23:44 / 12-07-2026
Türkiyədə qida zəhərlənməsindən sonra təxminən 30 turist xəstəxanaya yerləşdirilib
23:33 / 12-07-2026
WP: İran hücumundan sağ qalan ABŞ hərbçiləri komandirləri xəyanətdə ittiham edirlər
20:38 / 12-07-2026
FIFA Dünya Kubokunu 64 komandaya genişləndirə bilər
20:34 / 12-07-2026
ABŞ-dan Rusiyaya qadın geyimləri göndərilməsi üç dəfə artıb
20:32 / 12-07-2026
Motorlu gəminin toqquşması ilə bağlı araşdırma başlanıb
20:27 / 12-07-2026
"Reuters": Almaniya 50.000 hücum dronuna 90 milyon avro ayıracaq
20:24 / 12-07-2026
Putini toyuna dəvət edən jurnalist evləndi
20:20 / 12-07-2026
Xust Ticarət Mərkəzinin işçisi öldürülüb
20:17 / 12-07-2026
Stefanişina Ukraynanın ABŞ-dakı səfiri vəzifəsindən istefa verdi
20:15 / 12-07-2026
Hava hücumundan müdafiə qüvvələri Moskvaya yaxınlaşarkən iki pilotsuz təyyarəni vurdu
20:12 / 12-07-2026
Rusiya zəlzələ qurbanları üçün Venesuelaya 22 ton humanitar yardım çatdırdı
20:10 / 12-07-2026
Dövlət Duması Kubanın gələcəyinə inamını qeyd etdi
20:07 / 12-07-2026
Ekspert Sidorov: "Seçkilərdən əvvəl Qrehemin ölümü Tramp üçün pis hadisədir"
10:39 / 12-07-2026
ABŞ qüvvələri İrana qarşı yeni zərbələrdə təxminən 140 hədəfə hücum etdi
10:36 / 12-07-2026
İran Omandakı ABŞ təyyarə gəmilərinin dəstək obyektlərinə vuruş etdi
10:33 / 12-07-2026
Makqreqorun Hollovey ilə döyüşdə aldığı zədənin təbiəti açıqlandı
10:29 / 12-07-2026
Argentina - İsveçrə matçının ən yaxşı oyunçusu Messi deyil
10:26 / 12-07-2026
Opta 2026 Dünya Kuboku superkompüter proqnozunu yenilədi
10:24 / 12-07-2026
Podpolkovnik Devis bildirib ki, ABŞ-ın Kiyevə çatdırılması səbəbindən "PAC-3" raketləri çatışmır
10:19 / 12-07-2026
Qətərin keçmiş əmiri vəfat etdi
10:16 / 12-07-2026
Sərxoş ata əlil oğlunu çəngəl ilə vurmaqla hədələyib
10:13 / 12-07-2026
Qayıq evində baş verən yanğın söndürülür
10:09 / 12-07-2026
Dron hücumunda yaralanan 13 yaşlı oğlan xəstəxanada vəfat edib
18:09 / 11-07-2026
Şəhid polis Ramil Şirinovun doğum günü keçirilib-VİDEO+FOTOLAR
16:45 / 11-07-2026
İlham Əliyev Şuşada tarix-memarlıq abidəsi olan “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib
16:26 / 11-07-2026
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
16:20 / 11-07-2026
İlham Əliyev Laçında “Həkəriçay” su anbarının təməlini qoyub
16:06 / 11-07-2026
Millət vəkilinin növbəti vətəndaş qəbulu
21:10 / 10-07-2026
Şahmatçılarımız Olimpiadaya bu heyətlə gedəcək - Kapitan Teymur Rəcəbovdur
21:03 / 10-07-2026
Həmin layihələr Prezidentə təqdim olunacaq - Fotolar
20:58 / 10-07-2026
İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
20:52 / 10-07-2026
Azərbaycan Ermənistana 434 min avro ödəyib
20:46 / 10-07-2026
Atasının ölüm xəbərini alan gəmi kapitanı vəfat etdi
20:37 / 10-07-2026
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
20:24 / 10-07-2026
Azərbaycanın əsas prioritetlərindən biri regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasıdır-Könül Nurullayeva
19:42 / 09-07-2026
İİKK İordaniyadakı ABŞ-ın Əl-Əzraq Hava Bazasına 10 raket atıb
19:40 / 09-07-2026
RT prodüserinin həbsindən sonra Zaxarova Londona müraciət edib
19:37 / 09-07-2026
Paşinyan Ermənistandakı anklavlar məsələsindən imtina etməyin mümkün olmadığını bildirdi
19:33 / 09-07-2026
Teatr yanğına uğrayıb
19:30 / 09-07-2026
Çində fabrik yanğını: Xilasedicilər 28 nəfərin öldüyünü bildiriblər
Türk Şurası çərçivəsində zəruri malların tranzitində “yaşıl dəhlizlər”in effektivliyi artırılacaq
Tarix: 30-04-2020 18:28 | Bölmə: Manşet
Azərbaycanın sədrliyi ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın, eləcə də müşahidəçi dövlət Macarıstanın nəqliyyat sahəsi üzrə məsul şəxsləri arasında videokonfrans keçirilib.
Bu barədə “Report” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən məlumat verir.
Videokonfransda Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, Qırğızıstanın Nəqliyyat və Yollar Nazirliyinin Dövlət katibi Ermek Mamırkaliyev, Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismayıloğlu, Özbəkistanın Nəqliyyat naziri Elyor Qəniyev, Qazaxıstanın Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyinin Nəqliyyat Komitəsinin sədri Samat Qilimov, Macarıstanın İnnovasiyalar və Texnologiya Nazirliyinin Nəqliyyat Siyasəti üzrə Dövlət naziri Laslo Mosokzı və Türk Şurasının Baş katibi Bağdad Amreyev iştirak ediblər.
R.Quluzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da keçirilən videokonfransda Türk Şurasının fövqəladə Zirvə görüşünün Yekun Bəyannaməsində pandemiya dövründə ölkələrimiz arasında daşımaların davamlılığının təmin edilməsi üçün müvafiq addımların atılmasının vacibliyinin qeyd olunduğunu bildirib. Eyni zamanda yük nəqliyyat vasitələrinin sərhədlərdən keçmə prosedurlarının sadələşdirilməsi və bu sahədə yaranan problemlər barədə məlumat mübadiləsinin aparılmasının dövlət və hökumət başçıları tərəfindən zəruri hesab olunduğunu diqqətə çatdırıb.
Hazırda Türk Şurasına üzv ölkələr arasında bütün sahələrdə, o cümlədən nəqliyyat sahəsində də əlaqələrin yüksək səviyyədə qurulduğunu qeyd edən nazir həssas dönəmdə səmərəli yükdaşımalarının təşkili, çətinliklərə qarşı birgə effektiv tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.
Nazir Ramin Quluzadə Azərbaycan ərazisində koronavirusun yayılmasının qarşısını almaq məqsədilə sahə üzrə beynəlxalq təcrübəyə əsasən həyata keçirilən işlərdən danışıb: “Ölkənin bütün sərhədləri sərnişindaşımalarına bağlanıb. Xarici ölkələrdə olan 15 mindən artıq vətəndaşımız çarter təyyarə reysləri ilə ölkəyə gətirilib. Ölkədə şəhərlərarası, rayonlararası nəqliyyatın və Bakı Metropoliteninin fəaliyyəti tam dayandırılıb”.

Nazir həmçinin deyib ki, qonşu dövlətlərlə hava və quru nəqliyyatı vasitəsilə sərnişindaşımalarının dayandırılmasına baxmayaraq, beynəlxalq yükdaşımalarının həyata keçirilməsinə ölkəmizdə heç bir məhdudiyyət qoyulmayıb. Ölkədə sərhəd-keçid məntəqələri 24 saatlıq iş rejimində fəaliyyət göstərir və avtomobil nəqliyyatı vasitəsilə yükdaşımaları üçün daim açıqdır.
Çıxışının davamında nazir Ramin Quluzadə bildirib ki, cari ilin I rübündə Azərbaycan Respublikasının ərazisindən 52 min 405 ədəd, o cümlədən tranzit olaraq 20 min 819 ədəd xarici ölkələrin nəqliyyat vasitələri ikitərəfli və Beynəlxalq Nəqliyyat Forumunun çoxtərəfli icazələri ilə sərhəddə icazə almaqla beynəlxalq avtomobil daşımalarını yerinə yetirib. “Statistik məlumatların müqayisəsi göstərir ki, bu ilin I rübündə ötən ilin müvafiq dövrünə nisbətən Azərbaycan Respublikasının ərazisindən beynəlxalq avtomobil daşımalarını yerinə yetirən xarici ölkələrin nəqliyyat vasitələrinin sayı 24 faiz, tranzit daşımaların sayı isə 32 faiz artıb”.
Xəzər dənizi üzərindən Qazaxıstan və Türkmənistan istiqamətində yük maşınları və konteyner daşımalarının həyata keçirilməsinin davam etdirildiyini qeyd edən nazir Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə ölkəmizin dəniz nəqliyyatı sahəsində qoşulduğu beynəlxalq konvensiyalarda və yerli qanunvericilikdə nəzərdə tutulan, vaxtı bitmiş şəhadətnamələrin və müvafiq yoxlamaların müddətinin 2020-ci ilin iyulun 1-dək artırıldığını söyləyib.
“Eyni zamanda respublikanın bütün beynəlxalq hava limanlarında yük aviadaşımaları üçün məhdudiyyətlər aradan qaldırılıb və hazırda təcili yük reysləri də daxil olmaqla bütün zəruri səlahiyyət və icazələr dərhal təqdim olunur. Azərbaycan Respublikasının aviasiya personalının sertifikat və icazələrinin qüvvəsinin uzadılması, həmçinin xarici dövlətlərin aviasiya administrasiyaları tərəfindən qüvvəsi uzadılmış sertifikatların müvəqqəti tanınması barədə qərar qəbul edilib”, - Ramin Quluzadə vurğulayıb.
Nazir həmçinin qeyd edib ki, Azərbaycan ölkənin tranzit potensialının və yük axınlarının artırılması məqsədilə hələ pandemiyadan öncəki dövrdə daşımalara və tranzit keçid haqlarına əlavə güzəştlər tətbiq edib, digər müvafiq tədbirlər görüb. Bu güzəştlər Türk Şurasına üzv ölkələrin daşıyıcıları üçün nəqliyyat əməliyyatlarının sadələşdirilməsi və daşıma xərclərinin azaldılması baxımından əhəmiyyətlidir. Bu səbəbdən Avropadan Asiya istiqamətində hərəkət edən daşıyıcılar üçün Xəzər dənizi üzərindən keçən marşrutun üstünlüklərindən davamlı şəkildə istifadənin nəzərdən keçirilməsi mövcud yük axınının daha da artmasına öz töhfəsini vermiş olar.
Videokonfransın gedişində COVID-19 pandemiyasının yaratdığı məhdudiyyət şəraitində tərəflər arasında nəqliyyat əməliyyatlarının mövcud vəziyyəti müzakirə edilib.
Eyni zamanda pandemiya dövründə Trans-Xəzər Dəhlizi boyunca zəruri malların – ərzaq məhsulları, dərman və tibbi ləvazimatların maneəsiz daşınmasının və təchizat zəncirinin kəsintisiz fəaliyyətinin təmin edilməsi üçün lazımi praktik tədbirlərin müzakirəsi aparılıb.

Qeyd olunan praktik tədbirlərə, yükdaşımalarının asanlaşdırılması istiqamətində üzv ölkələr tərəfindən müvafiq tədbirlərin görülməsi, eyni zamanda humanitar mallar, zəruri istehlak malları, dərman və tibbi ləvazimatları daşıyan yük maşınlarının sərhədlər/nəzarət məntəqələrindən keçidinin asanlaşdırılması üçün praktik köməklik göstərilməsi və bu sahədə yarana biləcək problemlərlə bağlı informasiya mübadiləsinin aparılması daxildir. Eyni zamanda pandemiya dövründə yarana biləcək məsələlərin çevik həlli, nəqliyyat və logistikanın effektiv əlaqələndirilməsi üçün tərəflərin nəqliyyata məsul nazirlikləri arasında operativ işçi qrupun yaradılması, Trans-Xəzər Dəhlizi boyunca tərəflər arasında təmassız xarici ticarət və multimodal nəqliyyat sistemlərinin inkişaf etdirilməsi də praktik tədbirlər sırasında yer alır.
Həmçinin post-pandemiya dövründə tərəflər arasında gələcək əməkdaşlıq üzrə müxtəlif təkliflər səsləndirilib.
Türkiyə tərəfi rəqabətədavamlı və ortaq tariflərin tətbiq olunması ilə bağlı əməkdaşlığın inkişaf etdirilməsi təklifi ilə çıxış edib.
Özbəkistan tərəfi isə “Daşkənd-Karakalpakiya-Aktau-Bakı-Tbilisi-Qars-İstanbul multimodal nəqliyyat dəhlizinin işə salınması və birgə istifadəsini, həmçinin pandemiyanın yaratdığı məhdudiyyətləri nəzərə alaraq, Türk Şurası çərçivəsində ərzaq, tibb məhsulları və digər zəruri malların tranzit daşımalarında “yaşıl dəhlizlər”in effektivliyinin artırılması üçün əlavə tədbirlərin görülməsini təklif edib.
Videokonfransın sonunda yekin nitqi ilə çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə birgə əməkdaşlıq nəticəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələr arasında səmərəli yükdaşımalarının daha effektiv şəkildə təşkilinin təmin ediləcəyinə, bu tədbirlərin pandemiya ilə mübarizədə öz töhfəsini verəcəyinə və ondan sonrakı dövrlərdə də ölkələrin rifahına xidmət edəcəyinə əminliyini ifadə edib.
Görüşün gündəliyində öz əksini tapan məsələlərlə bağlı müzakirələrin nəticəsi Türk Şurası Katibliyi tərəfindən ümumiləşdirilərək üzv dövlətlərə göndərilməsi və üzv ölkələrin müvafiq qurumları tərəfindən bununla bağlı lazımi tədbirlərin görülməsi üçün nəzərdən keçirərək öz məlumatlarını və təkliflərini təqdim etməsi razılaşdırılıb.
Baxış sayı: 483
Bölməyə aid digər xəbərlər

8-07-2026, 20:51
Türkiyə Ukraynada ABŞ-ın sülh təşəbbüslərini dəstəklədiyini bildirib
8-07-2026, 20:45
Tramp Kiyevin neft emalı zavodlarına endirdiyi zərbələri münaqişənin sona çatmasına kömək edəcək eskalasiya adlandırdı
7-07-2026, 21:39
Tramp: "Ukraynadakı münaqişənin yaxın gələcəkdə həlli mümkündür"
7-07-2026, 21:25
"Polymarket", Ronaldonun Dünya Kubokunda göz yaşlarına qoyulan mərcləri qəbul etmədi.
5-07-2026, 18:32
Prezidentlik müddətini başa vurduqdan sonra Makron milyarder Nielin rəhbərliyi altında vəzifə tuta bilər
2-07-2026, 17:30
Peskov Kallasın son təhdidinə cavab verdi
28-06-2026, 12:58
Medvedev: "Ermənistanın Qərbin nəzarətindən qaçması çətin olacaq"
24-06-2026, 19:17
Bessent: "Rusiya Ukraynadakı münaqişədən sonra dollar sisteminə qayıtmaq istəyəcək"
24-06-2026, 19:14
Ukraynanın keçmiş xarici işlər naziri Kuleba Trampın münaqişə ilə bağlı mövqeyini dəyişdiyinə şübhə edir
24-06-2026, 16:10
"Spartak Moskva"nın keçmiş kapitanı Cikiya Türkiyədən Rusiya Premyer Liqasına qayıdıb
24-06-2026, 16:02
Sanksiyalar altında olan idmançıları ac itlərlə müqayisə etdi
24-06-2026, 15:58
Lavrov Trampın Kiyevə hərbi əməliyyatları sərtləşdirməyə icazə verdiyinə dair media xəbərlərinə şübhə ilə yanaşıb
22-06-2026, 20:48
Vens İranın MAQATE müfəttişlərini qəbul etməyə razı olduğunu bildirdi
22-06-2026, 16:03
Kreml: Putin və Lukaşenko tezliklə Zelenskinin Belarusa qarşı təhdidlərini müzakirə edəcəklər
21-06-2026, 20:09
Diesen: "London və NATO ölkələri vətəndaşlarını hədəfə çeviriblər"
18-06-2026, 20:36
Rusiya Xarici İşlər Nazirliyi: Heç bir hava hücumundan müdafiə sistemləri NATO ölkələrini cavab zərbələrindən xilas edə bilməz
18-06-2026, 20:17
Zaxarova avropalı diplomat Kaja Kallasın yalan danışdığını iddia etdi
17-06-2026, 20:48
Tramp Rusiyaya qarşı yeni sanksiyaların neft qiymətlərindən asılı olduğunu bildirdi
16-06-2026, 19:49
Lavrov Ukraynanın Avropa Birliyinə daxil olmasında üstünlüklər tapdı
16-06-2026, 19:37
"Rusiyanın unikal qızı": Karelin İsinbayevanın müdafiəsindən danışdı
16-06-2026, 19:10
Von der Leyen AB-ni Kiyevə dəstəyini ikiqat artırmağa çağırdı
15-06-2026, 18:10
Çin etiraf etdi ki, İsrail ABŞ-İran sazişini poza bilər
14-06-2026, 19:26
Pentaqon Hörmüz boğazından minaların təmizlənməsinin nə qədər vaxt aparacağını izah etdi
14-06-2026, 19:22
İsrailin Livana hücumu ABŞ-İran danışıqlar prosesini çətinləşdirib
14-06-2026, 16:28
Lavrov Türkiyə Xarici İşlər Naziri ilə Yaxın Şərq və Qara dənizdəki vəziyyəti müzakirə edəcək
11-06-2026, 23:20
Kanadada itkin düşən rusiyalı gimnast tapılıb
11-06-2026, 11:06
Dmitriyev Vitkoff və Kuşnerlə yenidən nə vaxt görüşəcəyini açıqladı
10-06-2026, 19:15
Bolqarıstan Baş naziri Radev Ukraynaya silah tədarükünün dayandırıldığını təsdiqlədi
10-06-2026, 19:11
Lavrov Ermənistanın NATO ilə artan əməkdaşlığına diqqət çəkdi
9-06-2026, 20:49
Makron heyrətləndi, Starmer panikaya düşdü: Dünya siyasətçiləri "60 dəqiqə" verilişinə reaksiya verdi
9-06-2026, 09:47
Kallas ortaq Avropa ordusunun yaradılmasına qarşı çıxdı
7-06-2026, 08:55
Torrembini: "İtaliya şirkətləri sanksiyalara baxmayaraq Rusiyada fəaliyyət göstərir"
7-06-2026, 08:19
Vulin: "Avropa Rusiyanı məhv etməyə çalışarkən tarixin risklərini və dərslərini unudur"
7-06-2026, 08:06
Kartayzer Avropanın hansı siyasətçilərdən məhrum olduğunu izah etdi
4-06-2026, 23:18
Putin Trampın Ukraynadakı münaqişənin sülh yolu ilə həlli ilə bağlı təkliflərini qiymətləndirdi
4-06-2026, 23:15
Putin: "Ukrayna rusdilli ölkədir"