Bütün xəbərlər
İlham Əliyev: "Xoşbəxt adamam ki, müqəddəs Kəbənin içində üç dəfə dualar etmişəm"
Tarix: 24-04-2020 00:06 | Bölmə: Manşet
Artıq Orucluğun başlamasına az bir vaxt qalıb. Aprelin 24-dən-25-nə keçən gecə niyyət gecəsidir. Bu ərəfədə ölkə Prezidenti İlham Əliyev cənabları sosial şəbəkədə Məkkə ziyarətindən, etdiyi dualardan, niyyətdən yazıb.
Sabaha-inamla.Az cənab Prezidentin müqəddəs Ramazan ayına az qalmış yazdığı səmimi sözləri oxuculara çatdırır:
"Bir neçə il bundan əvvəl mən Məkkə ziyarətində müqəddəs Kəbənin içində dualar edərək niyyət etmişdim ki, Azərbaycanda böyük, möhtəşəm məscid tikiləcək və bu məscidin adı Heydər Məscidi olacaq.Bir müsəlman kimi mənim üçün bundan böyük xoşbəxtlik ola bilməz. Bu, atamın ruhu qarşısında mənim borcumdur. Bir müsəlman kimi mən xoşbəxt adamam ki, buna nail ola bilmişəm və eyni zamanda, xoşbəxt adamam ki, müqəddəs Kəbənin içində üç dəfə dualar etmişəm".

Namiq MƏMMƏDLİ
Sabaha-inamla.Az




Baxış sayı: 1 622


Bölməyə aid digər xəbərlər