Bütün xəbərlər
Sumqayıt Baş Gömrük İdarəsi 100 ailəyə yardım payladı - Fotolar
Tarix: 22-04-2020 13:18 | Bölmə: Manşet

                 Sumqayıt Baş Gömrük İdarəsi 100 ailəyə yardım payladı

Dövlət Gömrük Komitəsinin Sumqayıt Baş Gömrük İdarəsi koronavirus pandemiyasına görə ölkədə elan olunmuş karantin günləri ilə əlaqədar aztəminatlı ailələrə yardım göstərib.
“Qafqazinfo” xəbər verir ki, idarə əməkdaşları “Biz birlikdə güclüyük!” kampaniyası çərçivəsində 100 ailəyə yardım paylayıb. Sumqayıt Baş Gömrük İdarəsi bununla pandemiya ilə əlaqədar elan olunan xüsusi karantin rejimi dövründə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək olub.
Aksiya çərçivəsində yardım edilən vətəndaşlara ölkədə tətbiq olunan xüsusi karantin rejiminə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi əməl etmələrinin, zərurət olmadan digər şəxslərlə təmasda olmamalarının və şəxsi gigiyena qaydalarına əməl olunmasının vacibliyi bildirilib.









Baxış sayı: 441


Bölməyə aid digər xəbərlər