Bütün xəbərlər
İcra başçısı qalibləri onlayn təbrik etdi - Fotolar
Tarix: 22-04-2020 17:39 | Bölmə: Manşet

               İcra başçısı qalibləri onlayn təbrik etdi

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhərin ümumtəhsil məktəblərinin şagirdləri arasında karantin rejimi müddətində məktəblilərin asudə vaxtlarının səmərəli təşkil edilməsi və şagirdlərin aparılan preventiv tədbirlər, görülən işlər barədə fikirlərini aşkarlamaq məqsədilə “Koronavirusla mübarizə-Naftalan şagirdlərinin gözü ilə” mövzusunda keçirilən inşa yazı müsabiqəsində ilk 5 yer tutanlar mükafatlandırılıb. 
“Qafqazinfo”nun məlumatına görə, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov qalib olmuş şagirdləri görüntülü olaraq təbrik edib, onlara müvəffəqiyyət arzulayıb. İcra başçısı inşa yazı müsabiqəsində iştirak etmiş bütün şagirdlərə öz təşəkkürünü bildirib.
Naftalan Şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən qalib şagirdlərə evlərində İH tərəfindən fəxri fərman və hədiyyələr təqdim olunub.
Şagirdlərin inşa yazıları Şəhər Təhsil şöbəsinin müəllimləri tərəfindən yoxlanılaraq topladıqları ümumi bala uyğun olaraq qiymətləndirilib.







Baxış sayı: 507


Bölməyə aid digər xəbərlər