23:11 / 25-11-2026
Afrikadan olan tələbə avtomobilində 10 kq marixuana ilə saxlanılıb
23:08 / 25-11-2026
Gürcüstan hakimiyyəti Rusiyanın Abxaziya və Cənubi Osetiyaya qarşı siyasətini təhlükə hesab edir
20:04 / 25-11-2026
ABŞ İsrailin plutonium və nüvə arsenalı haqqında məlumatları açıqlayıb
20:01 / 25-11-2026
Uşakov Rusiyanın Zelenski ilə danışıqlar aparmadığını bildirdi
19:58 / 25-11-2026
Artamonov: "Ukraynada 800 nəfərlik Fransa xüsusi təyinatlı qüvvələri alayı fəaliyyət göstərir"
19:54 / 25-11-2026
Soçidə ilk istixana banan məhsulu yığılıb
19:51 / 25-11-2026
Gecə barının yaxınlığında baş verən münaqişədən sonra əsgər reanimasiyaya yerləşdirilib
19:18 / 25-11-2026
Britaniya dron təhlükəsi səbəbindən hərbi təyyarələri anqarlara köçürür
19:13 / 25-11-2026
Dron hücumunda hamilə qadın yaralanıb və uşağı ölüb
19:10 / 25-11-2026
Sərxoş bir kişi narkomaniya mərkəzinin pəncərəsindən qaçıb
19:07 / 25-11-2026
Polis bir qadının vəhşicəsinə döyülməsinin səbəblərini araşdırır
19:05 / 25-11-2026
Tikinti şirkətinin sahibi bıçaqlanıb
18:59 / 25-11-2026
İslam Rzayevin bu əmlakları üzərinə - Həbs qoyuldu
18:54 / 25-11-2026
Elmira Şabanova vəfat etdi
15:57 / 25-11-2026
Bruney sultanı: "Putinin gələcək səfəri baş verərsə, bizim üçün vacibdir"
15:51 / 25-11-2026
Latviya Estoniyanın Rusiya ilə sərhədini bağlamasını səhv adlandırır
15:47 / 25-11-2026
Sərbəst güləş üzrə əməkdar məşqçi 96 yaşında vəfat edib
15:39 / 25-11-2026
Televiziya aparıcısı Lazareva Lissabona uçuş zamanı qarət edilib
15:34 / 25-11-2026
Sərnişin daşıyan tramvaya atəş açmaqda ittiham olunan şəxs həbs edilib
15:29 / 25-11-2026
Analitik Malinen: "Ruttenin danışdığı müharibə artıq dayandırıla bilməz"
12:14 / 25-11-2026
Zaxarova Avropa Komissiyasını Rusiyaya qarşı sanksiyalardan dəyən ziyanı hesablamağa çağırdı
12:08 / 25-11-2026
Bir evin dağıntılarını təmizləyərkən cəsəd tapılıb
12:05 / 25-11-2026
Hörmüz boğazında minalara dəydikdən sonra iki tanker alovlanıb
00:12 / 25-11-2026
İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib
23:51 / 24-11-2026
Leyla Əliyeva Nəbatat bağında - Fotolar
23:39 / 24-11-2026
Türkiyənin Əskişehir əyalətində vertolyot qəzasında beş əsgər həlak olub
23:34 / 24-11-2026
Almaniyada Merzdən narazılıq rekordlar qırır
21:15 / 24-11-2026
Rusiya Birbaşa İnvestisiya Fondu (RDIF) Kiyevin ABŞ Konqresinə müraciət planları ilə bağlı şərh verib
21:12 / 24-11-2026
Protez batareyasının partlaması nəticəsində ölüb
21:02 / 24-11-2026
Rusiya səfiri Mixno hava məkanını pozduğu iddiası ilə Polşa Xarici İşlər Nazirliyinə çağırıldı
20:58 / 24-11-2026
Turnirdə 605 kq çəkidə ştanq idmançının üzərinə düşdü
20:56 / 24-11-2026
"Lyapis Trubetskoy" qrupunun keçmiş solisti Rusiyada cinayətkar axtarış siyahısına salınıb
20:52 / 24-11-2026
Bruney sultanı Moskvaya dövlət səfərinə gəlib
20:48 / 24-11-2026
Sarkozi şahidlərlə gizli sövdələşmə ittihamları ilə mühakimə olunacaq
20:43 / 24-11-2026
Bir kişinin qətlinin üstü açılıb
20:40 / 24-11-2026
Kafedə mübahisə zamanı bir yeniyetmə kişini öldürməkdə ittiham olunub
20:37 / 24-11-2026
Bir uşaq ölən atası ilə birlikdə mənzildə qalıb
“O, heç vaxt Heydər Əliyevin həyat yoldaşı olduğunu biruzə verməzdi”
Tarix: 27-04-2020 13:58 | Bölmə: Manşet
Aprelin 28-də dünya şöhrətli alim, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi Zərifə Əliyevanın anadan olduğu gündür.
“Qafqazinfo” xəbər verir ki, Zərifə Əliyevanın doğum günü ilə bağlı siyasi elmlər doktoru, professor Vaqif Abdullayev müəllif yazısı yazıb.
Sözügedən yazını təqdim edirik:
Xalqımızın qürur mənbəyi, fəxr ünvanı, görkəmli elm xadimi, tibb elmləri doktoru, akademik, oftalmoloq alim Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan elminin parlaq səhifələrini təşkil edir. Bu böyük insanın keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.
Zərifə xanım Heydər Əliyevin təkcə ömür-gün yoldaşı deyil, həm də vəfalı dostu, sirdaşı, etibarlı sipəri idi. Müstəqil dövlət quruculuğu və milli-mənəvi dəyərlərin qorunmasında ömrünü şam kimi əridən Heydər Əliyevə vəfalı sirdaş, arxa-dayaq olan Zərifə xanım xalqına, millətinə xidmət etmək üçün öz şəfasını əsirgəmək bilmirdi.
Mehriban və qayğıkeş ana Zərifə xanım hər bir insanın problemləri ilə maraqlanır, nəvaziş və qayğısını əsirgəmirdi. O, ailədə olduğu kimi həyatda da çox sadə insan idi. O, heç vaxt Heydər Əliyevin həyat yoldaşı olduğunu biruzə verməzdi. Davranışında, münasibətlərində o qədər sadə və səmimi idi ki, hər kəs onu bu səmimiyyətinə görə, dərin məhəbbətlə sevirdi. Təvazökarlığı ona olan hörmət və ehtiramı daha da artırırdı.
Ötən əsrin 50-ci illərində respublikamızın səhiyyə sistemini qayğılandıran, narahat edən problemlərdən biri traxoma xəstəliyinin yayılması ilə bağlı idi. Bu xəstəlik ağır fəsadlar törədərək insanlarda görmə qabiliyyətindən məhrumluğa, əmək qabiliyyətinin itirilməsinə, gözdən əlillərin sayının kütləvi surətdə artmasına səbəb oldu. Alimlər, həkimlər bu xəstəliyin qarşısının alınması, müalicəsi üsullarının işlənib hazırlanması üçün çoxsaylı elmi tədqiqatlar aparırdı. Bu məsələ Zərifə xanımı rahat buraxmırdı. O, bu xəstəlikdən əziyyət çəkən insanlara kömək etmək üçün bütün gücünü, əməyini sərf etdi. Oftalmologiya ixtisası üzrə peşəkar mütəxəssis kimi Zərifə Əliyeva traxoma ilə əlaqədar vəziyyəti əyani olaraq müşahidə etmək üçün Azərbaycanın bütün rayonlarına gedərək göz xəstəliklərinin regional lokallığını müəyyənləşdirdi, xəstəliyin epidemioloji xüsusiyyətlərini araşdırdı. Onun sanballı elmi kəşfləri sayəsində traxoma xəstəliyinin müalicəsində əsaslı dönüş yarandı, xəstəliyin yayılmasının qarşısı alındı, tədricən ölkə əhalisi üçün təhlükə törədən bu ağır infeksion xəstəliyin ləğvinə gətirib çıxardı.
O, qəlbi və xasiyyəti kimi nur saçdı, neçə-neçə insana nur verdi, işıqlı həyata çıxardı.
Zərifə Əliyeva göz xəstəliklərinin diaqnostikası, müalicə və profilaktikasını düzgün təşkil etməklə keçmiş sovetlər birliyində yeni elmə yol açdı. 1979-cu ildə respublikanın ən iri sənaye müəssisələrindən birində - Bakı məişət kondisionerləri zavodunda görmə orqanlarının peşəkar patalogiyasını öyrənən göz laboratoriyasının yaradılmasının təşəbbüskarı, təşkilatçısı və rəhbəri olmuşdur. Onun yaratdığı laboratoriyanın xidmətindən yalnız zavodun deyil, rayonun ərazisindəki bütün sənaye müəssisələrinin işçiləri də yararlanıb. Moskva, Kiyev, Minsk və digər iri şəhərlərin elmi-tədqiqat institutları laboratoriyanın işindən faydalanıb. Görkəmli alimin bir vaxtlar işlədiyi otaq hazırda muzey kimi saxlanılır. Onun xəstələri müayinə və müalicə etmək üçün istifadə etdiyi tibbi ləvazimatlar, hətta geydiyi həkim xalatı da ən qiymətli eksponatlar kimi burada qorunur.
1981-ci ildə keçmiş ittifaq respublikalarının elmi həyatında, səhiyyə sisteminin tarixində son dərəcə mühüm bir hadisənin - Zərifə Əliyevanın SSRİ Tibb Elmləri Akademiyasının akademiki M.İ.Averbax adına mükafatına layiq görülməsi böyük hadisə kimi qarşılandı. Bu mükafatı oftalmologiya sahəsində müstəsna xidmətləri olan və beynəlxalq aləmdə tanınan məşhur oftalmoloqalimlər alırdı. Zərifə xanımın bu nüfuzlu mükafata layiq görülməsi Azərbaycanın elm tarixinə qızıl hərflərlə yazıldı. Görkəmli oftalmoloq, akademik A.Nesterov deyirdi ki, Zərifə Əliyeva çox ağıllı insan və böyük professional idi. “Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm. Oftalmologiyada o, bir nömrəli idi”. Professor N.Şulpina Zərifə xanım Əliyevanı belə xarakterizə edib: “Biz onu sevmişik, sevirik və ömrümüzün sonuna qədər sevəcəyik. Zərifə xanımın bədii duyumu, bədii istedadı bənzərsiz idi. Zərifə xanım necə böyük məharətlə ifa edir, nəğmələr oxuyurdu. Onun incə barmaqları sürətlə pianonun dilləri üstündə gəzir, toplaşdığımız otağı bəzən gur, bəzən də həzin musiqi sədaları bürüyürdü”.
Akademik Zərifə Əliyeva həm də görkəmli ictimai xadim idi. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olmuş, "Əməkdar Elm Xadimi" fəxri adına layiq görülüb. M.İ.Averbax adına mükafatına layiq görülmüş ilk qadındır.
Zərifə xanım haqqında bütün ittifaq respublikalarının vətəndaşlarının xoş xatirələri bitməz-tükənməzdir. Milli Məclisin deputatı kimi Azərbaycan-Ukrayna parlamentlərarası dostluq qrupunun rəhbəri olarkən Zərifə xanımın Ukraynada da böyük ehtiramla yad olunduğunun şahidiyəm. Ukraynanın İrpen şəhərində Zərifə xanımın adına istirahət parkın və ucaldılmış büstün açılışında ukraynalıların onu necə məhəbbətlə, dərin hörmətlə xatırladıqlarının şahidi olmuşam. Zərifə xanımın adını daşıyan xüsusi ixtisaslaşmış məktəbin müəllimlərinin onun nəsib əməllərindən bəhs etməsi, traxoma xəstəsi olan neçə-neçə insanın bu nurlu əllərdən şəfa tapmasını minnətdarlıqla, ehtiramla qeyd etməsi xeyirxah əməllər sahibi olan Zərifə Əliyevaya verilən səmimiyyətin, ali dəyərin ifadəsidir.
Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Ancaq bu adlar sırasında ən şərəflisi Ana adıdır. Zərifə xanım Ümummilli lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı, Prezident İlham Əliyevin anasıdır.
O, təhsil, səhiyyə sahələrində, eləcə də ictimai-siyasi sahələrdəki misilsiz xidmətlərinə, həmçinin nadir xeyriyyəçilik xüsusiyyətlərinə görə xalqımızın qəlbində,vətənimizin yaddaşında, ölkəmizin tarix salnaməsində dünya şöhrətli alim, nümunəvi, qayğıkeş pedaqoq, şəfqətli həkim, səmimi və sədaqətli bir vətəndaş, eləcə də məğrur Azərbaycan qadını kimi daim yaşayacaq.
Baxış sayı: 725
Bölməyə aid digər xəbərlər

23-11-2026, 20:08
Rusiya Xarici İşlər Nazirliyi: Estoniya gizli şəkildə Ukrayna dronlarının Rusiyaya qarşı hücumlar etməsinə icazə verir
23-11-2026, 19:15
Le Pen: "Ukraynanın gələcəyi AB-yə qoşulmağı əhatə etmir"
23-11-2026, 19:04
Vuçiç ölüm təhdidləri aldığını açıqladı
23-11-2026, 15:45
"Gendai Business":Yaponiya Baş naziri içkili olduğuna görə G7 Zirvə Toplantısını buraxa bilər
22-11-2026, 20:21
Kanada Baş naziri ictimai şam yeməyinə Trampa bənzəyən bir şəxs gətirdi
22-11-2026, 20:16
Zaxarova: Qətlə yetirilmiş rusiyalı jurnalistlər UNESCO-nun hesabatına ulduz işarəsi kimi daxil ediliblər.
22-11-2026, 19:26
Messi topu rəqibinə atdığına görə sarı vərəqə aldı
19-11-2026, 17:45
Putin: "Tramp Ukraynadakı münaqişəni səmimi qəlbdən həll etməyə çalışır"
19-11-2026, 08:56
Tramp bildirib ki, ABŞ Asiya-Sakit Okean regionunda sülhü təşviq etmək niyyətindədir
18-11-2026, 16:09
Peskov Avropanın Ukraynadakı münaqişənin həllinə kömək etmək qabiliyyətinə şübhə ilə yanaşıb
18-11-2026, 15:51
Uşakov qeyd edib ki, Putin və Tramp Şençjendə keçiriləcək görüşdə Ukraynanı müzakirə edəcəklər
18-11-2026, 11:06
Dövlət Duması İnterpolu Kallasın ofisinə qandallarla gəlməyə çağırdı
17-11-2026, 19:11
Lavrov və Laos xarici işlər naziri görüşdə zarafatlaşdılar
17-11-2026, 14:42
Peskov Kiyevdəki terror hücumlarının Putin, Tramp və Si Cinpin arasında keçirilən görüşlə əlaqəli olduğunu istisna etməyib
12-11-2026, 18:36
Vitkoff Ukrayna ilə bağlı üçtərəfli danışıqlarda Avropa siyasətçilərinin rolundan danışdı
12-11-2026, 18:29
Vitkoff bildirib ki, Əbu-Dabidə əlaqələr müsbət atmosferdə keçib
12-11-2026, 18:15
Kuşner: "ABŞ Avropanın danışıqlara getmək istəyini görür"
12-11-2026, 18:02
Vitkoff Əbu-Dabidəki işinə görə Medinskiyə təşəkkür etdi
11-11-2026, 21:32
Peskov: "Putinin G20 sammitində iştirakı ilə bağlı hələlik heç bir qərar qəbul edilməyib"
11-11-2026, 20:03
Peskov Ukraynanın Zelenskisiz müzakirə olunacağı iddialarını təkzib etdi
11-11-2026, 19:35
General Zorin: "Rusiya və Ukrayna arasında əsir mübadiləsi növbəti 2-3 həftə ərzində baş tuta bilər"
10-11-2026, 20:52
Zelenski Əbu-Dabidəki danışıqları şərh etdi
9-11-2026, 18:25
Lavrov: "Əbu-Dabidəki danışıqlar münaqişənin həlli üçün prinsiplərin razılaşdırılmasına həsr olunub"
5-11-2026, 21:38
Rubio 2028-ci ildə Respublikaçıların namizədliyi uğrunda mübarizə aparmaq üçün Dövlət Departamentini tərk edə bilər
5-11-2026, 18:18
Britaniya Baş naziri Putini 2027-ci ildə keçiriləcək G20 sammitinə dəvət etməklə bağlı şərh verib
4-11-2026, 21:23
Rusiya, ABŞ və Çin liderləri arasında mümkün danışıqların gündəliyi dəqiqləşdirilir
4-11-2026, 21:15
Tusk Navrotski ilə konstitusiya böhranını üzbəüz müzakirə edəcək
4-11-2026, 21:01
Putin Rusiyanın heç vaxt heç kimi təhdid etmədiyini və əməkdaşlıq axtardığını bildirdi
3-11-2026, 15:39
Lavrov ABŞ-ın İrana nüvə zərbəsi endirməsi ehtimalını şərh etdi
3-11-2026, 14:15
Xarici İşlər Nazirliyi bildirib ki, Rusiya Avropada silahlanma yarışına qarışmaq niyyətində deyil
3-11-2026, 14:12
Medinski Əbu-Dabidə keçiriləcək Ukrayna danışıqlarında Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək
1-11-2026, 17:51
Zaxarova Kallasın Putinin G20 sammitində iştirakı ilə bağlı dediklərinə cavab verdi
1-11-2026, 11:01
Peskov: "Rusiya İran və ABŞ arasındakı münaqişənin həllində vasitəçilik etməyə hazırdır"
28-10-2026, 20:23
Zelenski ABŞ-a dizel yanacağı daşıyan Rusiya gəmilərinə hücum etməyəcəyinə söz verdi
28-10-2026, 16:09
Zelenski Ukraynanın ayda nə qədər "Patriot" raketi aldığını açıqladı
27-10-2026, 23:32
Putin İran Prezidenti ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi
27-10-2026, 09:13
Ombudsman İvanovskaya: "Ukrayna tibb müəssisələri rusdilli xəstələri müalicə etməkdən imtina edir"
27-10-2026, 09:07
Kallas Ukraynada sərt qış olacağı barədə xəbərdarlıq etdi