10:30 / 14-07-2026
Miroşnik: "Ukrayna Silahlı Qüvvələrinin Azov dənizindəki hücumları nəticəsində iki dənizçi həlak olub
10:27 / 14-07-2026
"Voronin" ulduzunun qardaşı ABŞ-da ömürlük həbs cəzası ilə üzləşib
10:24 / 14-07-2026
92 dron məhv edilib, iki nəfər yaralanıb
10:19 / 14-07-2026
Bir yeniyetmə topu götürərkən boğuldu
10:16 / 14-07-2026
Bir qadın və 9 yaşlı oğlu çayda boğuldu
10:14 / 14-07-2026
Olimpiya biatlon çempionu 53 yaşında vəfat etdi
20:25 / 13-07-2026
Polşa öz kosmik gəmisini qurmağı planlaşdırır
20:23 / 13-07-2026
Türkiyəyə satılan Rusiya "S-400"ləri BƏƏ və ABŞ bazalarının təhlükəsizliyini gücləndirəcək
20:18 / 13-07-2026
Rusiya səfirini kiberhücumlar səbəbindən çağırdı
20:12 / 13-07-2026
Tramp İranı son anda müqaviləni dəyişdirməyə çalışmaqda günahlandırdı
20:07 / 13-07-2026
Yaralı gənclər siyasəti nazirinin vəziyyəti açıqlanıb
20:05 / 13-07-2026
İki qızın öldüyü qaçış otağının sahibinə hökm oxunub
20:02 / 13-07-2026
11 nəfər 27 ton süd oğurlamaqda ittiham olunub
19:59 / 13-07-2026
Krımda yanacağın vəziyyəti gərgin olaraq qalır
19:57 / 13-07-2026
Avropanın hərəkətləri onun Rusiya qazına ehtiyacı olduğunu göstərir
19:52 / 13-07-2026
İsveçrəli futbolçunun Dünya Kubokunda meydandan qovulması ilə bağlı mübahisəli məsələni izah etdi
19:45 / 13-07-2026
Mütəxəssislər Yaxın Şərqdə ən təhlükəsiz ölkələrin adını açıqladılar
19:43 / 13-07-2026
Federasiya Şurası ABŞ ilə münaqişədə İranın növbəti addımını açıqladı
19:40 / 13-07-2026
Hörmüz boğazının bağlanmasının niyə əlverişsiz olduğu məlum olub
19:36 / 13-07-2026
İran rəhbərliyinin hücumlar üçün hədəfləri necə seçdiyini izah etdi
19:32 / 13-07-2026
İnsan boyda tuna balığı tutuldu
19:29 / 13-07-2026
Rusiyanın İrana yardımının heç vaxt dayanmadığını bildirdi
19:26 / 13-07-2026
ABŞ-ın Hörmüz boğazına nəzarət etmək üçün nəyə ehtiyacı olduğunu izah etdi
19:23 / 13-07-2026
Almaniya səfirinə Berlinin Ukrayna Silahlı Qüvvələrinə qarşı terror hücumlarında iştirakının yolverilməzliyi barədə xəbərdarlıq edib
19:19 / 13-07-2026
Tramp Hörmüz boğazından keçən gəmilərə rüsum tətbiq etmək niyyətində olduğunu açıqladı
19:16 / 13-07-2026
Yeniyetmə qız qatarın vurması nəticəsində ölüb
23:44 / 12-07-2026
Türkiyədə qida zəhərlənməsindən sonra təxminən 30 turist xəstəxanaya yerləşdirilib
23:33 / 12-07-2026
WP: İran hücumundan sağ qalan ABŞ hərbçiləri komandirləri xəyanətdə ittiham edirlər
20:38 / 12-07-2026
FIFA Dünya Kubokunu 64 komandaya genişləndirə bilər
20:34 / 12-07-2026
ABŞ-dan Rusiyaya qadın geyimləri göndərilməsi üç dəfə artıb
20:32 / 12-07-2026
Motorlu gəminin toqquşması ilə bağlı araşdırma başlanıb
20:27 / 12-07-2026
"Reuters": Almaniya 50.000 hücum dronuna 90 milyon avro ayıracaq
20:24 / 12-07-2026
Putini toyuna dəvət edən jurnalist evləndi
20:20 / 12-07-2026
Xust Ticarət Mərkəzinin işçisi öldürülüb
20:17 / 12-07-2026
Stefanişina Ukraynanın ABŞ-dakı səfiri vəzifəsindən istefa verdi
20:15 / 12-07-2026
Hava hücumundan müdafiə qüvvələri Moskvaya yaxınlaşarkən iki pilotsuz təyyarəni vurdu
20:12 / 12-07-2026
Rusiya zəlzələ qurbanları üçün Venesuelaya 22 ton humanitar yardım çatdırdı
20:10 / 12-07-2026
Dövlət Duması Kubanın gələcəyinə inamını qeyd etdi
“Sözlə əməl birliyi Azərbaycanın uğurlarının təminatıdır”
Tarix: 18-04-2020 19:27 | Bölmə: Manşet
"Dövət başçısı İlham Əliyev bildirir ki, bugünkü ağır vəziyyət bir daha onu göstərir ki, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur, nəyi bəyan ediriksə, onu da edirik. Azərbaycanın dayanıqlı inkişafı üçün möhkəm baza mövcuddur".
"Qafqazinfo" xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
O qeyd edib ki, Prezident İlham Əliyev aprelin 17-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda bu mühüm amili bir daha vurğulamışdı ki, əgər güclü iqtisadi imkanlarımız olmasa, biz öz sosial siyasətimizi uğurla apara bilməyəcəyik, xüsusilə pandemiya dövründəki bu xəstəlikdən yaranan fəsadlar böyük maliyyə vəsaiti tələb edir:
“Ona görə bir daha demək istəyirəm, bu pandemiya dövründə bizim üçün əsas prioritetlər insanların sağlamlığı, onların sosial müdafiəsi və vəziyyətə uyğun şəkildə iqtisadi fəallığın artmasıdır”.
V.Rəhimzadənin sözlərinə görə, ölkə Prezidentinin bu fikirləri Azərbaycanın malik olduğu möhkəm iqtisadi bazaya əsaslanır:
"İslahatların zamanın, dövrün tələblərinə uyğun təkmilləşməsi, neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı, bir sözlə, iqtisadi inkişaf strategiyasının dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinadən hazırlanması və uğurlu icrası hər bir ölkənin inkişafında vacib amil olan iqtisadiyyatın dayanıqlılığının təminatında əhəmiyyətli rol oynayır. Necə ki, koronavirus pandemiyasının törətdiyi fəsadların aradan qaldırılması dünya ölkələrinin iqtisadi və sosial imkanlarının təqdimatı oldu, bu dəhşətli virus vəziyyətdən uğurla çıxmaq üçün ölkələrin təcrübəsinin bir daha nəzərdən keçirilməsini aktuallaşdırdı.
Azərbaycanın pandemiyanın geniş yayılmağa başladığı və artıq demək olar ki. bütün dünya dövlətlərini ağuşuna aldığı dövrə təsadüf edən 2020-ci ilin birinci rübünün sosial-iqtisadi göstəricilərinə diqqət yetirsək, ölkəmizin ilin ötən 3 ayında öz vətəndaşlarını bu ümumbəşəri bəladan qorumaqla yanaşı, iqtisadi inkişaf sahəsində də böyük uğurlara nail olduğunu açıq-aydın görərik. Yanvar-fevral aylarında ümumi daxili məhsul 3 faizə yaxın artıb. Qeyri -neft sektorunda artım 7 faizə yaxın, qeyri-neft sənaye sektorunda 23 faizdir. İnflyasiya 3 faiz səviyyəsindədir. Əhalinin gəlirləri 7 faizə yaxındır. Orta aylıq əməkhaqqı 28 faiz, orta pensiya 27 faiz artıb. Ölkəmizdə orta aylıq əməkhaqqı 712 manat, orta pensiya 295 manat, yaşa görə pensiya isə 330 manata yaxındır. Bir sözlə, ölkəmiz 2020-ci ilə uğurla başlayıb, islahatların davam etdirilməsi mühüm nəticələrə gətirib çıxarıb. Möhtərəm Prezidentimiz İlham Əliyevin 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə ifadə etdiyi bu əminlik də ölkəmizin uğurlarına, qarşıya qoyduğu hədəflərə nail olmaq məqsədilə zəruri addımların atılması istiqamətində göstərdiyi səylərə, nəzərdə tutulan mexanizmlərin icrası üçün tələb olunan maliyyə imkanlarına malik olmasına əsaslanır:
“Əlbəttə, əgər bu koronavirus pandemiyası müdaxilə etməsəydi, bizim uğurlarımız daha da böyük həcmli olardı. Ancaq əminəm ki, biz bu ağır vəziyyətdən də çıxacağıq, iqtisadiyyatımız, iş yerləri bərpa ediləcək”.
Sahibkarlığın inkişafı, iş adamlarına dövlət dəstəyi prioritetdir
Koronavirus pandemiyasının hər bir ölkənin iqtisadiyyatında törətdiyi fəsadlar həllivacib məsələlərin, mühüm tədbirlərin həyata keçirilməsini bir zərurətə çevirib. Heç şübhəsiz, Azərbaycanın tətbiq etdiyi qabaqlayıcı tədbirlərin dünyanın əksər ölkələrində də təqdir olunaraq bizim təcrübəmizdən istifadə edilməsi siyasətimizin düşünülmüş və gələcəyə hesabalanmış uğurlarının göstəricisidir. Dövlətimizin başçısı İlham Əliyevin 19 mart 2020-ci il tarixli “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamının icrası ilə əlaqədar Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planı geniş tədbirləri əhatə edir. Bu sənəd əsasında məşğulluğun və sosial rifahın dəstəklənməsi tədbirləri uğurla həyata keçirilir. Sənəddə bu məqsədlə 4 istiqamət üzrə 10 tədbir öz əksini tapıb.
Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən 17 aprel 2020-ci il tarixdə elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndəşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon vəsaitin ayrılması Azərbaycan dövlətinin ölkə vətəndaşlarını dünyanı bürüməkdə olan və getdikcə daha böyük fəsadlar törədən pandemiyanın ağır nəticələrindən qoruması məqsədini güdür.
Cənab İlham Əliyev koronavirusa qarşı mübarizə tədbirlərinə başlandığı ilk gündən iş yerlərinin azaldılmamasını, sahibkarlara dövlət dəstəyinin göstərilməsini, işsiz, həmçinin xüsusi karantin rejimi ilə əlaqədar müvəqqəti işsiz qalan insanlara maddi yardımın göstərilməsini mühüm tələb kimi qarşıya qoydu. Məhz dövlət başçısının müvafiq gösrərişlərinə uyğun olaraq koronavirus pandemiyasından zərər çəkmiş sahibkarların gündəlik qayğıları diqqət mərkəzində saxlanılmaqla onlara dövlət tərəfindən maliyyə dəstəyi göstərilməkdədir. Bu məqsədlə edilən müraciətlər operativ şəkildə araşdırılır və ictimaiyyətə mütəmadi məlumatlar verilir. Dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Xüsusilə karantin pejimi dövründə məşğulluq orqanlarının fəaliyyətinin gücləndirilməsi məsələsi ciddi nəzarətdə saxlanılır. Bu məqamda bir mühüm statistik rəqəmi qeyd etmək yerinə düşər ki, DOST mərkəzləri vasitəsilə aprel-may ayları üzrə 50 min ödənişli ictimai iş yerinin yaradılmasına başlanılıb. Bunun üçün 30 milyon manat vəsait ayrılıb. Ümumilikdə, ictimai iş yerlərinin sayı 90 minə çatıb. Onu da qeyd edək ki, işsizlərə və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərə ölkə üzrə yaşayış minumumu səviyyəsində, yəni. 190 manat birdəfəlik ödəmə verilməsinə başlanılıb.
Bu çətin günlərdə əhalinin məşğulluğunun təmin olunması da prioritet vəzifələr sırasındadır. Xüsusi karantin rejiminin tətbiqinə başlanılmasından dərhal sonra son illərdə hərtərəfli dövlət qayğısı ilə əhatə olunan ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına ayrıca diqqətin göstərilməsi, ailə təsərrüfatlarına asan dəstək məqsədilə ABAD mərkəzlərinin fəaliyyətinin və onların coğrafiyasının genişləndirilməsi, regional inkişaf proqramları çərçivəsində bölgələrdə əhəmiyyətli infrastruktur layihələrinin, özünüməşğulluq proqramının icrası və sair kimi addımlar deyilənlərin bariz nümunəsidir. Bu tədbirlər ümumi daxili məhsulda özəl bölmənin payının artmasını şərtləndirir. Heç də təsadüfi deyil ki, 2020-ci ildə 12 min ailənin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulub. Bu məqsədlə İşsizlikdən Sığorta Fondundan 70 milyon manat vəsait ayrılıb. Həmçinin proqramın genişləndirilməsi ilə bağlı Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi ilə əməkdaşlıq edilir. Bu baxımdan beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığa xüsusi önəm verən ölkəmizin Dünya Bankı ilə birgə reallaşdırılması nəzərdə tutulan layihəsi də təqdirəlayiq addım hesab edilməlidir. Həmin layihə əsasında 5 min ailənin özünüməşğulluğu təmin ediləcək, həmçinin BMT-nin İnkişaf Proqramı ilə birgə əlilliyi olan 500 nəfər vətəndaşımızın biznesə çıxışına dəstək veriləcək. Bütün bu addımlar dövlətimizin başçısı İlham Əliyevin daim vurğuladığı “İqtisadi göstəricilər yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır” tezisinin artıq reallığa çevrildiyini əyani surətdə əks etdirir.
Sosial müdafiə tədbirlərinin gücləndirilməsi: Karantin və postpandemiya dövrlərinin başlıca tələbi
Möhtərəm Prezidentimiz 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə bu əminliyi də ifadə etdi ki, ilin sonuna qədər sosial sahədə heç bir proqram ixtisar edilməyəcək. Təbii ki, dövlətimizin başçısının bu əminliyi də mövcud imkanlara, cari ilin uğurlu sosial-iqtisadi göstəricilərinə əsaslanır. Məlum olduğu kimi, 2019-cu il Azərbaycan tarixinə sosial islahatlar ili kimi daxil oldu. Cənab İlham Əliyev bu məqamı da xüsusi qeyd edir ki, islahatların yeni mərhələsinə 2018-ci ilin prezident seçkilərindən sonra start verilmişdir. 2018-ci ilin 11 aprel prezident seçkilərində qarşıdakı 7 il müddətinə xalqdan növbəti dəfə mandat alan dövlətimizin başçısı andiçmə mərasimindəki nitqində inkişafımızın və islahatların bütün perspektiv istiqamətlərini dahiyanə uzaqgörənliklə göstərmişdir.
Koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinin başlandığı zamandan əhalinin sağlamlığının təminatı üçün “Evdə qalaq, sağlam olaq” prinsipinə, ən əsası dövlətimizin başçısı İlham Əliyevin “ Biz birlikdə güclüyük!” çağırışına uyğun olaraq xüsusi karantin rejiminin tətbiqi şəraitində dövlət müəssisələrində çalışanlara əməkhaqlarının ödənilməklə məzuniyyətin verilməsi, karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının verilməsi müddətinin uzadılması, təyinatının sadələşdirilməsi və sair kimi addımlar cənab İlham Əliyevin nəinki iki il bundan əvvəl keçirilən prezident seçkilərində bəyan etdiyi seçki platformasını ardıcıl həyata keçirməkdə israrlı olduğunu, eyni zamanda, qarşıya çıxan istənilən ekstremal vəziyyətlərdə daim xalqın yanında olduğunu, vətəndaşların hər bir probleminə son dərəcə böyük həssaslıqla yanaşdığını bir daha sübut etdi. Məhz dövlət başçısının sosial siyasətində vətəndaşların maddi rifahının yüksəldilməsinin prioritet istiqamət təşkil etməsinin nəticəsidir ki, bu il aprelin 1-dən ünvanlı sosial yardım alanların sayı 10 min ailə artıb. Ümumilikdə isə 80 min ailənin 330 min üzvü ünvanlı sosial yardım proqramı ilə əhatə olunub. Hər ailəyə düşən yardımın məbləği 222 manata çatdırılıb. Eyni zamanda, 2020-ci ilin martından etibarən əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların əlillik müddətinin xüsusi karantin rejimin bitdiyi tarixdən sonrakı ayın 1-dək uzadılması, sosial baxımdan həssas əhali qrupuna aid olan ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinin nəzərdə tutulması, əhaliyə güzəştli elektrik enerjisi limitinin artırılması və sair addımlar da Azərbaycanda dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən güclü sosial siyasətin iqtisadi tərəqqiyə əsaslandığını bir daha təsdiqləyir.
Karantin qaydalarında daha riskli qrup kimi yaşı 65-dən yuxarı olan vətəndaşlarımızın sağlamlığının təmin olunması üçün onların evdə qalmaları ilə bağlı müddəanın əksini tapması da göstərilən diqqət və qayğının tərkib hissələrindəndir. Statistikaya müraciət etsək görərik ki, hazırkı xüsusi karantin rejimində bu qəbildən olan 15 mindən çox tənha yaşlı hər gün hərtərəfli sosial xidmətlə əhatə olunur. Bundan əlavə, hazırda 9 sosial xidmət müəssisəsində mindən çox şəxsə stasionar şəraitdə sosial xidmətlər göstərilir. Qeyd etmək lazımdır ki, dövlətimizin başçısı İlham Əliyevin 14 aprel 2020-ci il tarixli “Xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon və şəhər şöbələrində, tabeliyindəki sosial xidmət müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə maaaşının bir misli miqdarında müddətli əlavənin müəyyən edilməsindən sonra bu sahədə işlər daha geniş xarakter alıb.
Dövlət başçısı İlham Əliyevin aprelin 6-da imzaladığı əfv Sərəncamı əsasında xüsusi risk qrupuna aid olan yaşı 65-dən yuxarı 176 məhkumun azadlığa buraxılması humanizmin, insanpərvər siyasətin, dövlətin bu ağır günlərdə hər bir vətəndaşının yanında olmasının göstəricisidir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın koronavirus infeksiyası ilə bağlı xalqımıza müraciətində əksini tapan “Əminəm ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri-ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik” fikirlərində də böyüklərimizə xüsusi qayğı və hörmətin göstərilməsinə, onların qorunmasına çağırış ifadə olunur.
Azərbaycan hakimiyyəti üçün əsas məsələ vətəndaşların sağlamlığı, insanlarımızın həyatıdır
Koronavirus pandemiyası dünya ölkələrinin iqtisadiyyatına zərbə olmaqla yanaşı, insanların sağlamlığına təhdid olduğu indiki şəraitdə qabaqlayıcı tədbirlərin yüksək səviyyədə həyata keçirilməsi, “Evdə qal, sağlam ol”, “Evdə qalaq, həkimlərimizə dəstək olaq” kimi çağırışlar bugünümüzün əsas tələblərinə çevrilib. Bu tələblər isə, öz növbəsində, sosial məsuliyyətin daha da artırılmasını aktuallaşdırır. Bir daha cənab İlham Əliyevin bu müdrik fikrini təsdiqləyir ki, biz yalnız dövlət-vətəndaş birliyinin möhkəmləndirilməsi fonunda pandemiyaya qarşı mübarizədə uğur qazana bilərik. Bu baxımdan indiki həlledici məqamda sağlamlığımızın keşiyində dayanan həkimlərimizin əməyi ölkə Prezidenti İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən yüksək dəyərləndirilir. Prezidentin və Birinci vitse-prezidentin müraciətlərində xüsusi vurğulanır ki, həkimlərimiz Hippokrat andına sadiqliklərini, xalqımıza xas olan ən yüksək xüsusiyyətləri nümayiş etdirir və həyatlarını risk altına ataraq xəstələrə xidmət göstərirlər. Ona görə hər bir Azərbaycan vətəndaşı həkimlərə dəstək olmalıdır.
Dövlət başçısı İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda “Deyə bilərəm ki, ölkəmizdə milli həmrəylik bu günə qədər müşahidə edilməyən dərəcədə artıb. Bu, bir daha bizim xalqımızın böyüklüyünü göstərir. Göstərir ki, biz xalq olaraq, dövlət olaraq çətin günlərdə maksimum həmrəylik nümayiş etdiririk, bir-birimizə kömək edirik, xüsusilə, aztəminatlı ailələrə kömək göstəririk” söyləyərək bu məqamı da xüsusi vurğulayıb ki, Azərbaycan xalqı dövlət tərəfindən görülmüş işlərə böyük qiymət verir, bu, bizi daha da ruhlandırır".
Baxış sayı: 320
Bölməyə aid digər xəbərlər

12-07-2026, 20:17
Stefanişina Ukraynanın ABŞ-dakı səfiri vəzifəsindən istefa verdi
8-07-2026, 20:51
Türkiyə Ukraynada ABŞ-ın sülh təşəbbüslərini dəstəklədiyini bildirib
8-07-2026, 20:45
Tramp Kiyevin neft emalı zavodlarına endirdiyi zərbələri münaqişənin sona çatmasına kömək edəcək eskalasiya adlandırdı
7-07-2026, 21:39
Tramp: "Ukraynadakı münaqişənin yaxın gələcəkdə həlli mümkündür"
7-07-2026, 21:25
"Polymarket", Ronaldonun Dünya Kubokunda göz yaşlarına qoyulan mərcləri qəbul etmədi.
5-07-2026, 18:32
Prezidentlik müddətini başa vurduqdan sonra Makron milyarder Nielin rəhbərliyi altında vəzifə tuta bilər
2-07-2026, 17:30
Peskov Kallasın son təhdidinə cavab verdi
28-06-2026, 12:58
Medvedev: "Ermənistanın Qərbin nəzarətindən qaçması çətin olacaq"
24-06-2026, 19:17
Bessent: "Rusiya Ukraynadakı münaqişədən sonra dollar sisteminə qayıtmaq istəyəcək"
24-06-2026, 19:14
Ukraynanın keçmiş xarici işlər naziri Kuleba Trampın münaqişə ilə bağlı mövqeyini dəyişdiyinə şübhə edir
24-06-2026, 16:10
"Spartak Moskva"nın keçmiş kapitanı Cikiya Türkiyədən Rusiya Premyer Liqasına qayıdıb
24-06-2026, 16:02
Sanksiyalar altında olan idmançıları ac itlərlə müqayisə etdi
24-06-2026, 15:58
Lavrov Trampın Kiyevə hərbi əməliyyatları sərtləşdirməyə icazə verdiyinə dair media xəbərlərinə şübhə ilə yanaşıb
22-06-2026, 20:48
Vens İranın MAQATE müfəttişlərini qəbul etməyə razı olduğunu bildirdi
22-06-2026, 16:03
Kreml: Putin və Lukaşenko tezliklə Zelenskinin Belarusa qarşı təhdidlərini müzakirə edəcəklər
21-06-2026, 20:09
Diesen: "London və NATO ölkələri vətəndaşlarını hədəfə çeviriblər"
18-06-2026, 20:36
Rusiya Xarici İşlər Nazirliyi: Heç bir hava hücumundan müdafiə sistemləri NATO ölkələrini cavab zərbələrindən xilas edə bilməz
18-06-2026, 20:17
Zaxarova avropalı diplomat Kaja Kallasın yalan danışdığını iddia etdi
17-06-2026, 20:48
Tramp Rusiyaya qarşı yeni sanksiyaların neft qiymətlərindən asılı olduğunu bildirdi
16-06-2026, 19:49
Lavrov Ukraynanın Avropa Birliyinə daxil olmasında üstünlüklər tapdı
16-06-2026, 19:37
"Rusiyanın unikal qızı": Karelin İsinbayevanın müdafiəsindən danışdı
16-06-2026, 19:10
Von der Leyen AB-ni Kiyevə dəstəyini ikiqat artırmağa çağırdı
15-06-2026, 18:10
Çin etiraf etdi ki, İsrail ABŞ-İran sazişini poza bilər
14-06-2026, 19:26
Pentaqon Hörmüz boğazından minaların təmizlənməsinin nə qədər vaxt aparacağını izah etdi
14-06-2026, 19:22
İsrailin Livana hücumu ABŞ-İran danışıqlar prosesini çətinləşdirib
14-06-2026, 16:28
Lavrov Türkiyə Xarici İşlər Naziri ilə Yaxın Şərq və Qara dənizdəki vəziyyəti müzakirə edəcək
11-06-2026, 23:20
Kanadada itkin düşən rusiyalı gimnast tapılıb
11-06-2026, 11:06
Dmitriyev Vitkoff və Kuşnerlə yenidən nə vaxt görüşəcəyini açıqladı
10-06-2026, 19:15
Bolqarıstan Baş naziri Radev Ukraynaya silah tədarükünün dayandırıldığını təsdiqlədi
10-06-2026, 19:11
Lavrov Ermənistanın NATO ilə artan əməkdaşlığına diqqət çəkdi
9-06-2026, 20:49
Makron heyrətləndi, Starmer panikaya düşdü: Dünya siyasətçiləri "60 dəqiqə" verilişinə reaksiya verdi
9-06-2026, 09:47
Kallas ortaq Avropa ordusunun yaradılmasına qarşı çıxdı
7-06-2026, 08:55
Torrembini: "İtaliya şirkətləri sanksiyalara baxmayaraq Rusiyada fəaliyyət göstərir"
7-06-2026, 08:19
Vulin: "Avropa Rusiyanı məhv etməyə çalışarkən tarixin risklərini və dərslərini unudur"
7-06-2026, 08:06
Kartayzer Avropanın hansı siyasətçilərdən məhrum olduğunu izah etdi
4-06-2026, 23:18
Putin Trampın Ukraynadakı münaqişənin sülh yolu ilə həlli ilə bağlı təkliflərini qiymətləndirdi
4-06-2026, 23:15
Putin: "Ukrayna rusdilli ölkədir"