Bütün xəbərlər
"Dağlıq Qarabağ tezliklə işğaldan azad ediləcək və məcburi köçkünlərimiz öz dədə-baba yurdlarına geri dönəcəklər"-ADİL ƏLİYEV
Tarix: 09-05-2020 00:40 | Bölmə: Manşet
​​​​
1992-ci il mayın 8-də Ermənistanın silahlı ordusunun hücumları nəticəsində Azərbaycanın tarixi və dilbər guşəsi, Qarabağın gözəllik simvolu Şuşa işğal olundu.
İşğalı nəticəsində Şuşa şəhəri və rayonun 30 kəndi dağıdılıb, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 24 mindən çox əhali etnik təmizləməyə məruz qalıb, Şuşadakı bir sıra mədəniyyət abidələri düşmən tərəfindən talan, tarixi abidələr isə məhv edilmişdir.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr başda olmaqla, bütün beynəlxalq təşkilatlar və dünya ölkələrinin ifadə etdiyi birmənalı mövqeyə əsasən Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və işğalçı qüvvələr bütün işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmalıdır.
Şuşanın işğalı zamanı şəhid olmuş şəxslərə Allahdan rəhmət, yaxınlarına səbr arzu edirəm. Ali Baş Komandanımızın rəhbərliyi ilə Şuşada daxil olmaqla bütün Dağlıq Qarabağ tezliklə işğaldan azad ediləcək və məcburi köçkünlərimiz öz dədə-baba yurdlarına geri dönəcəklər.


Baxış sayı: 545


Bölməyə aid digər xəbərlər