Bütün xəbərlər
Sahibə Qafarova Azərbaycanın Türk PA-da nümayəndə heyətinin rəhbəri seçilib, tərkib məlum olub
Tarix: 29-04-2020 15:20 | Bölmə: Manşet



Azərbaycanın Türkdilli Ölkələrin Parlament Assambleyasındakı (Türk PA) nümayəndə heyətinin rəhbəri və nümayəndə heyətinin tərkibi məlum olub.
Bu barədə APA-ya millət vəkili Fazil Mustafa məlumat verib. 
O bildirib ki, nümayəndə heyətinin rəhbəri Milli Məclisin Sədri Sahibə Qafarova seçilib.
Nümayəndə heyətinə millət vəkilləri Nizami Cəfərov, Sədaqət Vəliyeva, Cavanşir Feyziyev, Əhliman Əmiraslanov, Ağalar Vəliyev, Hikmət Məmmədov və Fazil Mustafa daxildir.



Baxış sayı: 451


Bölməyə aid digər xəbərlər