20:20 / 27-08-2026
UEFA prezidenti Aleksandr Çeferin Rusiyanın Avropa Futboluna nə zaman qayıda biləcəyini deyir
20:16 / 27-08-2026
Turist dağlarda azıb
20:13 / 27-08-2026
İtin 5 yaşlı qıza hücum etməsindən sonra cinayət işi açılıb
20:04 / 27-08-2026
Qolu beton qarışdırıcıya ilişən uşaq xilas edilib
20:02 / 27-08-2026
Xərçəngdən vəfat edən Stella Baranovskayanın anası qızının müalicəsi üçün vəsait mənimsəməkdə ittiham olunub
18:46 / 27-08-2026
Danimarka Parlamenti Qrenlandiya qadınlarına kontrasepsiya üçün kompensasiyanı təsdiqləyib
18:43 / 27-08-2026
Avtomobil partlayışında həlak olan şəxsin şəxsiyyəti müəyyən edilib
18:40 / 27-08-2026
Yeniyetmələr tərk edilmiş binada bir uşağı döyüblər
18:37 / 27-08-2026
Malidə silahlı hücumlarda iştirakı ehtimal olunan şəxsləri müəyyən edib
18:34 / 27-08-2026
Hərbi əsirlər üçün işgəncə zirzəmiləri aşkar edilib
18:31 / 27-08-2026
Bosniya Serb Ordusunun keçmiş komandanı Ratko Mladiç vəfat etdi
18:28 / 27-08-2026
İnternetdə açıq şəkildə terrorizmə çağırış etməkdə şübhəli bilinir
18:24 / 27-08-2026
ABŞ və İran hazırda danışıqlar aparmır
18:22 / 27-08-2026
Polis bar davası ilə bağlı məlumatları araşdıracaq
18:10 / 27-08-2026
Misirdən Moskvaya uçan təyyarə Yekaterinburqda planlaşdırılmamış eniş etdi
18:07 / 27-08-2026
Onlayn lotereyada 10 milyon rubl dəyərində super mükafat qazandı
18:05 / 27-08-2026
Terrorizmi maliyyələşdirməkdə təqsirli bilinib
18:02 / 27-08-2026
Müstəntiqlər dosent Kamenevanın qətli ilə əlaqədar oğlunun həbs olunmasını tələb edirlər
17:57 / 27-08-2026
Kütləvi qəzada motosikletçi həlak olub
13:19 / 27-08-2026
Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb
19:16 / 26-08-2026
Olimpiya medalçısı medalını satdığını təkzib etdi
19:12 / 26-08-2026
Reqbi hakimi Brızqalin intihar etdi
19:10 / 26-08-2026
Qərb Cənubi Qafqaz Dəmir Yolu (CQD) məsələsi ilə bağlı Ermənistanı şantaj etməkdə ittiham olunub
19:07 / 26-08-2026
"Tatu"nun konserti ləğv edilib
19:04 / 26-08-2026
5 yaşlı uşağı oyun meydançasından qaçıran şəxs həbs edilib
18:12 / 26-08-2026
Peskov İsveçrənin Rusiya aktivlərinin müsadirə edilməsi ilə bağlı açıqlamasına şərh verməkdən imtina etdi
18:10 / 26-08-2026
Macarıstan hökumət dəyişikliyindən sonra Rusiyanı təhlükə adlandırdı
18:07 / 26-08-2026
Daşqınlar nəticəsində təxminən 300 turist itkin düşüb
18:04 / 26-08-2026
Bir oğlanın yaralandığı polis təqibinin görüntüləri yayılıb
18:00 / 26-08-2026
15-ci əsrə aid gümüş sikkələrin olduğu gil küp tapılıb
17:57 / 26-08-2026
Media xəbərlərinə görə, Zelenski və Mask Ukraynaya dəstək mövzusunda danışıqlar apara bilərlər
17:52 / 26-08-2026
Müdafiə zavodunu yandırmağa cəhd ediblər
17:48 / 26-08-2026
"Poseidon" nüvə torpedası üçün ideal əməliyyat teatrı açıqlandı
17:44 / 26-08-2026
Avropadakı böhran Rusiya ilə qarşıdurma fonunda daha da pisləşir
17:40 / 26-08-2026
İİKK İran və Omanın Hörmüz boğazından gəmiçilikdən əldə etdiyi gəliri bölüşmək istədiyini bildirib
17:36 / 26-08-2026
Ağacları kəsərkən öldü
17:30 / 26-08-2026
Rusiya diplomatları körpələrin ölümü ilə bağlı başsağlığı veriblər
17:26 / 26-08-2026
Media xəbərlərinə görə, NATO Ukrayna Silahlı Qüvvələrinin döyüş koordinasiya sistemini maliyyələşdirib
"Ölkə tamamilə dəyişir, yeni bir mərhələyə qədəm qoyur" – Azay Quliyev
Tarix: 30-11-2019 11:38 | Bölmə: Manşet
Azay QULİYEV: " Təcrübə, ötən dövr göstərdi ki, bir çox hallarda bəzi parlament üzvlərinin fəaliyətində bu və ya digər formada ümumi trendə, islahatların ruhuna-tempinə uyğun olmayan məqamlar ortaya çıxdı. Bu da kifayət qədər əsas verdi ki, Yeni Azərbaycan Partiyası belə bir təşəbbüslə çıxış etsin…"
Millət vəkili, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Etikxeber.az saytının suallarını cavablandırır:
-Azay müəllim, 5-ci çağırış Milli Məclisin (MM) buraxılması və yeni parlament seçkilərinin keçirilməsi ilə bağlı Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının təşəbbüsünü necə qiymətləndirirsiniz?
-Bilirsiniz, ölkə tamamilə dəyişir, yeni bir mərhələyə qədəm qoyur. Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sürətli islahatlar paketi Azərbaycan ictimaiyyətinin bütün tərəflərini əhatə edir, belə demək mümkünsə, idarəetmənin hər bir sahəsində yeniliklər var. Bunlar şübhəsiz ki, qanunvericilik hakimiyyətinə də mütləq şəkildə şamil edilməlidir. Yəni, çox çevik, islahatların tam ruhuna uyğun olan yenilənmiş bir parlamentə ehtiyac var. Ona görə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının məlum təşəbbüsünü tam dəstəkləyirəm. Hesab edirəm ki, növbədənkənar parlament seçkilərini keçirməklə Azərbaycandakı islahatlar prosesinə yeni bir nəfəs vermiş olacağıq. Təbii ki, parlamentin indiki tərkibində kifayət qədər təcrübəli, çevik üzvləri də var. Bununla yanaşı, təcrübə, ötən dövr göstərdi ki, bir çox hallarda bəzi parlament üzvlərinin fəaliyətində bu və ya digər formada ümumi trendə, islahatların ruhuna-tempinə uyğun olmayan məqamlar ortaya çıxdı. Bu da kifayət qədər əsas verdi ki, Yeni Azərbaycan Partiyası belə bir təşəbbüslə çıxış etsin. Digər tərəfdən isə bu, çox normal bir haldır, normal hadisədir. İnkişaf etmiş demokratik dövlətlərdə belə hallara tez-tez rast gəlirik.
YAP bu gün parlament çoxluğunu özündə birləşdirən hakim partiyadır və onun haqqıdır ki, öz mandatından, özünün deputatlarının say çoxluğundan istifadə edərək, dövlətin, xalqın, millətin ümumi mənafeyi naminə bu və ya digər addımlar atsın. Düşünürəm ki, YAP ölkə Prezidentinin islahatlar çağırışına, islahatlarla bağlı son dövrlərdə həyata keçirdiyi böyük və əhatəli layihələrə dəstək vermək üçün belə bir təşəbbüslə çıxış etdi. Həmçinin, bu gün mənim də daxil olduğu parlamentin müstəqil deputatlar qrupu öz yığıncağını keçirdi və məlum təşəbbüsü dəstəklədi.
-Sizcə, 6-cı çağırışın tərkibi, namizədlərin müəyyənləşdirilməsi ilə bağlı "yaşlı-cavan” məsələsi necə olacaq, ümumən olacaqmı?
–Bununla bağlı cənab Prezidentinin özünün açıqlaması, bəyanatı var. Orada da yanaşma belədir ki, istənilən halda kadrların gəncləşməsi, yeni ruhun, yeni nəfəsin gətirilməsi çox təqdirəlayiq bir haldır. Cənab Prezident çox haqlı olaraq qeyd etdi ki, gəncləşmə, yeniləşmə heç bir halda yaşlı nəslin təqib olunmasına, aşağılanmasına, onların fəaliyyətinin üstündən birdəfəlik xətt çəkilməsinə gətirib çıxarmamalıdır. Həyat davam edir və biz düşünməli, elə bir situasiya yaratmalıyıq ki, yeni gələn nəsil bu varislik ənənəsinə sadiq qalsın və bütövlükdə yaşlı nəslin indiyə qədər yaratdığı müsbət təcrübə davam etdirilsin. Azərbaycanda kifayət qədər savadlı gənclər var. Müxtəlif dilləri bilən, Azərbaycanın milli maraqlarını, Azərbaycan seçicisinin mənafelərini qorumağa qadir olan gənclərimiz yetişir. Düşünürəm ki, gənclərimizə nədən belə bir şərait yaratmayaq?! Əminəm ki, gənclərin parlamentdə təmsil olunması heç şübhəsiz ölkənin parlamentarizm tarixində bütövlükdə yeni bir yanaşmanın bərqərar olunmasına öz töhfəsini verəcək.İstənilən halda yaşından asılı olmayaraq Milli Məclisə seçilən şəxs çox böyük bir məsuliyyət altına girməyin fərqinə də varmalıdır.
Seçisini, millətini, dövlətini yüksək səviyyədə təmsil etməyi bacarmalıdır. Təəssüflər olsun ki, keçən müddətdə bəzi xoşagəlməz halların şahidi olduq. Düşünürəm ki, millət vəkili bu yüksək, şərəfli vəzifəyə daim layiq olmağa çalışmalıdır. Heç vaxt unutmamalıdır ki, o xalqı, milləti, seçicilərini təmsil edir.
Millət vəkili fəaliyyətində hər bir hərəkəti ilə bu yüksək ada layiq olmağı bacarmalıdır. Düşünürəm ki, növbəti-6-cı cağırış parlamentin tərkibi formalaşan zaman əsas parametrlər sırasında bunlar olmalıdır: yüksək məsuliyyət, yüksək peşəkarlıq, öz vəzifəsinin öhdəsindən gəlmək bacarığı, dövlətə, millətə bağlılıq, vətənpərvərlik. Bunlar hamısı olduğu təqdirdə, parlamentin yeni tərkibində kifayət qədər canlanmanın şahidi olacağıq.
-Yeri gəlmişkən, Azay Quliyev 4-cü dəfə öz şansını sınayacaqmı?
-Hər halda bu məsələni tam olaraq aydınlaşdırmaq üçün qarşıda xeyli vaxt, zaman var. Bu barədə verilən qərarla yəqin ki, hamınız tanış olacaqsınız.
Rezonanspress.az
Baxış sayı: 483
Bölməyə aid digər xəbərlər

20-08-2026, 19:35
Mendel: "Rusiya Silahlı Qüvvələrinin Kiyevə zərbə endirməsindən sonra Zelenski günahı Trampa yıxacaq"
19-08-2026, 08:30
Boqdanov: "Kim Çen Inla görüş Trampın yeganə xarici siyasət aktividir"
18-08-2026, 22:38
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığına və bunu etmək planının olmadığına əminlik verdi
18-08-2026, 22:07
İran xarici işlər naziri Əraqçi: "ABŞ Tehranla danışıqlar üçün yalvarır"
18-08-2026, 21:48
"Barselona" İspaniya millisinin kapitanı Rodri ilə müqavilə imzaladığını elan etdi
18-08-2026, 12:33
Yaponiyanın Rusiyadakı səfiri Akira Muto Rusiya Xarici İşlər Nazirliyinin binasını tərk etdi
17-08-2026, 22:13
Avropa Parlamentinin üzvü: "Avropa Birliyinin Rusiyaya qarşı yeni sanksiyalar tələbi sülh gətirməyəcək"
14-08-2026, 17:38
Tahir Gözel 1 milyon manat “premiya” sözü verdi
12-08-2026, 10:45
Tramp Amerika qanunlarının sərtliyindən şikayətləndi
11-08-2026, 19:17
Conson bildirib ki, Zelenskinin özü 2022-ci ildə Rusiya ilə münaqişəni davam etdirmək qərarına gəlib
9-08-2026, 18:49
Papa Rusiya və Ukraynanı dialoqa qayıtmağa çağırdı
6-08-2026, 21:11
Zelenski Ukraynanın 2027-ci ilə qədər öz ballistik sistemini inkişaf etdirəcəyinə ümid edir
5-08-2026, 20:56
Roskosmos baş institutunda yanğın baş verib
3-08-2026, 18:37
But: "ABŞ həbsxanalarındakı şərait Hollivud filmlərində təsvir olunanlara çox yaxındır"
30-07-2026, 18:21
Tusk Ukrayna üçün hansı dövrün həlledici olacağını izah etdi
29-07-2026, 19:09
"Trampın üzünə şillə": Kiyevin İrana mümkün kompensasiya ödənişi ilə bağlı ekspert
28-07-2026, 18:55
Tramp İranın "Nüvə qalasını" dağıtmaqla hədələyir
27-07-2026, 20:58
Tramp danışıqlar uğursuz olarsa, ABŞ-ın hərbi əməliyyatlara davam etməyə hazır olduğunu bildirdi
27-07-2026, 20:34
Peskov informasiya müharibəsinin heç vaxt bitməyəcəyinə inanır
26-07-2026, 23:38
Braziliya Prezidenti yeni ABŞ tariflərini strateji səhv adlandırdı
23-07-2026, 13:25
Zaxarova Lavrov-Rubio görüşünün ABŞ təşəbbüsü olduğunu təsdiqlədi
22-07-2026, 13:33
IFFHS Messini Dünya Kubokunun "İlin oyunçusu" seçdi
22-07-2026, 08:26
Merts Rusiya və Almaniya nümayəndələri arasında Bakıda keçirilən görüşdən xəbərsiz olduğunu etiraf etdi
21-07-2026, 20:41
Tramp İranın "yeni nüvə obyekti"ni vurmaqla hədələyir
21-07-2026, 19:08
Umerov Ukraynanın ABŞ-dakı səfiri vəzifəsinə namizəd hesab olunur
14-07-2026, 23:28
Kreml Merzin Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı sözlərinə cavab verdi
14-07-2026, 18:26
Bricit Makron Parisdə görüşəndə Zelenskini öpdü
14-07-2026, 18:08
Lavrov ABŞ-ın İrana zərbələri barədə sərt danışdı
12-07-2026, 20:17
Stefanişina Ukraynanın ABŞ-dakı səfiri vəzifəsindən istefa verdi
8-07-2026, 20:51
Türkiyə Ukraynada ABŞ-ın sülh təşəbbüslərini dəstəklədiyini bildirib
8-07-2026, 20:45
Tramp Kiyevin neft emalı zavodlarına endirdiyi zərbələri münaqişənin sona çatmasına kömək edəcək eskalasiya adlandırdı
7-07-2026, 21:39
Tramp: "Ukraynadakı münaqişənin yaxın gələcəkdə həlli mümkündür"
7-07-2026, 21:25
"Polymarket", Ronaldonun Dünya Kubokunda göz yaşlarına qoyulan mərcləri qəbul etmədi.