23:11 / 25-11-2026
Afrikadan olan tələbə avtomobilində 10 kq marixuana ilə saxlanılıb
23:08 / 25-11-2026
Gürcüstan hakimiyyəti Rusiyanın Abxaziya və Cənubi Osetiyaya qarşı siyasətini təhlükə hesab edir
20:04 / 25-11-2026
ABŞ İsrailin plutonium və nüvə arsenalı haqqında məlumatları açıqlayıb
20:01 / 25-11-2026
Uşakov Rusiyanın Zelenski ilə danışıqlar aparmadığını bildirdi
19:58 / 25-11-2026
Artamonov: "Ukraynada 800 nəfərlik Fransa xüsusi təyinatlı qüvvələri alayı fəaliyyət göstərir"
19:54 / 25-11-2026
Soçidə ilk istixana banan məhsulu yığılıb
19:51 / 25-11-2026
Gecə barının yaxınlığında baş verən münaqişədən sonra əsgər reanimasiyaya yerləşdirilib
19:18 / 25-11-2026
Britaniya dron təhlükəsi səbəbindən hərbi təyyarələri anqarlara köçürür
19:13 / 25-11-2026
Dron hücumunda hamilə qadın yaralanıb və uşağı ölüb
19:10 / 25-11-2026
Sərxoş bir kişi narkomaniya mərkəzinin pəncərəsindən qaçıb
19:07 / 25-11-2026
Polis bir qadının vəhşicəsinə döyülməsinin səbəblərini araşdırır
19:05 / 25-11-2026
Tikinti şirkətinin sahibi bıçaqlanıb
18:59 / 25-11-2026
İslam Rzayevin bu əmlakları üzərinə - Həbs qoyuldu
18:54 / 25-11-2026
Elmira Şabanova vəfat etdi
15:57 / 25-11-2026
Bruney sultanı: "Putinin gələcək səfəri baş verərsə, bizim üçün vacibdir"
15:51 / 25-11-2026
Latviya Estoniyanın Rusiya ilə sərhədini bağlamasını səhv adlandırır
15:47 / 25-11-2026
Sərbəst güləş üzrə əməkdar məşqçi 96 yaşında vəfat edib
15:39 / 25-11-2026
Televiziya aparıcısı Lazareva Lissabona uçuş zamanı qarət edilib
15:34 / 25-11-2026
Sərnişin daşıyan tramvaya atəş açmaqda ittiham olunan şəxs həbs edilib
15:29 / 25-11-2026
Analitik Malinen: "Ruttenin danışdığı müharibə artıq dayandırıla bilməz"
12:14 / 25-11-2026
Zaxarova Avropa Komissiyasını Rusiyaya qarşı sanksiyalardan dəyən ziyanı hesablamağa çağırdı
12:08 / 25-11-2026
Bir evin dağıntılarını təmizləyərkən cəsəd tapılıb
12:05 / 25-11-2026
Hörmüz boğazında minalara dəydikdən sonra iki tanker alovlanıb
00:12 / 25-11-2026
İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib
23:51 / 24-11-2026
Leyla Əliyeva Nəbatat bağında - Fotolar
23:39 / 24-11-2026
Türkiyənin Əskişehir əyalətində vertolyot qəzasında beş əsgər həlak olub
23:34 / 24-11-2026
Almaniyada Merzdən narazılıq rekordlar qırır
21:15 / 24-11-2026
Rusiya Birbaşa İnvestisiya Fondu (RDIF) Kiyevin ABŞ Konqresinə müraciət planları ilə bağlı şərh verib
21:12 / 24-11-2026
Protez batareyasının partlaması nəticəsində ölüb
21:02 / 24-11-2026
Rusiya səfiri Mixno hava məkanını pozduğu iddiası ilə Polşa Xarici İşlər Nazirliyinə çağırıldı
20:58 / 24-11-2026
Turnirdə 605 kq çəkidə ştanq idmançının üzərinə düşdü
20:56 / 24-11-2026
"Lyapis Trubetskoy" qrupunun keçmiş solisti Rusiyada cinayətkar axtarış siyahısına salınıb
20:52 / 24-11-2026
Bruney sultanı Moskvaya dövlət səfərinə gəlib
20:48 / 24-11-2026
Sarkozi şahidlərlə gizli sövdələşmə ittihamları ilə mühakimə olunacaq
20:43 / 24-11-2026
Bir kişinin qətlinin üstü açılıb
20:40 / 24-11-2026
Kafedə mübahisə zamanı bir yeniyetmə kişini öldürməkdə ittiham olunub
20:37 / 24-11-2026
Bir uşaq ölən atası ilə birlikdə mənzildə qalıb
Xoşbəxt Yusifzadə: Heydər Əliyevin Vətənimiz qarşısında xidmətləri ölçüyəgəlməzdir
Tarix: 12-12-2019 12:25 | Bölmə: Manşet
Müstəqil Azərbaycanın yaradıcısı və qurucusu olan Heydər Əliyevin Vətənimiz qarşısında xidmətləri ölçüyəgəlməzdir.
Trend-in məlumatına görə, bunu Dövlət Neft Şirkətinin vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib.
Onun sözlərinə görə, ölkəmizin indiki və gələcək taleyi isə Azərbaycanda dövlətçiliyin qarantı olan, Heydər Əliyev siyasi xəttini və diplomatiyasını beynəlxalq aləmdə uğurla təmsil edən, yüksək intellektual səviyyəsi, biliyi, bacarığı ilə seçilən
yeni tipli dövlət xadimi Prezident İlham Əliyevin liderlik fəaliyyəti ilə bağlıdır. Ulu öndərin Azərbaycan xalqı və dövləti üçün, eləcə də respublikamızın neft sənayesi üçün gördüyü işləri danışmaqla, yazmaqla qurtaran deyil:
X.Yusifzadə əlavə edib ki, son 20 ildə Azərbaycanın neft-qaz sənayesinin keçdiyi yola nəzər salarkən demək olar ki, “Əsrin müqaviləsi” ilə başlanmış yeni neft strategiyası Azərbaycan iqtisadiyyatının, xüsusən sənayenin və neft sektorunun müasirləşməsi üçün təməl olub. Ümummilli lider Heydər Əliyev haqqında hələ bundan sonra da çox danışılacaq.
Akademik bildirib ki, adı dünyanın müasir tarixinə müstəqil Azərbaycan dövlətinin qurucusu kimi yazılmış Heydər Əliyev təmsil etdiyim yaşlı nəslin gördüyü və yaxşı tanıdığı ən parlaq, ən zəkalı və ən müdrik insan, mürəkkəb dünya siyasətində ən görkəmli simalardan biri idi:
"Onunla ilk tanışlığım 1967-ci ilə aiddir. Ulu öndər o vaxt Azərbaycanın Dövlət Təhlükəsizlik Komitəsinin sədri idi. Türkiyənin o zamankı baş naziri Süleyman Dəmirəl Moskvada keçirdiyi rəsmi görüş və danışıqlardan sonra Azərbaycana gəlmişdi. Burada o, dəniz neftçilərinin işi ilə tanış olmaq istəmişdi. Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başlayanda respublika iqtisadiyyatının bütün sahələrində, o cümlədən neft və qaz sənayesində böyük tənəzzül hökm sürürdü. Bu geriliyi aradan qaldırmaq üçün o, əsl mübarizəyə başladı. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1970-ci ilin dekabrında keçirilmiş plenumu yaxşı yadımdadır. Heydər Əliyev plenumdakı məruzəsində respublikanın neft sənayesinin işini dərindən təhlil etdi. Geriliyin səbəblərini göstərdi, gələcəkdə görüləcək işlərin proqramını verdi. O vaxtdan da neft və qaz sənayesində illərlə yığılıb qalmış problemlərin həllinə başlandı. Xəzər dənizində və quruda yataqların mənimsənilməsi prosesi gündən-günə sürətləndi. Beləliklə, hərtərəfli düşünülmüş, qlobal tədbirlərin həyata keçirilməsinə start verildi. Ötən əsrin 70-80-ci illərində neft sənayesi üçün müxtəlif təyinatlı 400-dən çox gəmi alındı. Bunların arasında kran gəmiləri, o cümlədən 2500 ton gücündə “Azərbaycan” kran gəmisi, borudüzən və seysmik gəmilər, sərnişin gəmiləri və s. var idi".
X.Yusifzadə qeyd edib ki, geoloji-kəşfiyyat işləri üçün neftçilərin sərəncamına əvvəlcə “Xəzər” özüqalxan qazma qurğuları, sonra isə “Şelf” tipli yarımdalma üzən qazma qurğusu verildi. Dünyada analoqu olmayan Dərin Dəniz Özülləri Zavodu inşa edildi. Bu nadir müəssisənin Bakıda tikilməsi üçün sovet rəhbərliyinin 450 milyon ABŞ dolları ayırması və Həştərxanda tikilməsi nəzərdə tutulmuş zavodun Azərbaycanda inşa olunması da Heydər Əliyevin iradəsi və cəsarətinin nəticəsi idi. Bütün bunlar 1970-ci ildən bilavasitə dənizin içərilərinə doğru istiqamətləndirilmiş mühüm təşkilati tədbirlərin məntiqi davamı idi. Həmin il Azərbaycanın Neft Sənayesi Nazirliyi ləğv olundu və əvəzində “Azneft” və “Xəzərdənizneft” istehsalat birlikləri yaradıldı. Mən o zaman dənizdə çalışırdım. SSRİ Neft Sənayesi Nazirliyi Azərbaycan neftçilərinin dəniz şəraitindəki iş təcrübəsini nəzərə alaraq, Xəzərin bütün sektorlarında- İranla sərhəddən Şimali Xəzərədək uzanan çox geniş bir ərazidə geoloji-kəşfiyyat, qazma, işlənmə, istismar işlərini və s. bizə həvalə etdi. Beləliklə də Xəzərin dərinliklərində neft və qazla zəngin yataqlarınkəşf edilməsinə imkan yarandı. İndi adları dünyada məşhur olan “Günəşli”, “Azəri”, “Çıraq”, “Şahdəniz”, “Kəpəz” yataqları kəşf olundu".
X.Yusifzadənin sözlərinə görə, Heydər Əliyevin rəhbərliyi dövründə respublikanın neft ehtiyatları iki, qaz ehtiyatları isə üç dəfə artırıldı. Sovet İttifaqı dağılanadək dənizin Türkmənistan, Qazaxıstan və Rusiya sektorlarında da səmərəli kəşfiyyat işləri aparan Azərbaycan neftçiləri dənizdə 350-dən çox struktur aşkar etdilər:
"1994-cü il sentyabrın 20-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi və İlham Əliyevin bilavasitə iştirakilə işlənib hazırlanmış və tarixə “Əsrin müqaviləsi” kimi düşmüş məşhur saziş imzalandı. Bu, Azərbaycana ikinci dəfə rəhbərlik etdiyi dövrdə Heydər Əliyevin yeni neft siyasətinin birinci şah əsəri oldu.Yeri gəlmişkən deyim ki, Prezident Heydər Əliyevin fərmanı ilə həmin önəmli tarix–20 sentyabr 2001-ci ildən ölkəmizdə Neftçilər Günü kimi qeyd olunur".
Akademik deyib ki, Azərbaycanda neft və qaz sənayesi inkişafının Prezident İlham Əliyev dövrü də bizim neft və qaz epopeyasının parlaq səhifələridir:
"Son 16 ildə dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ulu öndər Heydər Əliyevin neft və qaz strategiyasının həyata keçirilməsi yolunda elə böyük işlər görülüb ki, bunlar Azərbaycanı Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan, dünyanın enerji xəritəsini dəyişən bir dövlətə çevirib".
Baxış sayı: 402
Bölməyə aid digər xəbərlər

23-11-2026, 20:08
Rusiya Xarici İşlər Nazirliyi: Estoniya gizli şəkildə Ukrayna dronlarının Rusiyaya qarşı hücumlar etməsinə icazə verir
23-11-2026, 19:15
Le Pen: "Ukraynanın gələcəyi AB-yə qoşulmağı əhatə etmir"
23-11-2026, 19:04
Vuçiç ölüm təhdidləri aldığını açıqladı
23-11-2026, 15:45
"Gendai Business":Yaponiya Baş naziri içkili olduğuna görə G7 Zirvə Toplantısını buraxa bilər
22-11-2026, 20:21
Kanada Baş naziri ictimai şam yeməyinə Trampa bənzəyən bir şəxs gətirdi
22-11-2026, 20:16
Zaxarova: Qətlə yetirilmiş rusiyalı jurnalistlər UNESCO-nun hesabatına ulduz işarəsi kimi daxil ediliblər.
22-11-2026, 19:26
Messi topu rəqibinə atdığına görə sarı vərəqə aldı
19-11-2026, 17:45
Putin: "Tramp Ukraynadakı münaqişəni səmimi qəlbdən həll etməyə çalışır"
19-11-2026, 08:56
Tramp bildirib ki, ABŞ Asiya-Sakit Okean regionunda sülhü təşviq etmək niyyətindədir
18-11-2026, 16:09
Peskov Avropanın Ukraynadakı münaqişənin həllinə kömək etmək qabiliyyətinə şübhə ilə yanaşıb
18-11-2026, 15:51
Uşakov qeyd edib ki, Putin və Tramp Şençjendə keçiriləcək görüşdə Ukraynanı müzakirə edəcəklər
18-11-2026, 11:06
Dövlət Duması İnterpolu Kallasın ofisinə qandallarla gəlməyə çağırdı
17-11-2026, 19:11
Lavrov və Laos xarici işlər naziri görüşdə zarafatlaşdılar
17-11-2026, 14:42
Peskov Kiyevdəki terror hücumlarının Putin, Tramp və Si Cinpin arasında keçirilən görüşlə əlaqəli olduğunu istisna etməyib
12-11-2026, 18:36
Vitkoff Ukrayna ilə bağlı üçtərəfli danışıqlarda Avropa siyasətçilərinin rolundan danışdı
12-11-2026, 18:29
Vitkoff bildirib ki, Əbu-Dabidə əlaqələr müsbət atmosferdə keçib
12-11-2026, 18:15
Kuşner: "ABŞ Avropanın danışıqlara getmək istəyini görür"
12-11-2026, 18:02
Vitkoff Əbu-Dabidəki işinə görə Medinskiyə təşəkkür etdi
11-11-2026, 21:32
Peskov: "Putinin G20 sammitində iştirakı ilə bağlı hələlik heç bir qərar qəbul edilməyib"
11-11-2026, 20:03
Peskov Ukraynanın Zelenskisiz müzakirə olunacağı iddialarını təkzib etdi
11-11-2026, 19:35
General Zorin: "Rusiya və Ukrayna arasında əsir mübadiləsi növbəti 2-3 həftə ərzində baş tuta bilər"
10-11-2026, 20:52
Zelenski Əbu-Dabidəki danışıqları şərh etdi
9-11-2026, 18:25
Lavrov: "Əbu-Dabidəki danışıqlar münaqişənin həlli üçün prinsiplərin razılaşdırılmasına həsr olunub"
5-11-2026, 21:38
Rubio 2028-ci ildə Respublikaçıların namizədliyi uğrunda mübarizə aparmaq üçün Dövlət Departamentini tərk edə bilər
5-11-2026, 18:18
Britaniya Baş naziri Putini 2027-ci ildə keçiriləcək G20 sammitinə dəvət etməklə bağlı şərh verib
4-11-2026, 21:23
Rusiya, ABŞ və Çin liderləri arasında mümkün danışıqların gündəliyi dəqiqləşdirilir
4-11-2026, 21:15
Tusk Navrotski ilə konstitusiya böhranını üzbəüz müzakirə edəcək
4-11-2026, 21:01
Putin Rusiyanın heç vaxt heç kimi təhdid etmədiyini və əməkdaşlıq axtardığını bildirdi
3-11-2026, 15:39
Lavrov ABŞ-ın İrana nüvə zərbəsi endirməsi ehtimalını şərh etdi
3-11-2026, 14:15
Xarici İşlər Nazirliyi bildirib ki, Rusiya Avropada silahlanma yarışına qarışmaq niyyətində deyil
3-11-2026, 14:12
Medinski Əbu-Dabidə keçiriləcək Ukrayna danışıqlarında Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək
1-11-2026, 17:51
Zaxarova Kallasın Putinin G20 sammitində iştirakı ilə bağlı dediklərinə cavab verdi
1-11-2026, 11:01
Peskov: "Rusiya İran və ABŞ arasındakı münaqişənin həllində vasitəçilik etməyə hazırdır"
28-10-2026, 20:23
Zelenski ABŞ-a dizel yanacağı daşıyan Rusiya gəmilərinə hücum etməyəcəyinə söz verdi
28-10-2026, 16:09
Zelenski Ukraynanın ayda nə qədər "Patriot" raketi aldığını açıqladı
27-10-2026, 23:32
Putin İran Prezidenti ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi
27-10-2026, 09:13
Ombudsman İvanovskaya: "Ukrayna tibb müəssisələri rusdilli xəstələri müalicə etməkdən imtina edir"
27-10-2026, 09:07
Kallas Ukraynada sərt qış olacağı barədə xəbərdarlıq etdi