20:20 / 27-08-2026
UEFA prezidenti Aleksandr Çeferin Rusiyanın Avropa Futboluna nə zaman qayıda biləcəyini deyir
20:16 / 27-08-2026
Turist dağlarda azıb
20:13 / 27-08-2026
İtin 5 yaşlı qıza hücum etməsindən sonra cinayət işi açılıb
20:04 / 27-08-2026
Qolu beton qarışdırıcıya ilişən uşaq xilas edilib
20:02 / 27-08-2026
Xərçəngdən vəfat edən Stella Baranovskayanın anası qızının müalicəsi üçün vəsait mənimsəməkdə ittiham olunub
18:46 / 27-08-2026
Danimarka Parlamenti Qrenlandiya qadınlarına kontrasepsiya üçün kompensasiyanı təsdiqləyib
18:43 / 27-08-2026
Avtomobil partlayışında həlak olan şəxsin şəxsiyyəti müəyyən edilib
18:40 / 27-08-2026
Yeniyetmələr tərk edilmiş binada bir uşağı döyüblər
18:37 / 27-08-2026
Malidə silahlı hücumlarda iştirakı ehtimal olunan şəxsləri müəyyən edib
18:34 / 27-08-2026
Hərbi əsirlər üçün işgəncə zirzəmiləri aşkar edilib
18:31 / 27-08-2026
Bosniya Serb Ordusunun keçmiş komandanı Ratko Mladiç vəfat etdi
18:28 / 27-08-2026
İnternetdə açıq şəkildə terrorizmə çağırış etməkdə şübhəli bilinir
18:24 / 27-08-2026
ABŞ və İran hazırda danışıqlar aparmır
18:22 / 27-08-2026
Polis bar davası ilə bağlı məlumatları araşdıracaq
18:10 / 27-08-2026
Misirdən Moskvaya uçan təyyarə Yekaterinburqda planlaşdırılmamış eniş etdi
18:07 / 27-08-2026
Onlayn lotereyada 10 milyon rubl dəyərində super mükafat qazandı
18:05 / 27-08-2026
Terrorizmi maliyyələşdirməkdə təqsirli bilinib
18:02 / 27-08-2026
Müstəntiqlər dosent Kamenevanın qətli ilə əlaqədar oğlunun həbs olunmasını tələb edirlər
17:57 / 27-08-2026
Kütləvi qəzada motosikletçi həlak olub
13:19 / 27-08-2026
Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb
19:16 / 26-08-2026
Olimpiya medalçısı medalını satdığını təkzib etdi
19:12 / 26-08-2026
Reqbi hakimi Brızqalin intihar etdi
19:10 / 26-08-2026
Qərb Cənubi Qafqaz Dəmir Yolu (CQD) məsələsi ilə bağlı Ermənistanı şantaj etməkdə ittiham olunub
19:07 / 26-08-2026
"Tatu"nun konserti ləğv edilib
19:04 / 26-08-2026
5 yaşlı uşağı oyun meydançasından qaçıran şəxs həbs edilib
18:12 / 26-08-2026
Peskov İsveçrənin Rusiya aktivlərinin müsadirə edilməsi ilə bağlı açıqlamasına şərh verməkdən imtina etdi
18:10 / 26-08-2026
Macarıstan hökumət dəyişikliyindən sonra Rusiyanı təhlükə adlandırdı
18:07 / 26-08-2026
Daşqınlar nəticəsində təxminən 300 turist itkin düşüb
18:04 / 26-08-2026
Bir oğlanın yaralandığı polis təqibinin görüntüləri yayılıb
18:00 / 26-08-2026
15-ci əsrə aid gümüş sikkələrin olduğu gil küp tapılıb
17:57 / 26-08-2026
Media xəbərlərinə görə, Zelenski və Mask Ukraynaya dəstək mövzusunda danışıqlar apara bilərlər
17:52 / 26-08-2026
Müdafiə zavodunu yandırmağa cəhd ediblər
17:48 / 26-08-2026
"Poseidon" nüvə torpedası üçün ideal əməliyyat teatrı açıqlandı
17:44 / 26-08-2026
Avropadakı böhran Rusiya ilə qarşıdurma fonunda daha da pisləşir
17:40 / 26-08-2026
İİKK İran və Omanın Hörmüz boğazından gəmiçilikdən əldə etdiyi gəliri bölüşmək istədiyini bildirib
17:36 / 26-08-2026
Ağacları kəsərkən öldü
17:30 / 26-08-2026
Rusiya diplomatları körpələrin ölümü ilə bağlı başsağlığı veriblər
17:26 / 26-08-2026
Media xəbərlərinə görə, NATO Ukrayna Silahlı Qüvvələrinin döyüş koordinasiya sistemini maliyyələşdirib
“Sevinirdi ki, Elçibəy xəstələnib öləcək, bu da onun yerinə keçəcək” - Prezident
Tarix: 22-11-2019 00:05 | Bölmə: Manşet
"Bu gün, noyabrın 21-i Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaranması günüdür. Çünki o vaxt özünü demokrat adlandıran, hakimiyyəti qanunsuz yollarla zəbt etmiş satqın AXC-Müsavat hakimiyyəti imkan vermədi ki, Yeni Azərbaycan Partiyasının təsis qurultayı Bakıda keçirilsin".
"Qafqazinfo" xəbər verir ki, bu fikirləri Preizdent İlham Əliyev Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə çıxış edərkən deyib.
Ölkə başçısı həmn dövrdə baş verənlərdən söz açıb:
"Vətənpərvər insanlar, Heydər Əliyevi dəstəkləyən insanlar, ziyalılar Naxçıvana gedib soyuq, işıqsız şəraitdə, - hər on dəqiqədən bir işıqlar kəsilirdi, - Yeni Azərbaycan Partiyasını təsis etdilər. Artıq Azərbaycanın yeni dövrü başlamışdır. Məhz Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını dövlət bayrağı kimi ucaltdı və Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırdı ki, onlar da eyni addımı atsınlar. Onlara hələ bir neçə ay lazım oldu və artıq görəndə ki, Sovet İttifaqı çökür, ondan sonra bunu etdilər.
Biz bu tarixi yaddan çıxarmamalıyıq və gənclər bu tarixi bilməlidirlər. Bugünkü reallıqları düzgün təhlil etmək, bu reallıqlara düzgün qiymət vermək üçün biz bu acı dövrü yaddan çıxarmamalıyıq. Elə etməliyik ki, gənclər də bunu bilsinlər, hesab etməsinlər ki, bugünkü inkişaf, bugünkü tərəqqi göydən düşüb. Bilsinlər ki, biz buna qanımız, canımız bahasına nail olmuşuq. Biz tariximizin ən rüsvayçı səhifələrini də vərəqləməliyik. Ona görə ki, o rüsvayçı dövr təkrarlanmasın.
Bunu deyəndə, əlbəttə ki, mən, ilk növbədə, AXC-Müsavat dövrünü qeyd edirəm. 1992-ci ildə hakimiyyəti qanunsuz yollarla zəbt etmiş o antimilli dəstə Azərbaycanı uçuruma aparırdı. Azərbaycan əldən gedirdi. Yenicə bərpa edilmiş müstəqillik əldən gedirdi, ölkədə xaos, anarxiya, talançılıq, oğurluq, özbaşınalıq, böhran hökm sürürdü. Ermənilər orada torpaqlarımızı işğal edirdi, Xalq Cəbhəsi isə vətəndaş müharibəsinə start vermiş və Gəncə şəhərini bombalamağa başlamışdı. Vətəndaş müharibəsi ən ağır müharibədir. Çünki qardaş qanı axıdılır. Ona da getdilər ki, öz laxlamış hakimiyyətlərini qoruya bilsinlər. Görəndə ki, qoruya bilmirlər, Heydər Əliyevə müraciət etdilər ki, gəl, bizi xilas elə. Yalvarırdılar, mən bunun şahidiyəm. Üç dəfə təyyarə göndərmişdilər ki, bizi xilas elə, çünki artıq gəlirdilər bunları öldürməyə, yaxud da ki, yıxmağa. Qaçıb gizləndilər, bəziləri guya vəzifələrini dondurdular. O vaxt belə cəfəng ifadələr işlədilirdi. Əgər Heydər Əliyev gəlməsəydi, həm Azərbaycan dağılacaqdı, həm də, o antimilli AXC-Müsavat dəstəsi öz cəzasını alacaqdı. Yəni, Heydər Əliyevin humanistliyi onları layiq olduqları bu cəzadan xilas etdi.
Başqa cür ola da bilməzdi. Çünki baxın, bizi kimlər idarə edirdi. İndi bu tarix yaddan çıxır, amma çıxmamalıdır. Baxın, Azərbaycan xalqı hansı rəzil dövrdə yaşayırdı. Baxın, kimlər idi. Mən bir daha deməliyəm ki, yaddan çıxmasın, gənclər də bilsin. Prezident elmi işçi, zəif, iradəsiz bir adam idi. Heç vaxt heç bir idarəyə rəhbərlik etməmişdi. Hətta kiçik bir idarənin rəhbəri olmamışdı. Sadəcə, küçələrdə, orada-burada çığırıb bağırmaqla gəldi prezident oldu və ölkəni rüsvay elədi. Görün, hansı kadrlar seçildi. İndi bunu təsəvvür etmək çətindir ki, - bağışlayın sözümə görə, - belə yaramaz adamlar Azərbaycana rəhbərlik edirdi. Baş nazir, - o da elmi işçi idi. O da heç bir dissertasiya müdafiə edə bilməmişdi. Hamı yaxşı bilir, indi bu, sirr deyil, mövsümi ticarətlə məşğul olan adam Baş nazir təyin edildi. Məhz onun dövründə “otkat” sözü bizim lüğətimizə daxil edildi. Gəldi ki, ölkəni talan eləsin, onun sərvətini oğurlasın, tramvay xətlərini kəsdirsin, göndərsin İrana və pul əldə etsin. Bax, bu Baş nazir idi. Parlamentin sədri, - o da elmi işçi idi. On bir il aspiranturada oxumuşdu. Təsəvvür edin, on bir il. Dissertasiyanı müdafiə edə bilməmişdi. Rəhmətlik akademik Ziya Bünyadovun onun haqqında dediklərini mən təkrarlamaq istəmirəm. Sadəcə olaraq, bunu özümə rəva bilmirəm. Uğursuz aspirant, biliksiz, savadsız adam parlamentin sədri oldu. Ondan nə gözləmək olardı? Yaxud da ki, dövlət katibi. İstəyirdi komsomolda öz karyerasını artırsın, sonra partiya işinə keçsin və karyerist kimi hansısa bir vəzifəyə sahib olsun. Belələrinə siyasi dönük, flüger deyirlər. Onun bütün tarixi satqınlıq tarixidir. Komsomolçuları satıb, öz partiya himayədarlarını satıb, ondan sonra qoşulub Xalq Cəbhəsinə, orada da Əbülfəz Elçibəyi satıb. Bunu cəbhəçilər yaxşı bilirlər. Əbülfəz Elçibəy xəstələnəndə ən çox sevinən elə o idi. Mən bunu dəqiq bilirəm, bu məlumat var. Sevinirdi ki, xəstələnib öləcəkdir, bu da keçəcəkdir onun yerinə.
İndi son hadisələr də göstərdi ki, o, hansı hünərə sahibdir. Yəni, bu isterika, bu paranoya, bu qorxaqlıq, - özünü lider sayan hansı adam özünə rəva bilər ki, bunu nümayiş etdirsin və ondan sonra bütün millətə bəyan etsin ki, mənə qarşı zor tətbiq ediblər. Bu, yalandır. Özünə hörmət edən, ləyaqəti üstün tutan hansı adam belə söz deyər. Bax, bu adam prezidentlik iddiasında olub və bu gün vaxtilə xalq hərəkatı tərəfindən yaradılmış Xalq Cəbhəsinə rəhbərlik etməyə çalışır".
Baxış sayı: 419
Bölməyə aid digər xəbərlər

20-08-2026, 19:35
Mendel: "Rusiya Silahlı Qüvvələrinin Kiyevə zərbə endirməsindən sonra Zelenski günahı Trampa yıxacaq"
19-08-2026, 08:30
Boqdanov: "Kim Çen Inla görüş Trampın yeganə xarici siyasət aktividir"
18-08-2026, 22:38
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığına və bunu etmək planının olmadığına əminlik verdi
18-08-2026, 22:07
İran xarici işlər naziri Əraqçi: "ABŞ Tehranla danışıqlar üçün yalvarır"
18-08-2026, 21:48
"Barselona" İspaniya millisinin kapitanı Rodri ilə müqavilə imzaladığını elan etdi
18-08-2026, 12:33
Yaponiyanın Rusiyadakı səfiri Akira Muto Rusiya Xarici İşlər Nazirliyinin binasını tərk etdi
17-08-2026, 22:13
Avropa Parlamentinin üzvü: "Avropa Birliyinin Rusiyaya qarşı yeni sanksiyalar tələbi sülh gətirməyəcək"
14-08-2026, 17:38
Tahir Gözel 1 milyon manat “premiya” sözü verdi
12-08-2026, 10:45
Tramp Amerika qanunlarının sərtliyindən şikayətləndi
11-08-2026, 19:17
Conson bildirib ki, Zelenskinin özü 2022-ci ildə Rusiya ilə münaqişəni davam etdirmək qərarına gəlib
9-08-2026, 18:49
Papa Rusiya və Ukraynanı dialoqa qayıtmağa çağırdı
6-08-2026, 21:11
Zelenski Ukraynanın 2027-ci ilə qədər öz ballistik sistemini inkişaf etdirəcəyinə ümid edir
5-08-2026, 20:56
Roskosmos baş institutunda yanğın baş verib
3-08-2026, 18:37
But: "ABŞ həbsxanalarındakı şərait Hollivud filmlərində təsvir olunanlara çox yaxındır"
30-07-2026, 18:21
Tusk Ukrayna üçün hansı dövrün həlledici olacağını izah etdi
29-07-2026, 19:09
"Trampın üzünə şillə": Kiyevin İrana mümkün kompensasiya ödənişi ilə bağlı ekspert
28-07-2026, 18:55
Tramp İranın "Nüvə qalasını" dağıtmaqla hədələyir
27-07-2026, 20:58
Tramp danışıqlar uğursuz olarsa, ABŞ-ın hərbi əməliyyatlara davam etməyə hazır olduğunu bildirdi
27-07-2026, 20:34
Peskov informasiya müharibəsinin heç vaxt bitməyəcəyinə inanır
26-07-2026, 23:38
Braziliya Prezidenti yeni ABŞ tariflərini strateji səhv adlandırdı
23-07-2026, 13:25
Zaxarova Lavrov-Rubio görüşünün ABŞ təşəbbüsü olduğunu təsdiqlədi
22-07-2026, 13:33
IFFHS Messini Dünya Kubokunun "İlin oyunçusu" seçdi
22-07-2026, 08:26
Merts Rusiya və Almaniya nümayəndələri arasında Bakıda keçirilən görüşdən xəbərsiz olduğunu etiraf etdi
21-07-2026, 20:41
Tramp İranın "yeni nüvə obyekti"ni vurmaqla hədələyir
21-07-2026, 19:08
Umerov Ukraynanın ABŞ-dakı səfiri vəzifəsinə namizəd hesab olunur
14-07-2026, 23:28
Kreml Merzin Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı sözlərinə cavab verdi
14-07-2026, 18:26
Bricit Makron Parisdə görüşəndə Zelenskini öpdü
14-07-2026, 18:08
Lavrov ABŞ-ın İrana zərbələri barədə sərt danışdı
12-07-2026, 20:17
Stefanişina Ukraynanın ABŞ-dakı səfiri vəzifəsindən istefa verdi
8-07-2026, 20:51
Türkiyə Ukraynada ABŞ-ın sülh təşəbbüslərini dəstəklədiyini bildirib
8-07-2026, 20:45
Tramp Kiyevin neft emalı zavodlarına endirdiyi zərbələri münaqişənin sona çatmasına kömək edəcək eskalasiya adlandırdı
7-07-2026, 21:39
Tramp: "Ukraynadakı münaqişənin yaxın gələcəkdə həlli mümkündür"
7-07-2026, 21:25
"Polymarket", Ronaldonun Dünya Kubokunda göz yaşlarına qoyulan mərcləri qəbul etmədi.