2026
Müstəntiqlər dosent Kamenevanın qətli ilə əlaqədar oğlunun həbs olunmasını tələb edirlər
17:57 / 27-08-2026
Kütləvi qəzada motosikletçi həlak olub
13:19 / 27-08-2026
Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb
19:16 / 26-08-2026
Olimpiya medalçısı medalını satdığını təkzib etdi
19:12 / 26-08-2026
Reqbi hakimi Brızqalin intihar etdi
19:10 / 26-08-2026
Qərb Cənubi Qafqaz Dəmir Yolu (CQD) məsələsi ilə bağlı Ermənistanı şantaj etməkdə ittiham olunub
19:07 / 26-08-2026
"Tatu"nun konserti ləğv edilib
19:04 / 26-08-2026
5 yaşlı uşağı oyun meydançasından qaçıran şəxs həbs edilib
18:12 / 26-08-2026
Peskov İsveçrənin Rusiya aktivlərinin müsadirə edilməsi ilə bağlı açıqlamasına şərh verməkdən imtina etdi
18:10 / 26-08-2026
Macarıstan hökumət dəyişikliyindən sonra Rusiyanı təhlükə adlandırdı
18:07 / 26-08-2026
Daşqınlar nəticəsində təxminən 300 turist itkin düşüb
18:04 / 26-08-2026
Bir oğlanın yaralandığı polis təqibinin görüntüləri yayılıb
18:00 / 26-08-2026
15-ci əsrə aid gümüş sikkələrin olduğu gil küp tapılıb
17:57 / 26-08-2026
Media xəbərlərinə görə, Zelenski və Mask Ukraynaya dəstək mövzusunda danışıqlar apara bilərlər
17:52 / 26-08-2026
Müdafiə zavodunu yandırmağa cəhd ediblər
17:48 / 26-08-2026
"Poseidon" nüvə torpedası üçün ideal əməliyyat teatrı açıqlandı
17:44 / 26-08-2026
Avropadakı böhran Rusiya ilə qarşıdurma fonunda daha da pisləşir
17:40 / 26-08-2026
İİKK İran və Omanın Hörmüz boğazından gəmiçilikdən əldə etdiyi gəliri bölüşmək istədiyini bildirib
17:36 / 26-08-2026
Ağacları kəsərkən öldü
17:30 / 26-08-2026
Rusiya diplomatları körpələrin ölümü ilə bağlı başsağlığı veriblər
17:26 / 26-08-2026
Media xəbərlərinə görə, NATO Ukrayna Silahlı Qüvvələrinin döyüş koordinasiya sistemini maliyyələşdirib
“Vətəndaşlarımıza ciddi həmrəyliyə görə təşəkkür edirik” - Ramin Bayramlı + Video
Tarix: 08-06-2020 15:11 | Bölmə: Manşet
TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı 6-8 iyun tarixində Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda tətbiq edilən küçəyə çıxma qadağasına əməl edən vətəndaşlara Operativ Qərargah və bütün həkimlər adından təşəkkür edib.
R.Bayramlı “Qafqazinfo”ya müsahibəsində bildirib ki, sərt karantin rejimi tətbiq edilən yerlərdə əhali həmrəylik nümayiş etdirərək qaydalara əməl edib:
“Bildiyiniz kimi, Operativ Qərargahın qəbul etdiyi qərarla ötən həftə sonu ölkəmizdə əvvəlcədən müəyyən olunmuş klastrlar üzrə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda küçəyə çıxma qadağası tətbiq edildi. Bir daha bildirək ki, verilmiş qərar ciddi elmi statistik təhlillərə əsaslanaraq verilmişdi. Həftəsonu tətbiq olunan küçəyə çıxma qadağası ümumilikdə bizim arzu etdiyimiz istiqamətdə getdi. Fürsətdən istifadə edərək əziz vətəndaşlarımıza, hörmətli həmvətənlərimizə Operativ Qərargah adından, Operativ Qərargahın Tibbi bölməsi adından, bütün Azərbaycan həkimləri və tibb işçiləri adından təşəkkürümüzü bildiririk. Həqiqətən də vətəndaşlarımız çox ciddi həmrəylik nümayiş etdirdilər. Demək olar ki, əksəriyyət tətbiq olunan sərt karantin rejiminin tələblərinə əməl etdi. Bizə gələn çoxsaylı müraciətlərdə, sosial media üzərindən ünvanlanan müraciətlərdə hər kəs bundan məmnunluğunu ifadə edirdi. Cəmiyyətimizin bütün kəsimləri qeyd edirdilər ki, buna ciddi ehtiyac var, digər həmkarları da buna əməl etməyə dəvət edirdilər.
Çox az problemlər yaşandı. Öncədən profilaktik tədbirləri görməyə çalışırdıq. Xüsusilə 103 təcili yardım xidmətimizə müraciətlər artdı. Bununla əlaqədar olaraq çox az da olsa, gecikmələr oldu. Bunu etiraf etməliyik. Bu şəkildə küçəyə çıxma qadağası ilk təcrübə idi. Burada hər hansı bir nöqsanların olmasını da gözləyirdik, maksimum çalışırdıq ki, buna yol verilməsin. Bu da nə ilə əlaqədar idi? Bildiyiniz kimi gündəlik olaraq təcili yardım həkimlərimiz çağırışlara evlərə gedirlər və COVİD-19 xəstəliyinə şübhəli şəxslərdən müayinələr götürürlər. Onların analiz nəticələri çıxandan sonra isə pozitiv çıxan bütün şəxslər xüsusi rejimli xəstəxanalarımıza təxliyyə edilir. Əlavə olaraq da, təcili yardım xidmətimizin digər briqadaları başqa xəstəliklərin çağırışına gedirlər. Amma küçəyə çıxma qadağası ilə əlaqədar bəzi ən xırda hallarda, şikayətlərdə belə vətəndaşlar təcili yardım xidmətlərinə müraciət ediblər. Baş ağrısı yaxud hər hansısa bir dərmanlar üçün təcili yardıma müraciət ediblər. Belə hallar olub və ümumilikdə bununla əlaqədar olaraq çağırış saylarımız 800-ə qədər artıb. Biz bir daha öz daxili resurslarımızı analiz edərək müəyyən tədbirlərin görülməsi qərarını artıq vermişik. Lakin bir daha hörmətli vətəndaşlarımızdan xahiş edərdik ki, əgər gələcəkdə yenidən karantin rejimi tətbiq ediləcəksə, belə halların baş verməməsi üçün xırda çağırışlara ehtiyac duyulan məsələlərin tədbirləri öncədən görülsün. Məsələn, dərmanların alınması kimi.
Amma ümumilikdə, çox ciddi problem yaşamadıq. Çox böyük həmrəylik nümayiş etdirildi. Xalqımız, vətəndaşlarımız, karantin tətbiq edilən şəhərlərin sakinləri əl birliyi, el birliyi ilə bu çətinliyin öhdəsindən gəldi. Biz bundan çox məmnunuq. Vətəndaşlarımızın davranışı, həmrəyliyi ilə həkim həmvətənlərinin, tibb işçilərinin üzərinə düşən yük azalacaq. Bu, ona xidmət edir, bunun kifayət qədər əsasları vardır. İrəlidəki günlərdə əminəm ki, bunun şahidi olacağıq.
İki gün öncə əməl etdiyimiz qaydaların nəticəsini həftə başlayan kimi gözləyə bilmərik. COVİD-19 xəstəliyinin inkubasiya müddəti 7-14 gündür. Biz iki gün ərzində insanların təmasını minimuma endirdik.
Bəzi vətəndaşlardan suallar gəlir ki, virus həftənin 5 günü yayılmır ki, iki gün üçün bu qərar verilib? Son iki günün qərarının qəbul edilməsi onunla əlaqədardır ki, bu günlərdə iş aktivliyi onsuz da aşağı idi. Əsas məsələ də bu idi ki, biz təması minimuma endirək. Biz bu həftəsonu həmvətənlərimizin ciddi həmrəliyi ilə buna nail olduq. Bir daha vətəndaşlarımızı özlərinin və yaxınlarının sağlamlıqlarına biganə yanaşmamağa dəvət edirik. Bu xəstəlik bizimlə uzun müddət qalacaq. Ancaq biz cəmiyyətdəki aktivliyi, iqtisadi, sosial fəallığı, iş fəallığını qətiyyən itirmək istəmirik. Bizim arzumuz ondan ibarətdir ki, normallaşma prosesinə gedək, nə vaxt ki, xəstəliyin vaksini, dərmanı tapılacaq, onda məsələ kökündən öz həllini tapacaq. Ancaq bu gün üzərimizə düşən budur ki, normallaşmaya tədricən gedək.
Elan olunan bütün ictimai və qapalı yerlərdə maskadan istifadə edək, bütün məntəqələrdə, iş yerlərində fiziki məsafəni qoruyaq və əl gigiyenasına diqqət edək. Həftəsonunda tətbiq olunmuş küçəyə çıxmaq qadağası o vaxt əhəmiyyətli olacaq ki, biz həftə içində də bunlara əməl edək.
Statistik göstəricilərə, mütəxəsisslərin rəylərinə və tibbi qərargaha cəlb olunmuş alimlərin apardığı təhlillərə əsaslanaraq əminliklə ifadə etmək istəyirəm ki, əgər biz bunlara əməl etsək, çox qısa müddətdə normallaşma prosesinə gedə biləcəyik. Yəni, artıq biz küçəyə çıxma qadağalarından danışmaya biləcəyik. Vətəndaşları növbəti mərhələlərdə də tətbiq ediləcək hər hansı qaydalara bir daha əməl etməyə dəvət edirik”.
R.Bayramlı qeyd edib ki, növbəti günlərdə də müşahidələr davam etdiriləcək:
“İki gün ərzində virusa yoluxmanı nə qədər minimuma endirə bildiyimizin təhlilini indi verə bilmərik. Əlimizdə bu təcrübədən istifadə edən digər ölkələrin nəticələri var. Buna əsaslanaraq yoluxmanın azalacağını gözlədiyimizi deyə bilərik. Ancaq bir-iki həftə sonra aparacağımız statistik təhlillər bunun əhəmiyyətini göstərəcək. Buna görə də planlanır ki, önümüzdəki həftə sonları və həftə sonlarını bayrama bağlanan günlərdə də bu tətbiq olsun. Bu şərtlə ki, insanlarımız işə icazə verilən günlərdə qaydalara əməl etsinlər. Bunların hamısının kompleks nəticəsi təhlil olunduqdan sonra gələcək həftələrdə, ümumiyyətlə, qadağalardan danışmaya bilərik. Bir daha qeyd etmək istəyirik ki, biz qətiyyən sərt qadağaların tərəfdarı deyilik, tədricən normallaşmanın tərəfdarıyıq. İnsanlarımızın bizimlə birlikdə həmrəylik göstərməsi, ictimai qınaqla digər həmvətənləri bu qaydalara əməl etməyə çağırması çox önəmlidir”.
Baxış sayı: 2 641
Bölməyə aid digər xəbərlər

20-08-2026, 19:35
Mendel: "Rusiya Silahlı Qüvvələrinin Kiyevə zərbə endirməsindən sonra Zelenski günahı Trampa yıxacaq"
19-08-2026, 08:30
Boqdanov: "Kim Çen Inla görüş Trampın yeganə xarici siyasət aktividir"
18-08-2026, 22:38
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığına və bunu etmək planının olmadığına əminlik verdi
18-08-2026, 22:07
İran xarici işlər naziri Əraqçi: "ABŞ Tehranla danışıqlar üçün yalvarır"
18-08-2026, 21:48
"Barselona" İspaniya millisinin kapitanı Rodri ilə müqavilə imzaladığını elan etdi
18-08-2026, 12:33
Yaponiyanın Rusiyadakı səfiri Akira Muto Rusiya Xarici İşlər Nazirliyinin binasını tərk etdi
17-08-2026, 22:13
Avropa Parlamentinin üzvü: "Avropa Birliyinin Rusiyaya qarşı yeni sanksiyalar tələbi sülh gətirməyəcək"
14-08-2026, 17:38
Tahir Gözel 1 milyon manat “premiya” sözü verdi
12-08-2026, 10:45
Tramp Amerika qanunlarının sərtliyindən şikayətləndi
11-08-2026, 19:17
Conson bildirib ki, Zelenskinin özü 2022-ci ildə Rusiya ilə münaqişəni davam etdirmək qərarına gəlib
9-08-2026, 18:49
Papa Rusiya və Ukraynanı dialoqa qayıtmağa çağırdı
6-08-2026, 21:11
Zelenski Ukraynanın 2027-ci ilə qədər öz ballistik sistemini inkişaf etdirəcəyinə ümid edir
5-08-2026, 20:56
Roskosmos baş institutunda yanğın baş verib
3-08-2026, 18:37
But: "ABŞ həbsxanalarındakı şərait Hollivud filmlərində təsvir olunanlara çox yaxındır"
30-07-2026, 18:21
Tusk Ukrayna üçün hansı dövrün həlledici olacağını izah etdi
29-07-2026, 19:09
"Trampın üzünə şillə": Kiyevin İrana mümkün kompensasiya ödənişi ilə bağlı ekspert
28-07-2026, 18:55
Tramp İranın "Nüvə qalasını" dağıtmaqla hədələyir
27-07-2026, 20:58
Tramp danışıqlar uğursuz olarsa, ABŞ-ın hərbi əməliyyatlara davam etməyə hazır olduğunu bildirdi
27-07-2026, 20:34
Peskov informasiya müharibəsinin heç vaxt bitməyəcəyinə inanır
26-07-2026, 23:38
Braziliya Prezidenti yeni ABŞ tariflərini strateji səhv adlandırdı
23-07-2026, 13:25
Zaxarova Lavrov-Rubio görüşünün ABŞ təşəbbüsü olduğunu təsdiqlədi
22-07-2026, 13:33
IFFHS Messini Dünya Kubokunun "İlin oyunçusu" seçdi
22-07-2026, 08:26
Merts Rusiya və Almaniya nümayəndələri arasında Bakıda keçirilən görüşdən xəbərsiz olduğunu etiraf etdi
21-07-2026, 20:41
Tramp İranın "yeni nüvə obyekti"ni vurmaqla hədələyir
21-07-2026, 19:08
Umerov Ukraynanın ABŞ-dakı səfiri vəzifəsinə namizəd hesab olunur
14-07-2026, 23:28
Kreml Merzin Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı sözlərinə cavab verdi
14-07-2026, 18:26
Bricit Makron Parisdə görüşəndə Zelenskini öpdü
14-07-2026, 18:08
Lavrov ABŞ-ın İrana zərbələri barədə sərt danışdı
12-07-2026, 20:17
Stefanişina Ukraynanın ABŞ-dakı səfiri vəzifəsindən istefa verdi
8-07-2026, 20:51
Türkiyə Ukraynada ABŞ-ın sülh təşəbbüslərini dəstəklədiyini bildirib
8-07-2026, 20:45
Tramp Kiyevin neft emalı zavodlarına endirdiyi zərbələri münaqişənin sona çatmasına kömək edəcək eskalasiya adlandırdı
7-07-2026, 21:39
Tramp: "Ukraynadakı münaqişənin yaxın gələcəkdə həlli mümkündür"
7-07-2026, 21:25
"Polymarket", Ronaldonun Dünya Kubokunda göz yaşlarına qoyulan mərcləri qəbul etmədi.