20:20 / 27-08-2026
UEFA prezidenti Aleksandr Çeferin Rusiyanın Avropa Futboluna nə zaman qayıda biləcəyini deyir
20:16 / 27-08-2026
Turist dağlarda azıb
20:13 / 27-08-2026
İtin 5 yaşlı qıza hücum etməsindən sonra cinayət işi açılıb
20:04 / 27-08-2026
Qolu beton qarışdırıcıya ilişən uşaq xilas edilib
20:02 / 27-08-2026
Xərçəngdən vəfat edən Stella Baranovskayanın anası qızının müalicəsi üçün vəsait mənimsəməkdə ittiham olunub
18:46 / 27-08-2026
Danimarka Parlamenti Qrenlandiya qadınlarına kontrasepsiya üçün kompensasiyanı təsdiqləyib
18:43 / 27-08-2026
Avtomobil partlayışında həlak olan şəxsin şəxsiyyəti müəyyən edilib
18:40 / 27-08-2026
Yeniyetmələr tərk edilmiş binada bir uşağı döyüblər
18:37 / 27-08-2026
Malidə silahlı hücumlarda iştirakı ehtimal olunan şəxsləri müəyyən edib
18:34 / 27-08-2026
Hərbi əsirlər üçün işgəncə zirzəmiləri aşkar edilib
18:31 / 27-08-2026
Bosniya Serb Ordusunun keçmiş komandanı Ratko Mladiç vəfat etdi
18:28 / 27-08-2026
İnternetdə açıq şəkildə terrorizmə çağırış etməkdə şübhəli bilinir
18:24 / 27-08-2026
ABŞ və İran hazırda danışıqlar aparmır
18:22 / 27-08-2026
Polis bar davası ilə bağlı məlumatları araşdıracaq
18:10 / 27-08-2026
Misirdən Moskvaya uçan təyyarə Yekaterinburqda planlaşdırılmamış eniş etdi
18:07 / 27-08-2026
Onlayn lotereyada 10 milyon rubl dəyərində super mükafat qazandı
18:05 / 27-08-2026
Terrorizmi maliyyələşdirməkdə təqsirli bilinib
18:02 / 27-08-2026
Müstəntiqlər dosent Kamenevanın qətli ilə əlaqədar oğlunun həbs olunmasını tələb edirlər
17:57 / 27-08-2026
Kütləvi qəzada motosikletçi həlak olub
13:19 / 27-08-2026
Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb
19:16 / 26-08-2026
Olimpiya medalçısı medalını satdığını təkzib etdi
19:12 / 26-08-2026
Reqbi hakimi Brızqalin intihar etdi
19:10 / 26-08-2026
Qərb Cənubi Qafqaz Dəmir Yolu (CQD) məsələsi ilə bağlı Ermənistanı şantaj etməkdə ittiham olunub
19:07 / 26-08-2026
"Tatu"nun konserti ləğv edilib
19:04 / 26-08-2026
5 yaşlı uşağı oyun meydançasından qaçıran şəxs həbs edilib
18:12 / 26-08-2026
Peskov İsveçrənin Rusiya aktivlərinin müsadirə edilməsi ilə bağlı açıqlamasına şərh verməkdən imtina etdi
18:10 / 26-08-2026
Macarıstan hökumət dəyişikliyindən sonra Rusiyanı təhlükə adlandırdı
18:07 / 26-08-2026
Daşqınlar nəticəsində təxminən 300 turist itkin düşüb
18:04 / 26-08-2026
Bir oğlanın yaralandığı polis təqibinin görüntüləri yayılıb
18:00 / 26-08-2026
15-ci əsrə aid gümüş sikkələrin olduğu gil küp tapılıb
17:57 / 26-08-2026
Media xəbərlərinə görə, Zelenski və Mask Ukraynaya dəstək mövzusunda danışıqlar apara bilərlər
17:52 / 26-08-2026
Müdafiə zavodunu yandırmağa cəhd ediblər
17:48 / 26-08-2026
"Poseidon" nüvə torpedası üçün ideal əməliyyat teatrı açıqlandı
17:44 / 26-08-2026
Avropadakı böhran Rusiya ilə qarşıdurma fonunda daha da pisləşir
17:40 / 26-08-2026
İİKK İran və Omanın Hörmüz boğazından gəmiçilikdən əldə etdiyi gəliri bölüşmək istədiyini bildirib
17:36 / 26-08-2026
Ağacları kəsərkən öldü
17:30 / 26-08-2026
Rusiya diplomatları körpələrin ölümü ilə bağlı başsağlığı veriblər
17:26 / 26-08-2026
Media xəbərlərinə görə, NATO Ukrayna Silahlı Qüvvələrinin döyüş koordinasiya sistemini maliyyələşdirib
“Karantindən çıxma tədbirləri mərhələli şəkildə olmalıdır” - Tahir Mirkişili
Tarix: 18-04-2020 16:22 | Bölmə: Manşet
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili koronavirus pandemiyasının Azərbaycan və dünya iqtisadiyyatına təsiri ilə bağlı "Qafqazinfo"ya müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
- Pandemiyanın dünyanın böyük ölkələrinin iqtisadiyyatlarını eyni anda vurması qeyri-adi haldır. Dünya ölkələri bu vəziyyətdən hansı addımlar atıb daha az zərərlə çıxa bilər? Virusun hazırda qlobal iqtisadiyyata təsirini necə qiymətləndirirsiniz?
- Pandemiyanın dünya iqtisadiyyatına təsiri çox böyükdür. Dünya iqtisadiyyatı heç vaxt bu miqyasda təhlükə ilə üzləşməmişdi. 2-ci dünya müharibəsindən sonra ilk dəfə 2009-cu ildə qlobal ÜDM 0.7% azalıb. Amma artıq FİTCH Agentliyi qlobal ÜDM-in 2020-ci ildə 2.8% azalacağını proqnozlaşdırır. Bu çox böyük itkidir. Eyni zamanda, neftin qiymətinin aşağı düşməsi də dünya iqtisadiyyatına öz mənfi təsirini göstərməkdədir. Əksər ölkələr virusun yoluxma əhatəsini azaltmaq üçün vətəndaşların sağlamlığı üçün məhdudlaşdırıcı tədbirlər həyata keçirirlər. Bu tədbirlər iqtisadi fəallığa da ciddi təsir etməyə başlayır. Təbii ki, karantin şəraiti daimi ola bilməz, amma karantindən çıxma tədbirləri ciddi düşünülməli və mərhələli şəkildə olması məqsədəuyğundur. Virusun yayılmasının artması və ya yeni virusun yayılması ehtimalının hələ də qalması iqtisadi fəallığın bərpası zamanı yeni davranış qaydalarına əməl edilməsini zəruri edəcək. Yəni, məsələn, məsafədən işləmək, daim maska taxmaq, qapalı məkanlarda az sayda insanların olması, iclasların keçirilməməsi və s. Bir çox ölkələr artıq karantin tədbirlərini yumşaldılması üçün ilkin planları açıqlayırlar.
- Ölkəmizdə də koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlara və onların muzdlu işçilərinə maliyyə dəstəyi proqramına start verilib. Vergi güzəştlərinin və tətillərinin verilməsi, sosial sığorta haqları üzrə yüklərinin azaldılmasının sahibkarların hazırkı pandemiya şoku şəraitindən çıxmasına təsiri necə olacaq?
- Azərbaycanda 1-ci rübün iqtisadi yekunları müsbətdir. Aparılan iqtisadi islahatlar iqtisadiyyatımıza belə şəraitə tab gətirməyə və fəaliyyət göstərməyə imkan yaradıb. Ehtiyatlarımız da kifayət qədərdir.
3 milyard manatı keçən dövlət dəstək proqramının əsas məqsədi pandemiyanın insanlara və sahibkarlara təsirini minimuma endirməkdir. Proqramın həcmi də xeyli böyükdür. Burada həm də əsas diqqət düzgün təhlillərin aparılmasına və ədalətliliyə yönəlib. İlkin yardım kimi pul vəsaitlərin artıq sahibkarlara və vətəndaşlara köçürülməsi düşünürük ki, onların sosial-iqtisadi həyatlarına müsbət təsir edəcək. Eyni zamanda, vergi güzəştləri və müxtəlif iqtisadi stimullaşdırıcı addımların atılması ilə bağlı atılacaq addımlar sahibkarlıq subyektlərini iqtisadi fəallığı artırmağa, öz itkilərini kompensasiya etməyə, daha çox resursa sahib olmağa və beləliklə də iqtisadi artıma dəstək verməyə imkan yaradacaq.
- TƏBİB rəhbəri və ÜST-ün nümayəndəsi açıqlamalarında hələ bir il normal həyata qayıda bilməyəcəyimizi dedi. Sizcə, Azərbaycan iqtisadiyyatı buna hazırdırmı? Bildirilir ki, hazırda dünyada səhm bazarları ən riskli vəziyyətə düşüb. Qiymətli kağızlar bazarında trilyonlarla dollar itki olub. Bəs, bu hal Dövlət Neft Fondunun aktivlərinə necə təsir edəcək?
- Virusun təhlükəli olması bizi daim hər situasiyaya hazır olmağa məcbur edir. Azəbaycan dövlət başçısı insan sağlamlığının iqtisadi fəallıqdan önəmli olduğunu bəyan edib. Bu ölkəmizin gələcəyi üçün çox mühüm seçimdir. Virusla mübarizə müddətinin uzun ola biləcəyi bizdən bu şəraitdə yeni iqtisadi davranış qaydalarına uyğunlaşmağı tələb edir. Bu məsələdə həm də vətəndaşlar da məsuliyyətli olmalı və öz həyat və sağlamlıqlarının qorunmasında maraqlı olmalıdırlar. Düşünürəm ki, hər iki tərəf (sahibkar-vətəndaş) nə qədər çox sosial məsuliyyətlə yanaşsalar, o qədər tez yumşalma tədbirlərinə getmək mümkün olacaq. Amma virusun yayılmasının artması şəraitində biz yenidən karantin şəraitinə qayıtmağa da hazır olmalıyıq.
- Koronavirus təhlükəsinə görə yaranan qlobal dalğalanmalar Azərbaycanın ticarət dövriyyəsinə necə təsir göstərəcək? Dünyada iqtisadi gücə malik ölkələrdə pandemiyadan sonra yaranmış problemlər bizim qeyri-neft sektoru üzrə ixracatçılarımıza necə təsir edəcək?
- Qlobal dalğalanmalar istənilən ölkəyə, həmçinin Azərbaycanın ticarət dövriyyəsinə təsir edəcək. Düzdür, yük daşımaları üçün ölkələr məhdudiyyət qoymayıblar, amma pandemiya bütün ölkələrdə tələbi azaldıb. Bu isə istənilən halda ixracın azalmasına gətirib çıxaracaq. Amma bu şərait həm də gələcək sürətli inkişafa nail olmaq üçün yaxşı bir sınaqdır. Hər bir sürətli inkişaf böhrandan sonra başlayır. Əsas bu şəraitdən yaxşı nəticələr çıxarmağı bacarmaqdır.
- Ümumiyyətlə, karantindən sonra dünya iqtisadiyyatında vəziyyətin necə olacağı ilə bağlı təxminləriniz varmı? Pandemiyanın dünya əmək bazarına təsirlərini azaltmaq üçün hansı istiqamətlər seçilə bilər?
- Müxtəlif proqnozlar var. Bir çox təhlillərdə 2020-ci ili dünya iqtisadiyyatı üçün itirilmiş il sayanlar da var. Dünya iqtisadiyyatının 2021-ci ildən tez artım göstərə bilməyəcəyi artıq məlumdur. Amma pandemiyadan sonrakı dünyada texnologiyaların hökmran olacağı, idarəetmədə, qərarların qəbulunda, iqtisadi münasibətlərdə yeni texnoloji davranışların həlledici olacağı məlumdur. Hansı ölkə bu bilik və davranışlara daha çox hazır olacaqsa, onlar daha sürətli inkişaf edəcəklər.
- Qonşu ölkələrdə də fövqəladə vəziyyətin müddəti artırıldı. Prezident də ötən gün açıqlamasında karantinin uzadılacağının anonsunu verdi. Siz bununla bağlı nə düşünürsünüz?
- Düşünürəm ki, karantin hələlik uzadılmalıdır. Virusun yenidən yayılması indiyə qədər Azərbaycanın əldə etdiyi müsbət nəticələri dəyişə bilər. Dövlətin bu qədər səyi hədər gedə bilər. Burada çox ehtiyatlı olmaq lazımdır. Dövlətin də siyasəti belədir. Amma paralel olaraq yumşaldılma tədbirlərinin də hazırlanması məqsədəuyğundur. Cənab Prezident müvafiq qurumlara bu barədə artıq tapşırıq verib.
- Karantində qalmaq insanları bəzi artıq məsrəflərdən azad edib. Siz necə düşünürsüz, karantin insanlar üçün hansı əlavə xərclər yaradır?
- Bəzi sahələr üzrə əlavə xərclər yarada bilir. Məsələn, kommunal xərclər arta bilər. Amma həm də bir çox sahələrdə də xərcləri azaldır. Digər tərəfdən də dövlət artıq elektrik xərclərində dəstək və sosial dəstək proqramları həyata keçirir. Karantinin çox mühüm sosial və gələcək iqtisadi əhəmiyyəti var. Karantinin sərt olması gələcək iqtisadi artımın sürətli olmasına birbaşa təsir edir. Ona görə də hər kəsin dövlətin karantin rejimi tələblərinə əməl etməsi həm onun özünün sağlamlığı, həm də ölkəmizin gələcək sürətli inkişafı üçün çox mühümdür. Hər kəs Azərbaycanın gələcək inkişafı naminə öz fədakarlığını əsirgəməməlidir.
Baxış sayı: 329
Bölməyə aid digər xəbərlər

20-08-2026, 19:35
Mendel: "Rusiya Silahlı Qüvvələrinin Kiyevə zərbə endirməsindən sonra Zelenski günahı Trampa yıxacaq"
19-08-2026, 08:30
Boqdanov: "Kim Çen Inla görüş Trampın yeganə xarici siyasət aktividir"
18-08-2026, 22:38
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığına və bunu etmək planının olmadığına əminlik verdi
18-08-2026, 22:07
İran xarici işlər naziri Əraqçi: "ABŞ Tehranla danışıqlar üçün yalvarır"
18-08-2026, 21:48
"Barselona" İspaniya millisinin kapitanı Rodri ilə müqavilə imzaladığını elan etdi
18-08-2026, 12:33
Yaponiyanın Rusiyadakı səfiri Akira Muto Rusiya Xarici İşlər Nazirliyinin binasını tərk etdi
17-08-2026, 22:13
Avropa Parlamentinin üzvü: "Avropa Birliyinin Rusiyaya qarşı yeni sanksiyalar tələbi sülh gətirməyəcək"
14-08-2026, 17:38
Tahir Gözel 1 milyon manat “premiya” sözü verdi
12-08-2026, 10:45
Tramp Amerika qanunlarının sərtliyindən şikayətləndi
11-08-2026, 19:17
Conson bildirib ki, Zelenskinin özü 2022-ci ildə Rusiya ilə münaqişəni davam etdirmək qərarına gəlib
9-08-2026, 18:49
Papa Rusiya və Ukraynanı dialoqa qayıtmağa çağırdı
6-08-2026, 21:11
Zelenski Ukraynanın 2027-ci ilə qədər öz ballistik sistemini inkişaf etdirəcəyinə ümid edir
5-08-2026, 20:56
Roskosmos baş institutunda yanğın baş verib
3-08-2026, 18:37
But: "ABŞ həbsxanalarındakı şərait Hollivud filmlərində təsvir olunanlara çox yaxındır"
30-07-2026, 18:21
Tusk Ukrayna üçün hansı dövrün həlledici olacağını izah etdi
29-07-2026, 19:09
"Trampın üzünə şillə": Kiyevin İrana mümkün kompensasiya ödənişi ilə bağlı ekspert
28-07-2026, 18:55
Tramp İranın "Nüvə qalasını" dağıtmaqla hədələyir
27-07-2026, 20:58
Tramp danışıqlar uğursuz olarsa, ABŞ-ın hərbi əməliyyatlara davam etməyə hazır olduğunu bildirdi
27-07-2026, 20:34
Peskov informasiya müharibəsinin heç vaxt bitməyəcəyinə inanır
26-07-2026, 23:38
Braziliya Prezidenti yeni ABŞ tariflərini strateji səhv adlandırdı
23-07-2026, 13:25
Zaxarova Lavrov-Rubio görüşünün ABŞ təşəbbüsü olduğunu təsdiqlədi
22-07-2026, 13:33
IFFHS Messini Dünya Kubokunun "İlin oyunçusu" seçdi
22-07-2026, 08:26
Merts Rusiya və Almaniya nümayəndələri arasında Bakıda keçirilən görüşdən xəbərsiz olduğunu etiraf etdi
21-07-2026, 20:41
Tramp İranın "yeni nüvə obyekti"ni vurmaqla hədələyir
21-07-2026, 19:08
Umerov Ukraynanın ABŞ-dakı səfiri vəzifəsinə namizəd hesab olunur
14-07-2026, 23:28
Kreml Merzin Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı sözlərinə cavab verdi
14-07-2026, 18:26
Bricit Makron Parisdə görüşəndə Zelenskini öpdü
14-07-2026, 18:08
Lavrov ABŞ-ın İrana zərbələri barədə sərt danışdı
12-07-2026, 20:17
Stefanişina Ukraynanın ABŞ-dakı səfiri vəzifəsindən istefa verdi
8-07-2026, 20:51
Türkiyə Ukraynada ABŞ-ın sülh təşəbbüslərini dəstəklədiyini bildirib
8-07-2026, 20:45
Tramp Kiyevin neft emalı zavodlarına endirdiyi zərbələri münaqişənin sona çatmasına kömək edəcək eskalasiya adlandırdı
7-07-2026, 21:39
Tramp: "Ukraynadakı münaqişənin yaxın gələcəkdə həlli mümkündür"
7-07-2026, 21:25
"Polymarket", Ronaldonun Dünya Kubokunda göz yaşlarına qoyulan mərcləri qəbul etmədi.