Bütün xəbərlər
Yeni icra başçısının 35 yaşı var - Foto
Tarix: 13-05-2020 15:39 | Bölmə: Manşet

                  Yeni icra başçısının 35 yaşı var

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Kəlbəcərə yeni icra başçısı təyin edib. Belə ki, Azər Bəhlul oğlu Qocayev sözügedən vəzifəyə təyinat alıb.
“Qafqazinfo”nun məlumatına görə, Azər Qocayev 1985-ci ildə Sumqayıt şəhərində anadan olub. Sumqayıt Dövlət Universitetinin Elektroenergetika və Enerji maşınqayırması fakültəsini bitirib. 
Müxtəlif illərdə “Bakı Elektrikşəbəkə ASC”də, “Azərenerji” ASC-nin Sumqayıt ES-də, “Sumqayıt REŞ” MMC-də, “Azərişıq” ASC-də mühəndis vəzifəsində çalışıb. 
2017-ci ildən isə “Azərbaycan Dəmir Yolları” QSC-nin  İnfrastruktur Departamentində bölmə rəisinin müavini, 2018-ci ildə İnfrastruktur Departamentində  Elektrik təchizatı xidmətində xidmət rəisinin müavini, 2019-cu ildən isə Elektrik enerjisinin satışı və istifadəsinin səmərəliliyinə nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb. 
Ailəlidir, iki övladı var.



Baxış sayı: 429


Bölməyə aid digər xəbərlər