20:20 / 27-08-2026
UEFA prezidenti Aleksandr Çeferin Rusiyanın Avropa Futboluna nə zaman qayıda biləcəyini deyir
20:16 / 27-08-2026
Turist dağlarda azıb
20:13 / 27-08-2026
İtin 5 yaşlı qıza hücum etməsindən sonra cinayət işi açılıb
20:04 / 27-08-2026
Qolu beton qarışdırıcıya ilişən uşaq xilas edilib
20:02 / 27-08-2026
Xərçəngdən vəfat edən Stella Baranovskayanın anası qızının müalicəsi üçün vəsait mənimsəməkdə ittiham olunub
18:46 / 27-08-2026
Danimarka Parlamenti Qrenlandiya qadınlarına kontrasepsiya üçün kompensasiyanı təsdiqləyib
18:43 / 27-08-2026
Avtomobil partlayışında həlak olan şəxsin şəxsiyyəti müəyyən edilib
18:40 / 27-08-2026
Yeniyetmələr tərk edilmiş binada bir uşağı döyüblər
18:37 / 27-08-2026
Malidə silahlı hücumlarda iştirakı ehtimal olunan şəxsləri müəyyən edib
18:34 / 27-08-2026
Hərbi əsirlər üçün işgəncə zirzəmiləri aşkar edilib
18:31 / 27-08-2026
Bosniya Serb Ordusunun keçmiş komandanı Ratko Mladiç vəfat etdi
18:28 / 27-08-2026
İnternetdə açıq şəkildə terrorizmə çağırış etməkdə şübhəli bilinir
18:24 / 27-08-2026
ABŞ və İran hazırda danışıqlar aparmır
18:22 / 27-08-2026
Polis bar davası ilə bağlı məlumatları araşdıracaq
18:10 / 27-08-2026
Misirdən Moskvaya uçan təyyarə Yekaterinburqda planlaşdırılmamış eniş etdi
18:07 / 27-08-2026
Onlayn lotereyada 10 milyon rubl dəyərində super mükafat qazandı
18:05 / 27-08-2026
Terrorizmi maliyyələşdirməkdə təqsirli bilinib
18:02 / 27-08-2026
Müstəntiqlər dosent Kamenevanın qətli ilə əlaqədar oğlunun həbs olunmasını tələb edirlər
17:57 / 27-08-2026
Kütləvi qəzada motosikletçi həlak olub
13:19 / 27-08-2026
Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb
19:16 / 26-08-2026
Olimpiya medalçısı medalını satdığını təkzib etdi
19:12 / 26-08-2026
Reqbi hakimi Brızqalin intihar etdi
19:10 / 26-08-2026
Qərb Cənubi Qafqaz Dəmir Yolu (CQD) məsələsi ilə bağlı Ermənistanı şantaj etməkdə ittiham olunub
19:07 / 26-08-2026
"Tatu"nun konserti ləğv edilib
19:04 / 26-08-2026
5 yaşlı uşağı oyun meydançasından qaçıran şəxs həbs edilib
18:12 / 26-08-2026
Peskov İsveçrənin Rusiya aktivlərinin müsadirə edilməsi ilə bağlı açıqlamasına şərh verməkdən imtina etdi
18:10 / 26-08-2026
Macarıstan hökumət dəyişikliyindən sonra Rusiyanı təhlükə adlandırdı
18:07 / 26-08-2026
Daşqınlar nəticəsində təxminən 300 turist itkin düşüb
18:04 / 26-08-2026
Bir oğlanın yaralandığı polis təqibinin görüntüləri yayılıb
18:00 / 26-08-2026
15-ci əsrə aid gümüş sikkələrin olduğu gil küp tapılıb
17:57 / 26-08-2026
Media xəbərlərinə görə, Zelenski və Mask Ukraynaya dəstək mövzusunda danışıqlar apara bilərlər
17:52 / 26-08-2026
Müdafiə zavodunu yandırmağa cəhd ediblər
17:48 / 26-08-2026
"Poseidon" nüvə torpedası üçün ideal əməliyyat teatrı açıqlandı
17:44 / 26-08-2026
Avropadakı böhran Rusiya ilə qarşıdurma fonunda daha da pisləşir
17:40 / 26-08-2026
İİKK İran və Omanın Hörmüz boğazından gəmiçilikdən əldə etdiyi gəliri bölüşmək istədiyini bildirib
17:36 / 26-08-2026
Ağacları kəsərkən öldü
17:30 / 26-08-2026
Rusiya diplomatları körpələrin ölümü ilə bağlı başsağlığı veriblər
17:26 / 26-08-2026
Media xəbərlərinə görə, NATO Ukrayna Silahlı Qüvvələrinin döyüş koordinasiya sistemini maliyyələşdirib
Bu dəfə 7-ci sinif şagirdi Prezidentə məktub yazdı
Tarix: 30-04-2020 15:40 | Bölmə: Manşet
Prezident İlham Əliyevin koronavirus infeksiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlarla əlaqədar ölkənin bütün bölgələrindən vətəndaşlar, eləcə də xaricdə yaşayan soydaşlarımız dövlət başçısına məktublar yazırlar.
“Qafqazinfo” Prezidentin saytına istinadla həmin məktubların daha bir qismini təqdim edir:
Finlandiyadakı Azərbaycan icması adından dövlət başçısına minnətdarlıq edən Vasif Muradlı və Arzu Oqtay yazırlar: “Möhtərəm cənab Prezident, biz Finlandiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları - Finlandiya Azərbaycan Assosiasiyası, Azərbaycan Qadınlar Cəmiyyəti, Finlandiya Azərbaycan Gənclər Birliyi Təşkilatı Sizin uzaqgörən və çevik qərarlarınız sayəsində ölkəmizdə COVID-19 pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə atdığınız addımları, xalqımızın sağlamlığının qorunması və rifahının daha da yaxşılaşdırılması üçün verdiyiniz mühüm qərarları, xaricdə yaşayan biz azərbaycanlıları diqqət mərkəzində saxlayaraq hər cür yardımların göstərilməsinə göstəriş vermənizi yüksək qiymətləndirərək minnətdarlığımızı bildiririk. Sizin harada yaşamağımızdan asılı olmayaraq ölkə vətəndaşlarına verdiyiniz yüksək dəyər bizim Sizə olan inamımızı daha da möhkəmləndirir. Avropa ölkələri ilə müqayisədə Azərbaycanda COVID-19 virusuna yoluxma və bu virusdan ölüm halları digər ölkələrdən dəfələrlə az müşahidə olunması Sizin müdrik qərarlarınız, yürütdüyünüz siyasət və görülən qabaqlayıcı tədbirlər sayəsində oldu. Cənab Prezident, çox sevindirici haldır ki, dünyada yaşayan bütün soydaşlarımız Sizin “Biz birlikdə güclüyük!” çağırışınız ətrafında sıx birləşdi. Əminik ki, Sizin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi sayəsində dövlətimiz bu bəladan ən az itki ilə tez bir zamanda çıxacaq. Bu nəcib işlərinizə görə Finlandiyadakı Azərbaycan icması adından Sizə və Mehriban xanıma təşəkkürümüzü bildiririk”.
Azərbaycan Prezidentinə məktub ünvanlayanlar arasında əcnəbi vətəndaşlar da var. Çinin Quancou Universitetinin tələbələri Yanjie Qiao, Ren Zhi, Yanping Zhong, Xin Vang, Huan Zhang, Meng Vang, Yilian Gao, Caiyan Vu və Vei Qi yazırlar: “Hörmətli cənab Prezident və Birinci vitse-prezident Mehriban xanım, Sizi Çində yaşayan və Sizin pərəstişkarınız olan tələbələrin adından salamlayırıq. Biz Çinin Quancou Universitetinin tələbələriyik. Bu gün Sizə məktub yazmaq imkanından şərəf hissi duyur və özümüzü xoşbəxt sayırıq. Bu fürsətdən istifadə edərək Sizə və ailənizə hər şeyin ən yaxşısını arzulayırıq. Sizi nailiyyətlərinizə görə təbrik edir və sülhsevər səyləriniz üçün Zati-alinizə təşəkkür edirik. Biz Sizi çox sevir və dəstəkləyirik. Hər zaman da dəstəkləyəcəyik. İnanırıq ki, böyük əməksevərliyiniz və müdrikliyiniz gələcəkdə xalqınıza daha xoşbəxt və daha parlaq həyat yaşadacaq. Sizə böyük işlərinizdə uğurlar arzulayırıq. Həyata keçirdiyiniz böyük işləri görmək üçün gələcəkdə Bakıya gəlməyi də planlaşdırırıq. Əgər Sizi gələcəkdə doğma şəhərimizdə görmək səadəti bizə nəsib olsa, qonaqpərvərliyimizlə yanaşı, Sizə olan böyük hörmətimizi də məmnuniyyətlə nümayiş etdirərik. Dünyada koronavirusun yayıldığı bir vaxtda Sizə, ailənizə və xalqınıza təhlükəsiz, sağlam həyat diləyirik”.
Azərbaycan Dövlət Aqrar Universitetinin professoru Adil Ramazanov: “Möhtərəm cənab Prezident, Sizin uzaqgörən siyasətiniz, yüksək intellektual səviyyəniz və qabaqcadan düşünülmüş ağıllı, müdrik siyasətiniz sayəsində bu günlərdə baş verən dəhşətli pandemiyadan Azərbaycan xalqı ən az itkilərlə çıxmaq ərəfəsindədir. Bu səbəbdən Sizə ailəmiz və qohumlarımız adından təşəkkürümüzü bildiririk. Sizə Allahdan cansağlığı arzu edirik. Allah Sizi qorusun!”.
Bakı şəhərinin Binəqədi rayonunun sakini Şəfa Qasımzadə: “Möhtərəm Prezidentimiz, mən 83 saylı məktəb-liseyin 7 ”d” sinif şagirdiyəm. Sizə öz adımdan və ailə üzvlərimizin adından xoş sözlərimi çatdırmaq istəyirəm. Çox sağ olun ki, koronovirusla mübarizə dövründə öz xalqınızın, birinci növbədə, biz uşaqların sağlamlığını və gələcəyini hər şeydən üstün tutursunuz. Bizə təhsildə geriləməməyimiz üçün şərait yaratdınız. Evdə qalsaq da təhsildən qalmadıq. Mən bütün yaşıdlarımın adından və öz adımdan Sizə və Mehriban xanıma minnətdarlığımı bildirirəm”.
Neftçala rayonunun Xəzər kəndindən Zərnişan Hüseynova: “Möhtərəm Prezidentimiz, bütün dünya təhlükəli virusa qarşı mübarizə aparır. Ölkələr tədbirlər görərək vətəndaşlarını xilas etməyə çalışır. Sizin qabaqlayıcı tədbirləriniz nəticəsində bizim vətəndaşlarımız bu bəlanı yüngül itkilərlə keçirdi. Sizin və əziz Mehriban xanımın xalqa müraciəti qəlbimi riqqətə gətirdi. Müraciətinizdə bir daha xalqımızı necə sevdiyinizi, qeydinə qaldığınızı, onu bu bəladan qurtarmaq üçün necə çalışdığınızı göstərdiniz. Sizin səmərəli fəaliyyətiniz nəticəsində, vaxtında qəbul olunan qərarlar sayəsində biz çətin günləri arxada qoyduq. Qısa zamanda səhiyyə, iqtisadiyyat, sosial sahədə görülən işləri təqdir edirik. Mən on iki uşaq anasıyam. Nəvələrim, nəticələrim var. Karantin rejimində onları görməmək mənə çətin olsa da, qaydalara riayət edib evdə qalıram. Bilirəm ki, Sizin sayənizdə bu çətin günlər tezliklə keçəcək. Allahdan Sizə və ailənizə cansağlığı, uzun ömür arzulayıram. İnşallah, rəhbərliyinizlə bu təhlükə də sovuşacaq, xalqımız firavan günlərə dönəcək. Mən də, ailəm də hər zaman Sizi dəstəkləyirik, bundan sonra da dəstəkləyəcəyik”.
Gəncə şəhər sakinləri adından Nəsrəddin Seyfullayev, Hüseyn Alıyev, Ceyran Məcidova, Fatma Məmmədova və Rəfiqə Quliyeva yazırlar: “Möhtərəm cənab Prezident, bildirmək istəyirik ki, yaşadığımız Gəncə şəhəri Hacıbəyov və Arani küçələrində binaların dam örtükləri Sizin tapşırığınıza əsasən dəyişdirilərək yenilənib. Binaların təmirində keyfiyyətli tikinti materiallarından istifadə olundu. Hazırda sanki yeni tikilmiş binalarda yaşayırıq. Sizin Gəncə şəhərinə göstərdiyiniz daimi diqqət və qayğının nəticəsində şəhərimiz gündən-günə gözəlləşir. Bu səbəbdən bina sakinləri adından Sizə təşəkkür edir və cansağlığı arzu edirik”.
Ağdam rayonunun Qiyaslı kəndindən İsmayıl Qaçaylı: “Hörmətli cənab Prezident, hazırda dünya və ölkəmiz ağır sınaqdan keçir. Koronavirus pandemiyası hər gün dünyada yüzlərlə insanın həyatına son qoyur. Bu infeksiya bir müddətdir ki, Azərbaycanda da ən aktual mövzuya çevrilib. Sizin rəhbərliyinizlə hazırda ölkəmizdə koronavirusla mübarizə tədbirləri həyata keçirilir. Biz ölkə vətəndaşları olaraq yaxşı dərk edirik ki, bu virusla mübarizədə hər birimiz maksimum ehtiyatlı və məsuliyyətli olmalı, verilən tapşırıq və tövsiyələrə əməl etməliyik. Bu infeksiyanın ölkəmizdə geniş yayılmasının qarşısını almaq istiqamətindəki bütün təşəbbüslərinizi dəstəkləyirik. Sizin də dediyiniz kimi, “Biz birlikdə güclüyük!”.
Sumqayıt şəhərinin sakini Müslüm Abbasov: “Çox hörmətli cənab Prezident, Siz həmişə Azərbaycan vətəndaşının sağlam və xoşbəxt yaşaması üçün əlinizdən gələni əsirgəməmisiniz. Köməyə, dəstəyə ehtiyacı olan hər kəsin yanında olmaq Sizə xas olan xüsusiyyətdir. COVID-19 pandemiyasının qarşısını almaq məqsədilə gördüyünüz qabaqlayıcı işlər öz nəticəsini yüksək səviyyədə göstərir. Atanız ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycan xalqını böyük bir bəladan xilas etdiyi kimi, Sizin də ölkəmizi bu sınaqdan az itki ilə, uğurla qurtaracağınıza inanırıq. Sizə dərin minnətdarlığımızı bildirir və cansağlığı arzu edirik”.
Sumqayıt şəhərinin Corat qəsəbəsindən Nargilə Mədinova: “Möhtərəm cənab Prezident, koronavirus pandemiyasının doğurduğu bu çətin günlərdə şəhid ailələrinə və imkansız ailələrə göstərdiyiniz diqqətə, verilən sosial yardımlara, göndərilən ərzaq sovqatlarına görə bütün Corat qəsəbəsinin qadınları adından Sizə dərin minnətdarlığımı bildirirəm. Uca Allah hər zaman Sizinlə olsun!”.
Zaqatala rayonunun sakini Şakir Cabbarov: “Hörmətli cənab Prezident, koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, sosial sahəyə dəymiş zərərin minimuma endirilməsi, virusdan zərər çəkmiş sahələrdə çalışan işçilərin əməkhaqqının ödənilməsi, əhalinin sosial cəhətdən həssas təbəqələrinə yardım edilməsi, eləcə də iqtisadiyyatın qorunması üçün verdiyiniz tapşırıqlar ölkəmizin bu bəladan ən az itkilərlə çıxması ilə nəticələnməkdədir. “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Zaqatala Suvarma Sistemləri İdarəsinin işçi heyəti olaraq indiki bu ağır günlərdə daim xalqımızı düşündüyünüz, ona dəstək olduğunuz və onun qayğısına qaldığınız üçün Sizə dərin minnətdarlığımızı bildiririk”.
Ağdaş rayonunun sakini Günay Əhmədova: “Möhtərəm cənab Prezident, dünyanı bürüyən COVID-19 pandemiyası dövründə ölkəmizdə qayğıya ehtiyacı olan təbəqələrin sosial müdafiəsini təmin etdiyinizə, iqtisadiyyatın təhlükəli riskdən qorunması yolunda həyata keçirdiyiniz tədbirlərə görə bir gənc olaraq Sizə minnətdarlığımı bildirirəm. Ölkəmizə rəhbərlik etdiyiniz dövrdə xalqımızın rifah halının yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi, insanların təhlükəsiz yaşayışı, əhalinin işlə təmin edilməsi, sağlamlığının qorunması üçün göstərdiyiniz hərtərəfli qayğı gözlərimiz qarşısında baş verib. Əziz Prezidentim, Sizin bu ağır zamanda - pandemiya dövründə aztəminatlı ailələrə göstərdiyiniz qayğı xüsusilə diqqətçəkəndir. Bu yaxınlarda işsizliyə görə mən də 190 manat məbləğində birdəfəlik ödəniş aldım. Sözün düzü, bu, mənə xeyli kömək etdi, çətinliyimi qismən aradan qaldırdı. Ölkəmizdə məlum səbəbdən işləyə bilməyən on minlərlə insana göstərdiyiniz qayğıya görə şəxsən öz adımdan və ailəmizin adından Sizə təşəkkürümü bildirirəm. İnanıram ki, bu çətinliklər arxada qalacaq, ölkəmizin başı üzərini alan bu “qara buludlar” tezliklə çəkiləcək və Sizin rəhbərliyinizlə xalqımız daha gözəl günlər yaşayacaq”.
Baxış sayı: 602
Bölməyə aid digər xəbərlər

20-08-2026, 19:35
Mendel: "Rusiya Silahlı Qüvvələrinin Kiyevə zərbə endirməsindən sonra Zelenski günahı Trampa yıxacaq"
19-08-2026, 08:30
Boqdanov: "Kim Çen Inla görüş Trampın yeganə xarici siyasət aktividir"
18-08-2026, 22:38
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığına və bunu etmək planının olmadığına əminlik verdi
18-08-2026, 22:07
İran xarici işlər naziri Əraqçi: "ABŞ Tehranla danışıqlar üçün yalvarır"
18-08-2026, 21:48
"Barselona" İspaniya millisinin kapitanı Rodri ilə müqavilə imzaladığını elan etdi
18-08-2026, 12:33
Yaponiyanın Rusiyadakı səfiri Akira Muto Rusiya Xarici İşlər Nazirliyinin binasını tərk etdi
17-08-2026, 22:13
Avropa Parlamentinin üzvü: "Avropa Birliyinin Rusiyaya qarşı yeni sanksiyalar tələbi sülh gətirməyəcək"
14-08-2026, 17:38
Tahir Gözel 1 milyon manat “premiya” sözü verdi
12-08-2026, 10:45
Tramp Amerika qanunlarının sərtliyindən şikayətləndi
11-08-2026, 19:17
Conson bildirib ki, Zelenskinin özü 2022-ci ildə Rusiya ilə münaqişəni davam etdirmək qərarına gəlib
9-08-2026, 18:49
Papa Rusiya və Ukraynanı dialoqa qayıtmağa çağırdı
6-08-2026, 21:11
Zelenski Ukraynanın 2027-ci ilə qədər öz ballistik sistemini inkişaf etdirəcəyinə ümid edir
5-08-2026, 20:56
Roskosmos baş institutunda yanğın baş verib
3-08-2026, 18:37
But: "ABŞ həbsxanalarındakı şərait Hollivud filmlərində təsvir olunanlara çox yaxındır"
30-07-2026, 18:21
Tusk Ukrayna üçün hansı dövrün həlledici olacağını izah etdi
29-07-2026, 19:09
"Trampın üzünə şillə": Kiyevin İrana mümkün kompensasiya ödənişi ilə bağlı ekspert
28-07-2026, 18:55
Tramp İranın "Nüvə qalasını" dağıtmaqla hədələyir
27-07-2026, 20:58
Tramp danışıqlar uğursuz olarsa, ABŞ-ın hərbi əməliyyatlara davam etməyə hazır olduğunu bildirdi
27-07-2026, 20:34
Peskov informasiya müharibəsinin heç vaxt bitməyəcəyinə inanır
26-07-2026, 23:38
Braziliya Prezidenti yeni ABŞ tariflərini strateji səhv adlandırdı
23-07-2026, 13:25
Zaxarova Lavrov-Rubio görüşünün ABŞ təşəbbüsü olduğunu təsdiqlədi
22-07-2026, 13:33
IFFHS Messini Dünya Kubokunun "İlin oyunçusu" seçdi
22-07-2026, 08:26
Merts Rusiya və Almaniya nümayəndələri arasında Bakıda keçirilən görüşdən xəbərsiz olduğunu etiraf etdi
21-07-2026, 20:41
Tramp İranın "yeni nüvə obyekti"ni vurmaqla hədələyir
21-07-2026, 19:08
Umerov Ukraynanın ABŞ-dakı səfiri vəzifəsinə namizəd hesab olunur
14-07-2026, 23:28
Kreml Merzin Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı sözlərinə cavab verdi
14-07-2026, 18:26
Bricit Makron Parisdə görüşəndə Zelenskini öpdü
14-07-2026, 18:08
Lavrov ABŞ-ın İrana zərbələri barədə sərt danışdı
12-07-2026, 20:17
Stefanişina Ukraynanın ABŞ-dakı səfiri vəzifəsindən istefa verdi
8-07-2026, 20:51
Türkiyə Ukraynada ABŞ-ın sülh təşəbbüslərini dəstəklədiyini bildirib
8-07-2026, 20:45
Tramp Kiyevin neft emalı zavodlarına endirdiyi zərbələri münaqişənin sona çatmasına kömək edəcək eskalasiya adlandırdı
7-07-2026, 21:39
Tramp: "Ukraynadakı münaqişənin yaxın gələcəkdə həlli mümkündür"
7-07-2026, 21:25
"Polymarket", Ronaldonun Dünya Kubokunda göz yaşlarına qoyulan mərcləri qəbul etmədi.