“Azərbaycanda 6 yeni tibbi spirt istehsalçısı fəaliyyətə başlayıb” - Mikayıl Cabbarov
Tarix: 27-03-2020 01:54 | Bölmə: Manşet

                  “Azərbaycanda 6 yeni tibbi spirt istehsalçısı fəaliyyətə başlayıb”

“Azərbaycanda 6 yeni tibbi spirt istehsalçısı fəaliyyətə başlayıb”. 
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən iclasında bildirib. O deyib ki, 100, 150, 500 millilitr və 1 litr həcmində spirt məhsulları istehsal olunur:
“Bu məhsullar ölkənin bütün ehtiyacını ödəyir. Bugünkü məlumata görə, ölkədə 96 faizli spirtin qalıq həcmi 1,5 milyon litrdir. Gündəlik istehsal isə gündəlik tələbatdan bir neçə dəfə çoxdur. Bununla da ölkənin tibbi spirtə olan tələbatı tam ödənilir”.


Baxış sayı: 97


Bölməyə aid digər xəbərlər