Bütün xəbərlər
“Ölkə başçısı istəməz ki, daim karantin rejimi qalsın”
Tarix: 06-05-2020 19:04 | Bölmə: Manşet

                    “Ölkə başçısı istəməz ki, daim karantin rejimi qalsın”

“Ölkə hazırda karantin rejimindən çıxma mərhələsindədir”.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib. 
O deyib ki, çox uğurlu yola başlamışıq, uğurla da sona çatdırmalıyıq: “Nə dövlət, nə də ölkə başçısı istəyər ki, ölkə daim karantin rejimində qalsın. Bunun üçün də vətəndaşlar məsuliyyətli olmalı, karantin rejiminin qaydalarına əməl etməlidir. 
Test nəticəsi neqativ olanlara cavabların SMS vasitəsilə göndərilməsinə bir neçə dəfə cəhd edilib. Amma texniki problem yaranıb. Çünki bir xəstə ailə üzvlərinin hər birinin testi üçün bir nömrə yazmışdı. Hazırda bu sistem təkmilləşdirilir və yaxın günlərdə test nəticəsi neqativ olanlara SMS formasında cavab göndəriləcək”.


Baxış sayı: 384


Bölməyə aid digər xəbərlər