23:11 / 25-11-2026
Afrikadan olan tələbə avtomobilində 10 kq marixuana ilə saxlanılıb
23:08 / 25-11-2026
Gürcüstan hakimiyyəti Rusiyanın Abxaziya və Cənubi Osetiyaya qarşı siyasətini təhlükə hesab edir
20:04 / 25-11-2026
ABŞ İsrailin plutonium və nüvə arsenalı haqqında məlumatları açıqlayıb
20:01 / 25-11-2026
Uşakov Rusiyanın Zelenski ilə danışıqlar aparmadığını bildirdi
19:58 / 25-11-2026
Artamonov: "Ukraynada 800 nəfərlik Fransa xüsusi təyinatlı qüvvələri alayı fəaliyyət göstərir"
19:54 / 25-11-2026
Soçidə ilk istixana banan məhsulu yığılıb
19:51 / 25-11-2026
Gecə barının yaxınlığında baş verən münaqişədən sonra əsgər reanimasiyaya yerləşdirilib
19:18 / 25-11-2026
Britaniya dron təhlükəsi səbəbindən hərbi təyyarələri anqarlara köçürür
19:13 / 25-11-2026
Dron hücumunda hamilə qadın yaralanıb və uşağı ölüb
19:10 / 25-11-2026
Sərxoş bir kişi narkomaniya mərkəzinin pəncərəsindən qaçıb
19:07 / 25-11-2026
Polis bir qadının vəhşicəsinə döyülməsinin səbəblərini araşdırır
19:05 / 25-11-2026
Tikinti şirkətinin sahibi bıçaqlanıb
18:59 / 25-11-2026
İslam Rzayevin bu əmlakları üzərinə - Həbs qoyuldu
18:54 / 25-11-2026
Elmira Şabanova vəfat etdi
15:57 / 25-11-2026
Bruney sultanı: "Putinin gələcək səfəri baş verərsə, bizim üçün vacibdir"
15:51 / 25-11-2026
Latviya Estoniyanın Rusiya ilə sərhədini bağlamasını səhv adlandırır
15:47 / 25-11-2026
Sərbəst güləş üzrə əməkdar məşqçi 96 yaşında vəfat edib
15:39 / 25-11-2026
Televiziya aparıcısı Lazareva Lissabona uçuş zamanı qarət edilib
15:34 / 25-11-2026
Sərnişin daşıyan tramvaya atəş açmaqda ittiham olunan şəxs həbs edilib
15:29 / 25-11-2026
Analitik Malinen: "Ruttenin danışdığı müharibə artıq dayandırıla bilməz"
12:14 / 25-11-2026
Zaxarova Avropa Komissiyasını Rusiyaya qarşı sanksiyalardan dəyən ziyanı hesablamağa çağırdı
12:08 / 25-11-2026
Bir evin dağıntılarını təmizləyərkən cəsəd tapılıb
12:05 / 25-11-2026
Hörmüz boğazında minalara dəydikdən sonra iki tanker alovlanıb
00:12 / 25-11-2026
İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib
23:51 / 24-11-2026
Leyla Əliyeva Nəbatat bağında - Fotolar
23:39 / 24-11-2026
Türkiyənin Əskişehir əyalətində vertolyot qəzasında beş əsgər həlak olub
23:34 / 24-11-2026
Almaniyada Merzdən narazılıq rekordlar qırır
21:15 / 24-11-2026
Rusiya Birbaşa İnvestisiya Fondu (RDIF) Kiyevin ABŞ Konqresinə müraciət planları ilə bağlı şərh verib
21:12 / 24-11-2026
Protez batareyasının partlaması nəticəsində ölüb
21:02 / 24-11-2026
Rusiya səfiri Mixno hava məkanını pozduğu iddiası ilə Polşa Xarici İşlər Nazirliyinə çağırıldı
20:58 / 24-11-2026
Turnirdə 605 kq çəkidə ştanq idmançının üzərinə düşdü
20:56 / 24-11-2026
"Lyapis Trubetskoy" qrupunun keçmiş solisti Rusiyada cinayətkar axtarış siyahısına salınıb
20:52 / 24-11-2026
Bruney sultanı Moskvaya dövlət səfərinə gəlib
20:48 / 24-11-2026
Sarkozi şahidlərlə gizli sövdələşmə ittihamları ilə mühakimə olunacaq
20:43 / 24-11-2026
Bir kişinin qətlinin üstü açılıb
20:40 / 24-11-2026
Kafedə mübahisə zamanı bir yeniyetmə kişini öldürməkdə ittiham olunub
20:37 / 24-11-2026
Bir uşaq ölən atası ilə birlikdə mənzildə qalıb
Xətai rayonu 35 saylı üçüncü seçki dairəsindən hakim partiyanın namizədi kimdir?
Tarix: 29-01-2020 15:13 | Bölmə: Manşet
Dədə-babadan cəmiyyətimizə müdrikanə məsəllər təlqin edilib. Xüsusən də əzmkar, dəyanətli insanlar barədə deyilənlər bu gün daha çox diqqət çəkir. Sülhsevər ölkəmizin də zəhmətsevər, mətin, ləyaqətli insanları bulaq suyu kimi saf olurlar. Çünki onların fikirlərində də, zəhmət əzmində də bir bulaq saflığı müşahidə edirik...
Xoş haldır ki, Azərbaycanda həmişə pak və əqidəli insanlar yetişib. Səmimi deyək ki, özünün əsl ziyalı örnəkləri ilə çoxları üçün sevimli insana çevrilmiş, acı tale ilə işıqlı həyat arasında mənəvi körpü salmış Turan Adil oğlu Əliyevin da xarakter göstəriciləri bu ictimai zəminlərə tam uyğun gəlir. O, istər ata-baba yurdunda yaşadığı illərdə, istərsə də sonradan Bakıda işlədiyi vaxtlarda həmişə insanlıq nümayiş etdirib, əməli işlərində müasirlik günün reallığı kimi diqqət çəkib. Sınıq, küskün qəlbləri sevindirməyi, onlara əl tutmağı, mənəvi dayaq durmağı özünə borc bilən Turan Əliyevi yaşadığı Xətai rayonunda bütün evlərdə böyükdən kiçiyə, demək olar ki, hamı tanıyır, sevir. Çünki Turan Əliyevin Xətai rayonunda rəhbərlik etdiyi Əlillərin Sosial Müdafiə Fondu hər zaman respublikada birincilər sırasında olub. Əlillərin ailələrinə daim diqqət və qayğı göstərib. Heç kimin dövlətdən narazı düşməsinə imkan verməyib, öz işinə daim vicdanla yanaşıb. Bir sözlə, Turan müəllim cəmiyyət-dövlət məsələlərinə daim ciddi önəm verib. Bu gün də onun həyat duyğularında çox şey insanı mənəvi yüksəlişə sövq edir. Kollektiv, tanış-biliş onun insan zəkasının mənəvi ucalığına heyran kəsilir.

Qeyd edək ki, Turan Adil oğlu Əliyev 1961-ci il sentyabrın 10-da Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Düylün kəndində anadan olub. Orta təhsilini 1968-1978-ci illərdə Düylün kənd məktəbində alıb. 1982-1988-ci illərdə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) "Maşınqayırma texnologiyası" fakultəsində (mühəndis-mexanik ixtisası üzrə) ali təhsil alıb. 1982-1983-cü illərdə Bakı İxtisaslaşdırılmış Avtomobillər Zavodunda çilingər-şagird, 1983-1986-cı illərdə həmin zavodda texnik-konstruktor, sonra konstruktor, 1986-1989-cu illərdə çalışdığı zavodda satış üzrə mühəndis, 1989-1996-cı illərdə sahə rəisi, 1996-1997-ci illərdə Xətai Rayon İcra Hakimiyyətində məsləhətçi, 1997-2002-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏMSN) Respublika Əlilləri Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin müdiri, 2002-2003-cü illərdə ƏƏMSN-in nəzdində Baş Məşğulluq İdarəsinin, Məşğulluq orqanları ilə iş və statistika şöbəsinin müdiri, 2003-2006-cı illərdə Baş Məşğulluq İdarəsi Xətai rayon Məşğulluq Mərkəzinin direktoru, 2006-2007-ci illərdə Baş Məşğulluq İdarəsi Əzizbəyov rayon (indiki Xəzər rayonu) Məşğulluq Mərkəzinin direktoru, 2008-2009-cu illərdə Fövqəladə Hallar Nazirliyi Təsərrüfat və Xidmət Sahələri Baş İdarəsinin rəis müavini, Təsərrüfat İdarəsinin rəisi vəzifələrində çalışıb. 2009-cu ildən bu günədək Fövqəladə Hallar Nazirliyi Maddi-Texniki Təchizat İdarəsinin rəis müavini vəzifəsini icra edir.
Əmək fəaliyyəti dövründə bir sıra sertifikatlar və medallara layiq görülüb. 1997-ci ilin aprelində Azərbaycan Respublikası Hüquq Kadrlarını Təkmilləşdirmə İnstitutunun “Əmək qanunvericiliyinin əsasları” üzrə hazırlıq kursunu, 2004-cü ilin fevral-mart aylarında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlətin sosial siyasəti, mahiyyət, prioritetlər və həyata keçirilmə mexanizmləri” proqramı üzrə ixtisasartırma kursunu bitirib. 2008-2019-cu illərdə Fövqəladə Hallar Nazirliyi tərəfindən fəxri fərmanlar, 5 və 10 illik yubiley medalları ilə təltif edilib.

Turan Əliyev ölkənin ictimai-siyasi həyatında da fəal iştirak edir. O, Xətai rayon bələdiyyəsinə üzv seçilib, 1993-cü ildən bu günə kimi YAP Xətai Rayon Təşkilatı İdarə Heyətinin üzvüdür. Yeni Azərbaycan Partiyasının qurultaylarına Xətai rayon təşkilatı tərəfindən nümayəndə seçilib, prezident seçkilərində Xətai Rayon Seçki Qərargahının üzvü olub. O, bu gün də yorulmaz fəaliyyəti ilə dövlətçilik işinə uğurlu töhfələr verir, ən ümdəsi layiqli vətəndaş olduğunu əməli işi ilə sübut edir.
Yeri gəlmişkən,1992-ci il noyabrın 21-də Azərbaycanın ictimai-siyasi həyatına böyük tarixi hadisə kimi daxil olan Yeni Azərbaycan Partiyası yaradılanda ölkədə siyasi anarxiya, iqtisadi xaos baş alıb gedirdi. Xalq mənəvi boşluğa uğrayırdı. O zaman zəngin biliyi, həyat təcrübəsi olan ziyalılarımızın 91 nəfərinin xalqımızın müdrik oğlu Heydər Əliyevə müraciəti dövrün tələbi idi və xalqımızın böyük oğlu Heydər Əliyev də respublikanın bu ağır günündə kənarda qala bilmədi. Beləliklə, Yeni Azərbaycan Partiyasının ilk təsis konfransı Naxçıvanda keçirildi və Heydər Əliyev bu partiyanın sədri seçildi. Partiya yaranandan sonra respublikanın bütün regionlarında onun özəkləri yaradılmağa başladı. Bu işdə dövlətsevər insanlar da xüsusi təşəbbüs göstərdilər. Məhz Xətai rayonunda YAP-ın ilk özəyini yaradanlardan olan Turan Əliyev də belələrindən idi. O, həmin vaxt avtomobil zavodunda sahə rəisi işləyirdi. YAP-ın o vaxtkı sədr müavininin yanına gedərək fikrini bildirib, razılığını alıb. Xətai rayonu üzrə həmin dövrdə ən çox partiya üzvü olan ilk dayaq dəstələrindən biri Turan müəllimin yaratdığı ilk özək təşkilatı olub...

Bir hadisəni də xatırlatmaq yerinə düşər. 1993-cü ilin iyun hadisələrində Heydər Əliyev Bakıya gələndə Ali Sovetin qarşısında mitinq gedirdi. AXC və Müsavatın üzvləri Heydər Əliyevin Bakıya gəlməsini istəmirdilər. Həmin mitinqdə AXC-nin üzvləri bir-bir tribunaya çıxıb ağızlarına nə gəldi danışırdılar. Heydər Əliyevin ünvanına deyilən haqsız sözlərə dözməyən Turan Əliyev tribunada çıxış edənlərə öz sərt etirazını bildirib. Cəbhəçilər hər tərəfdən onun üstünə hücum çəkib yumruqlarla döyməyə başlayıblar. Polislər araya girməsəymiş bəlkə də onu öldürəcəkdilər. Lakin bütün bu təzyiqlərə, şiddətli döyülməsinə baxmayaraq, siyasi iradəsindən geri çəkilməyib, onun Heydər Əliyevə olan sevgisi, inamı bir an da olsun azalmayıb. Hətta həmin mitinqdən onu tutub aparmışdılar və bir gün saxladıqdan sonra YAP-ın fəallarının köməkliyi ilə buraxmışdılar. Bu hadisəni xatırlamaqla demək istəyirik ki, Turan Əliyev çətinliklərə baxmayaraq, amalından dönmədi. Həmişə deyib, indi də eyni fikirdədir ki, biz bu haqq işimizdə yanılmamışıq. Tarix də sübut etdi ki, YAP xalqın nicatı üçün çalışıb və bu gün Azərbaycanın əldə etdiyi uğurlar göz önündədir.
Turan müəllim illərin zəhmət adamıdır. İşgüzar, qayğıkeş, mehriban, imkanı daxilində əl tutmağı sevən, qohumcanlı, dostsevərdir. Onun ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi vaxtlarda göstərdiyi vətəndaş əzmi, öz həyatını təhlükələrlə üz-üzə qoyub Heydər Əliyev siyasətini qürurla dəstəkləməsi böyük bir anın tarixi epoxasıdır və hələ də yaddaşlardadır.

Sevindirici haldır ki, fevralın 9-da VI çağırış Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə YAP-ın namizədləri arasında Turan Əliyevin də adı var.
Onun millət vəkili olmaqda əsas məqsədləri:
Vətəndaşların hüquq və azadlıqlarının qorunmasını təmin etmək;
Xətai rayonunun iqtisadiyyatının hərtərəfli inkişafı üçün sahibkarlara dəstək siyasəti həyata keçirmək;
Öncəki iş təcrübələrinə istinad edərək insanların sosial rifahının yaxşılaşması, aztəminatlı ailələrin, əlillərin, xüsusilə Qarabağ əlillərinin rayon ərazisində əsas problemləri ilə mütəmadi məşğul olmaq;
Rayon ərazisində yaşıllaşdırma və abadlıq, yolların təmiri və yenidən qurulması məsələlərini daim diqqətdə saxlamaq və həll olunması istiqamətində işlər görməkdir.
35 saylı Xətai üçüncü seçki dairəsindən namizədliyi irəli sürülən Turan Adil oğlu Əliyevin Milli Məclisə seçkilərdə qalib olmasını arzu edirik.
Uğurlar, Turan müəllim.

Baxış sayı: 570
Bölməyə aid digər xəbərlər

23-11-2026, 20:08
Rusiya Xarici İşlər Nazirliyi: Estoniya gizli şəkildə Ukrayna dronlarının Rusiyaya qarşı hücumlar etməsinə icazə verir
23-11-2026, 19:15
Le Pen: "Ukraynanın gələcəyi AB-yə qoşulmağı əhatə etmir"
23-11-2026, 19:04
Vuçiç ölüm təhdidləri aldığını açıqladı
23-11-2026, 15:45
"Gendai Business":Yaponiya Baş naziri içkili olduğuna görə G7 Zirvə Toplantısını buraxa bilər
22-11-2026, 20:21
Kanada Baş naziri ictimai şam yeməyinə Trampa bənzəyən bir şəxs gətirdi
22-11-2026, 20:16
Zaxarova: Qətlə yetirilmiş rusiyalı jurnalistlər UNESCO-nun hesabatına ulduz işarəsi kimi daxil ediliblər.
22-11-2026, 19:26
Messi topu rəqibinə atdığına görə sarı vərəqə aldı
19-11-2026, 17:45
Putin: "Tramp Ukraynadakı münaqişəni səmimi qəlbdən həll etməyə çalışır"
19-11-2026, 08:56
Tramp bildirib ki, ABŞ Asiya-Sakit Okean regionunda sülhü təşviq etmək niyyətindədir
18-11-2026, 16:09
Peskov Avropanın Ukraynadakı münaqişənin həllinə kömək etmək qabiliyyətinə şübhə ilə yanaşıb
18-11-2026, 15:51
Uşakov qeyd edib ki, Putin və Tramp Şençjendə keçiriləcək görüşdə Ukraynanı müzakirə edəcəklər
18-11-2026, 11:06
Dövlət Duması İnterpolu Kallasın ofisinə qandallarla gəlməyə çağırdı
17-11-2026, 19:11
Lavrov və Laos xarici işlər naziri görüşdə zarafatlaşdılar
17-11-2026, 14:42
Peskov Kiyevdəki terror hücumlarının Putin, Tramp və Si Cinpin arasında keçirilən görüşlə əlaqəli olduğunu istisna etməyib
12-11-2026, 18:36
Vitkoff Ukrayna ilə bağlı üçtərəfli danışıqlarda Avropa siyasətçilərinin rolundan danışdı
12-11-2026, 18:29
Vitkoff bildirib ki, Əbu-Dabidə əlaqələr müsbət atmosferdə keçib
12-11-2026, 18:15
Kuşner: "ABŞ Avropanın danışıqlara getmək istəyini görür"
12-11-2026, 18:02
Vitkoff Əbu-Dabidəki işinə görə Medinskiyə təşəkkür etdi
11-11-2026, 21:32
Peskov: "Putinin G20 sammitində iştirakı ilə bağlı hələlik heç bir qərar qəbul edilməyib"
11-11-2026, 20:03
Peskov Ukraynanın Zelenskisiz müzakirə olunacağı iddialarını təkzib etdi
11-11-2026, 19:35
General Zorin: "Rusiya və Ukrayna arasında əsir mübadiləsi növbəti 2-3 həftə ərzində baş tuta bilər"
10-11-2026, 20:52
Zelenski Əbu-Dabidəki danışıqları şərh etdi
9-11-2026, 18:25
Lavrov: "Əbu-Dabidəki danışıqlar münaqişənin həlli üçün prinsiplərin razılaşdırılmasına həsr olunub"
5-11-2026, 21:38
Rubio 2028-ci ildə Respublikaçıların namizədliyi uğrunda mübarizə aparmaq üçün Dövlət Departamentini tərk edə bilər
5-11-2026, 18:18
Britaniya Baş naziri Putini 2027-ci ildə keçiriləcək G20 sammitinə dəvət etməklə bağlı şərh verib
4-11-2026, 21:23
Rusiya, ABŞ və Çin liderləri arasında mümkün danışıqların gündəliyi dəqiqləşdirilir
4-11-2026, 21:15
Tusk Navrotski ilə konstitusiya böhranını üzbəüz müzakirə edəcək
4-11-2026, 21:01
Putin Rusiyanın heç vaxt heç kimi təhdid etmədiyini və əməkdaşlıq axtardığını bildirdi
3-11-2026, 15:39
Lavrov ABŞ-ın İrana nüvə zərbəsi endirməsi ehtimalını şərh etdi
3-11-2026, 14:15
Xarici İşlər Nazirliyi bildirib ki, Rusiya Avropada silahlanma yarışına qarışmaq niyyətində deyil
3-11-2026, 14:12
Medinski Əbu-Dabidə keçiriləcək Ukrayna danışıqlarında Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək
1-11-2026, 17:51
Zaxarova Kallasın Putinin G20 sammitində iştirakı ilə bağlı dediklərinə cavab verdi
1-11-2026, 11:01
Peskov: "Rusiya İran və ABŞ arasındakı münaqişənin həllində vasitəçilik etməyə hazırdır"
28-10-2026, 20:23
Zelenski ABŞ-a dizel yanacağı daşıyan Rusiya gəmilərinə hücum etməyəcəyinə söz verdi
28-10-2026, 16:09
Zelenski Ukraynanın ayda nə qədər "Patriot" raketi aldığını açıqladı
27-10-2026, 23:32
Putin İran Prezidenti ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi
27-10-2026, 09:13
Ombudsman İvanovskaya: "Ukrayna tibb müəssisələri rusdilli xəstələri müalicə etməkdən imtina edir"
27-10-2026, 09:07
Kallas Ukraynada sərt qış olacağı barədə xəbərdarlıq etdi