Bütün xəbərlər
"Vətənpərvərlik dildə deyil, əməldədi..."-Milli Məclisin sədr müavini qanvermə aksiyasında iştirak edən dostlarına səsləndi
Tarix: 11-04-2020 21:42 | Bölmə: Manşet
İrsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara dəstək məqsədilə Milli Məclisin Gənclər və İdman Komitəsinin “Yaşamaq yaşatmaq qədər gözəldir” adı altında keçirdiyi qanvermə aksiyasında könüllü olaraq iştirak edənlərdən biri də Milli Məclisin sədr müavini Adil Əliyevdir. O, bu barədə sosial şəbəkədə yazıb.
Sabaha-inamla.Az Adil müəllimin onunla bir yerdə qanvermə aksiyasında iştirak edən dostlarına yazdığı sözləri oxucuların diqqətinə çatdırır: "Bu gün qanvermə aksiyasına qoşulan dostlarıma, dərin təşəkkürümü bildirirəm. Vətənpərvərlik dildə deyil, əməldədi. Allah sizləri qorusun, yaxşı ki, mənim sizin kimi vətənpərvər dostlarım var!"








Baxış sayı: 342


Bölməyə aid digər xəbərlər