22:37 / 16-04-2026
105 yaşında vəfat edib
Bütün xəbərlər
“Son zəng” keçiriləcək? - Nazir AÇIQLADI
Tarix: 27-04-2020 23:25 | Bölmə: Manşet

                  “Son zəng” keçiriləcək? -Nazir AÇIQLADI


Təhsil naziri Ceyhun Bayramov bu il “Son zəng” tədbirinin keçirilib-keçirilməyəcəyinə aydınlıq gətirib.
Unikal.org xəbər verir ki, bu fikirləri Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib. O  bildirib ki, hər bir şagirdin həyatında "Son zəng" tədbirinin xüsusi yeri var. Ancaq prioritetləri düzgün müəyyən etməliyik. XI sinif şagirdləri də artıq yetkin insandırlar. İnanıram ki, onlar da mövcud vəziyyətə uyğun olaraq addımlar atacaqlar.
Bəzi şagirdlər və məzunlar kreativlik nümayiş etdirib "Son zəng"i onlayn da keçirə bilərlər. Mən düşünürəm ki, bu müddət ərzində hət birimiz məsuliyyət nümayiş etdirərək böyük kütləvi tədbirlərdən çəkinməliyik



Baxış sayı: 1 165


Bölməyə aid digər xəbərlər