Bütün xəbərlər
Birinci vitse-prezidentdən Ramazan təbriki
Tarix: 25-04-2020 17:29 | Bölmə: Manşet

                               

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ramazan ayının başlanması münasibəti ilə Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edib.
"Report"un xəbərinə görə, Birinci vitse-prezidentin "Instagram" akkauntunda yer alan paylaşımda deyilir: 
"Ən xoş və saf hisslərlə aşılanan, xeyirxahlıq, mərhəmət və şəfqətin təntənəsini təcəssüm etdirən mübarək Ramazan ayının başlanması münasibətilə bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm! İnanıram ki, bu müqəddəs ayda bütün dua və diləklərimiz qəbul olunacaq və Allah öz mərhəmətini dünyamızdan əsirgəməyəcəkdir. Hər birinizə möhkəm cansağlığı arzulayıram! Allah orucunuzu qəbul etsin!"






Baxış sayı: 402


Bölməyə aid digər xəbərlər