20:16 / 27-08-2026
Turist dağlarda azıb
17:36 / 26-08-2026
Ağacları kəsərkən öldü
Bütün xəbərlər
İlham Əliyevdən başsağlığı
Tarix: 11-01-2020 17:21 | Bölmə: Manşet

                  İlham Əliyevdən başsağlığı

Prezident İlham Əliyev Omanın Sultanı Əlahəzrət Heytəm bin Tariq Al Səidə başsağlığı verib.
"Qafqazinfo"nun xəbərinə görə, başsağlığı məktubunda deyilir:
"Əlahəzrət,
Görkəmli dövlət xadimi, Omanın Sultanı Əlahəzrət Qabus bin Səidin vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu ağır itki ilə əlaqədar Sizə, ailənizin bütün üzvlərinə, dost Oman xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!".



Baxış sayı: 363


Bölməyə aid digər xəbərlər