20:20 / 27-08-2026
UEFA prezidenti Aleksandr Çeferin Rusiyanın Avropa Futboluna nə zaman qayıda biləcəyini deyir
20:16 / 27-08-2026
Turist dağlarda azıb
20:13 / 27-08-2026
İtin 5 yaşlı qıza hücum etməsindən sonra cinayət işi açılıb
20:04 / 27-08-2026
Qolu beton qarışdırıcıya ilişən uşaq xilas edilib
20:02 / 27-08-2026
Xərçəngdən vəfat edən Stella Baranovskayanın anası qızının müalicəsi üçün vəsait mənimsəməkdə ittiham olunub
18:46 / 27-08-2026
Danimarka Parlamenti Qrenlandiya qadınlarına kontrasepsiya üçün kompensasiyanı təsdiqləyib
18:43 / 27-08-2026
Avtomobil partlayışında həlak olan şəxsin şəxsiyyəti müəyyən edilib
18:40 / 27-08-2026
Yeniyetmələr tərk edilmiş binada bir uşağı döyüblər
18:37 / 27-08-2026
Malidə silahlı hücumlarda iştirakı ehtimal olunan şəxsləri müəyyən edib
18:34 / 27-08-2026
Hərbi əsirlər üçün işgəncə zirzəmiləri aşkar edilib
18:31 / 27-08-2026
Bosniya Serb Ordusunun keçmiş komandanı Ratko Mladiç vəfat etdi
18:28 / 27-08-2026
İnternetdə açıq şəkildə terrorizmə çağırış etməkdə şübhəli bilinir
18:24 / 27-08-2026
ABŞ və İran hazırda danışıqlar aparmır
18:22 / 27-08-2026
Polis bar davası ilə bağlı məlumatları araşdıracaq
18:10 / 27-08-2026
Misirdən Moskvaya uçan təyyarə Yekaterinburqda planlaşdırılmamış eniş etdi
18:07 / 27-08-2026
Onlayn lotereyada 10 milyon rubl dəyərində super mükafat qazandı
18:05 / 27-08-2026
Terrorizmi maliyyələşdirməkdə təqsirli bilinib
18:02 / 27-08-2026
Müstəntiqlər dosent Kamenevanın qətli ilə əlaqədar oğlunun həbs olunmasını tələb edirlər
17:57 / 27-08-2026
Kütləvi qəzada motosikletçi həlak olub
13:19 / 27-08-2026
Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb
19:16 / 26-08-2026
Olimpiya medalçısı medalını satdığını təkzib etdi
19:12 / 26-08-2026
Reqbi hakimi Brızqalin intihar etdi
19:10 / 26-08-2026
Qərb Cənubi Qafqaz Dəmir Yolu (CQD) məsələsi ilə bağlı Ermənistanı şantaj etməkdə ittiham olunub
19:07 / 26-08-2026
"Tatu"nun konserti ləğv edilib
19:04 / 26-08-2026
5 yaşlı uşağı oyun meydançasından qaçıran şəxs həbs edilib
18:12 / 26-08-2026
Peskov İsveçrənin Rusiya aktivlərinin müsadirə edilməsi ilə bağlı açıqlamasına şərh verməkdən imtina etdi
18:10 / 26-08-2026
Macarıstan hökumət dəyişikliyindən sonra Rusiyanı təhlükə adlandırdı
18:07 / 26-08-2026
Daşqınlar nəticəsində təxminən 300 turist itkin düşüb
18:04 / 26-08-2026
Bir oğlanın yaralandığı polis təqibinin görüntüləri yayılıb
18:00 / 26-08-2026
15-ci əsrə aid gümüş sikkələrin olduğu gil küp tapılıb
17:57 / 26-08-2026
Media xəbərlərinə görə, Zelenski və Mask Ukraynaya dəstək mövzusunda danışıqlar apara bilərlər
17:52 / 26-08-2026
Müdafiə zavodunu yandırmağa cəhd ediblər
17:48 / 26-08-2026
"Poseidon" nüvə torpedası üçün ideal əməliyyat teatrı açıqlandı
17:44 / 26-08-2026
Avropadakı böhran Rusiya ilə qarşıdurma fonunda daha da pisləşir
17:40 / 26-08-2026
İİKK İran və Omanın Hörmüz boğazından gəmiçilikdən əldə etdiyi gəliri bölüşmək istədiyini bildirib
17:36 / 26-08-2026
Ağacları kəsərkən öldü
17:30 / 26-08-2026
Rusiya diplomatları körpələrin ölümü ilə bağlı başsağlığı veriblər
17:26 / 26-08-2026
Media xəbərlərinə görə, NATO Ukrayna Silahlı Qüvvələrinin döyüş koordinasiya sistemini maliyyələşdirib
Topu başında aparan kapitan, alnından zəka fışqıran redaktor, müğənnini həbsdən buraxdıran müxbir... – Şərif Ağayar APA-dan yazır...-TƏBRİK EDİRİK!
Tarix: 16-11-2019 00:39 | Bölmə: Manşet
Noyabrın 16-da “Azəri-Press” İnformasiya Agentliyinin ( APA ) 15 yaşı tamam olur. Kulis.az bu münasibətlə həmkarlarımızı təbrik edir və Şərif Ağayarın APA haqqında yazdığı “Yüksək liqada oynayanlar” yazısını oxucuların diqqətinə çatdırır.
“Sizin APA !”
Qabil Abbasoğlu ayaqüstü görüşlərin birində elə beləcə də dedi. Rəis gözünü azca qıyıb ona baxdı. Zarafat edirdimi? Əlbəttə, zarafat edirdi. Amma Qabil müəllimin sağı-solu bəlli olmaz, bir də gördün, həqiqəti zarafatda dedi. Rəis tədbirini aldı:
“Sizə APA kimi yanaşsam çətin olar!”
Qabil müəllim şirin-şirin güldü. Elə güldü ki, rəis də özünü saxlaya bilməyib gülümsədi və bu gülümsəmə ilə həmişə “müdir” deyə müraciət etdiyi baş redaktorun zarafatındakı həqiqət payını təsdiqləmiş oldu.

Bəli, qorxmadan deyəcəm, APA nəinki eyni adlı qrupun rəhbəri Vüsalə Mahirqızı üçün, eləcə də bu qrupda işləyən hər kəs üçün ayrıca brenddir. Söhbət, təbii ki, ayrı-seçkilikdən getmir. APA ailənin böyük övladı, xalq dili ilə desək, gözün ilk ovudur. Yerdə qalan saytlar, portallar, şöbələr APA -nın başına toplaşıb. Ailənin ilk övladı, həm də uğurlu, qoçaq, həyatını düz-qoş edə bilən, üstəlik, özündən balacalara əl tutan övladı...
APA -nı biz hər zaman yüksək liqada oynayan komanda gözündə görmüşük. Digər saytlarda işləyən ən yaxşı yazarları zaman-zaman sehrli bir əl yerindən götürüb, APA -nın redaksiyasına yerləşdirir. Bu, bir yandan qürurverici olsa da, digər yandan qeyd etdiyim kimi “Sizin - Bizim” söhbətlərinə rəvac verir.
Kulisin özü bu “sehrli əl”in sayəsində xeyli ağır çəkili fiqurlar “itirib”: Ağa Cəfərli, Fərid Mirzəyev, Mirmehdi Ağaoğlu...
Amma onlardan yazmazdan əvvəl, şübhəsiz ki, APA -nın baş direktoru Nurşən Quliyevdənbəhs etməliyik.

Çoxuna qəribə gələr, Nurşən Quliyevlə tay-tuş olsaq və yerli sayılsaq da elə yaxın münasibətimiz olmayıb. İndiyədək aramızdakı söhbət və yazışmanı toplasaq iki min işarə eləməz. Mənə elə gəlir, APA -nın öz içərisində də vəziyyət belədir. Yeganə redaksiyadır ki, qapısının ağzından keçəndə içəridə insan oturduğunu hiss eləmirsən. İnanılmaz bir sakitlik var. Qapıdan boylanırsan, bu qədər adamın heç cınqırı da çıxmır. Təbii, sakitlik xüsusi qadağa ilə yaradılmayıb. İş sistemi elə qurulub ki, yalnız klaviaturalar danışır!
Çox təcrübə eləmişəm; yaxşı iş olan yerdə səs az çıxır!
Yoxsa Kulis?! Son bir ayda mühafizəçilər beş-altı dəfə yaxınlaşıb ki, mümkünsə bir az sakit olun, seriala baxırıq, bizə mane olursunuz!
Hələ indi yaxşıdır. Əvvəllər, Vüsalə xanım özü neçə dəfə içəri girib iradını bildirmişdi. Məlum olmuşdu ki, ikinci mərtəbədə yerləşən Vesti.az-ın işinə mane oluruq. Görünür, o birilər xətir-hörmətdən keçib bizdən şikayət eləməyibmiş.
Ax, bu rusdillilər!
Nurşən müəllimi “Üç nöqtə” qəzetindən tanıyıram. Redaktorluq işi rejissorluğa bənzəyir. Görünmür. Səhnə arxasında qalır. Redaktorun çəkdiyi zəhmət müxbirin ayağına yazılır. Mən APA -nın bütün uğurlarında Nurşən müəllimin barmaq izlərini asanlıqla görmüşəm.
Əslində, o, ilk dəfə futbolla diqqətimi çəkib. Hardasa, 20 il əvvəl Texniki Universitetin balaca meydançasında jurnalistlərin futbol yarışı keçirilirdi. “Üç nöqtə” qəzetinin komandasında çıxış edən Nurşənin oyununa sadəcə heyran idim. O, topu başına alıb apara bilirdi. Qəribə idi!
Sonralar Nurşəni hər görəndə topu başında təsəvvür eləyirdim. Qəddini şax tutub, sinəsini qabağa verib yeriyirdi ki, top yerə düşməsin.
Havanı döşünə alıb belə ötkəm yeriməyi içimdə həm də gizli qıcıq yaradırdı. O vaxtlar özümə də acığım tuturdu - məğlub ölkənin yekəpər kişisi olmaq ağırdır.

Amma Nurşənin belə yeriməyə haqqı vardı. O, həm də müharibədə olmuşdu, səngərlərdə can qoymuşdu. Qarabağda onunla yaşıd tək-tük salamat adam tapmaq olar. Ya şəhiddirlər, ya itkin, ya da əlil!
Döyüşçü əzminin ardınca gələn APA uğurundan sonra Nurşənin başındakı xəyali topu tacla əvəz elədim. O, öz sahəsinin birincisi idi və bunu APA -nı istəməyənlər də zaman-zaman etiraf etdilər.
Məncə, budur əsas məsələ!
Məşğul olduğun sahədə birinci olmaq!
Bəzən deyirlər, nədir, imkan var, edir. İmkan təkcə APA -da deyil ki! Eyni meydanda eyni imkanla 15-ci ola bilməyənlər var.
On beş yaş Nurşən Quliyevin başındakı xəyali tacın sabit olduğunu göstərir. Bu yaş insan üçün yeniyetməlik yaşı hesab olunsa da, xəbər agentliyi üçün müdriklik mərhələsidir.
Bir şeyin əhəmiyyətini anlamaq üçün onun yoxluğunu düşünmək kifayətdir.
Biz APA -nın fəaliyyət göstərmədiyi bir neçə ayda xəbər istehsalında ciddi boşluq gördük. Xəbəri yaymaq başqadır, onu istehsal etmək başqa. APA xəbəri yaradan bir qurumdur. Və ən əsası ölkənin ən etibarlısıdır. Nəyisə verməyə bilər, lakin verdiklərinə şəkk-şübhə ola bilməz. APA yaranandan bircə prinsipə söykənib: peşəkarlıq!
Mən də yarı jurnalist olduğum üçün getdiyim hər ünvanda nəsə soruşurlar məndən. Bu suallar daha çox hansısa xəbəri dəqiqləşdirmək üçün verilir. Cavabım dəyişməzdir: “ APA -da gedibmi? APA -da getməyibsə, ciddiyə alma!”
Təbii ki, bizim “yüksək liqamız” təkcə “kapitanı” ilə deyil, həm də “oyunçular”ı ilə əzizdir.

APA -nın redaktoru Kəmalə Quliyevanı hər görəndə yayda Gədəbəydən paylaşdığı fotolar yadıma düşür. Yay bir yana bir dəfə qışda, qarda inəklərin gəzintisini paylaşmışdı. Elə bir doğmalıq vardı, burnumun ucu sızıldadı. Altına yazdım ki, onlar da bizim kimi nahar gəzintisinə çıxıblar! Hamı gülüş qoydu, Kəmalə xanım özü tutdu söhbəti. Bu kommentdə yumordan çox kədərli bir nostalgiya vardı. Kəmalə bu fotoların "günah"ını bizi Gədəbəyə qonaq çağırmaqla yuya bilər.
Kəmalə xanım saytlarda gedən yazılardakı redaktə və korrektə səhvlərinə görə həmkarlarını ən çox arayan redaktordur. İnternetdən əli çatmasa telefonla ulaşacaq.
APA fəaliyyətini bərpa etməsə nazirliklərin birində ən azı şöbə müdiri işləyəcəkdi. İllah da bu gəncləşdirmə islahatları vaxtı.
Ona nə oldusa sevgidən oldu!
Gül kimi Təhsil Nazirliyindəydi. Bir də baxam, bıy, Lent.az ın otağında oturub. Az keçməmiş "sehrli əl"in tilsiminə düşüb yüksək liqaya transfer olundu.
Mən indiki ofisimizin kədərli şəkildə yiyəsiz qaldığı günlərin birində rəisə demişdim. Demişdim, Elba adasından gələn Napoleon kimi hamı təkrar başınıza yığışmaq üçün himə bənddir. Dediyim kimi də oldu. Vədə başı hamı qaça-qaça, yüyürə-yüyürə gəldi. Maaşla da maraqlanan olmadı.
APA başqa yerdir, nə danaq?!

Səhər işə gələndə, günorta yeməkxanada, yaxud nahar gəzintisində, axşam işdən çıxanda Gülşən Hacıyevailə rastlaşdınsa, papağını əyri qoy. Bir şirin danışmağı, bir “qeybət eləməyi” var, deyirsən, işimi-gücümü atım, qulaq asım. Xəfif təbəssümlə, istedadla, sevgiylə danışır. Məncə, əsas sevgidir, qalanı təfərrüatdır.
Gülşən bu yaxınlarda Qalib İbrahimoğlunun bir söhbətin danışdı, gülməkdən qəşş elədim. Nə adammış bu Qalib?! Lent.az -da işləyən vaxt kəşf eləməmişik. APA -ya transfer olunan kimi istedadını ortaya qoydu.
O gün bufetdə Qaliblə Lent.az -ın redaktoru Azər Hüseynbalanı oturub çay içən gördüm. Dedim, eşitməmisiniz, bufetdə redaktorlar üçün iki-iki oturmaq qadağandır! Demirsiniz, Səbinə Əvəzqızı görər?! Qalib söz altda qalmadı. Dedi, müəllim, mən APA -dayam indi, Lent.az -da olsam, şübhəsiz Səbinədən icazə alardım.
Hələ Fərid Mirzəyev...
Mənim üçün dünyada iki cür insan var. Birincisi, heç nə bilməyən, ikincisi, hər şeyi bilən. Fərid sözün həqiqi mənasında hər şeyi bilənlərdəndir. Adamın saçları elə-belə tökülməyib. Alnından zəka işığı fışqırır. Hərdən deyirəm, sən maraqlan, doğum evində dəyişik düşmüsən. Belə azərbaycanlı olmaz! Belə ağstafalı heç olmaz! Qımışır. Deyəsən, doğum evində nə baş verib, onu da bilir.

İstəyirəm soruşam:
“Fərid, səncə dünən axşam yazıb heç kimə göstərmədən sildiyim hekayə alınmışdı?”
Yaxud belə:
“Yaxın iki-üç ay ərzində nə yazacam? Mümkünsə, denən, əvvəldən bilim!”
Fərid Kulisin vuran qolu olub. Az yazıb, saz yazıb. Redaktor kimi də əvəzsizdir. İnterneti açıb Aşıq Ədalət simlər üstündə gəzişən kimi ora-bura iki dəqiqə göz atdısa, Azərbaycanda və dünyada olub-bitənlərdən xəbər tutacaq. Fərid kimi üç-dörd adam ola, bütün mətbuatı dəyişərsən.
Özü azmış kimi ardınca Ağa Cəfərlini, Mirmehdi Ağaoğlunu da çəkib apardı. APA -nın bir üstünlüyü var ki, ordan qalxan təyyarələr yalnız üzüyuxarı uçur. Ağa da APA -dan Dillər Universitetinin şöbə müdirliyinə getdi.

Mirmehdi Ağaoğlunun heç yerə uçmaq fikri yoxdur. Hələ də APA -da döyüşür. Səhv oxumadınız. Onunku işləmək yox, döyüşməkdir. Səmimi etiraf edim, Kulisdə belə işləmirdi. Elə bil “qoşa difer” qoşub. Adamın paxıllığı tutur.
Mirmehdi Kulisdən gedəndə özümü sağ qolunu itirmiş qəbilə başçısı kimi hiss elədim. Çox çalışdım qaytarmağa, alınmadı. “Yüksək liqa”dan geri transfer yoxmuş. İstədim özünü bişirəm. Seyid adamdır, azca tamahkarlığı var. Qəşəng bir “Kent 8” verib girdim qılığına. Məlum oldu ki, qayıtmaq istəmir. Dəli oldum! Əlimdəki mizrağı yerə çırpıb, palma ağacını təpiklədim.
APA -da Mirmehdi üçün hər cür şərait varmış. Hiss elədim, maaşı da babatdır. İqtisadi cəhətdən təmin olunanda gözləri şövqlə parıldayır. Hələ orda bir seyid də tapıb. Öz əmioğlusunu yəni. Mirmahmud Kazımoğlunu. Hər ikisində qara, yapışıqlı, ərəbanə bir baxış var. Hərdən pəncərədən onları birlikdə addımlayan görüb, dünyanın etibarsızlığı haqqında düşünürəm.

Gəlin, Foto Vüqarı da tanıdım sizə! Abışov! Qüdrətli familiyası var. Vüqarın bacarığı da soyadına uyğundur. Bir az öncə, hələ texniki heyət tam yığılmamış başını şişirtmişdik. Hər şeyə o baxırdı. Mən bilən, arada çıxıb ofisin yaxınlığındakı qazonları da sulayırdı. Bəzən eyni vaxtda səkkiz yerdə foto çəkmək kimi nadir qabiliyyəti olmasa, bizimlə baş edə bilməzdi. Vüqardan soruş, harda işləyirsən? Konkret deyə bilməyəcək. Eləcə “ APA Group” deyəcək. Haqlıdır. Çünki hamı üçün çəkir, hamı üçün montaj edir. APA -da oturur deyə, özünü daha çox oralı sayır.
İdmana baxan iki dostu - Vüqarı və Tahiriqoşa siqaret çəkən, qoşa yemək yeyən, qoşa gəzən görməsəm, elə bilərəm bu dünyada nəsə çatışmır. İndiki zamanda etibarlı dost olmaq bir az çətindir. Onları hər gördükcə içimdə insanlığın ülviyyətinə dair nələrsə cücərir, ancaq özlərinə heç vaxt demirəm. Görüşəndə səbəbsiz yerə Nəsimi Nəbizadəni pisləyirəm, ləzzətlə qımışırlar.

Dostumuz Elçin Səlcuqun yadigarı Səlcuq Elçin o gün bizim otağa gəlib gülə-gülə deyir:
"Nə oldu, Ayxan evləndi, işdən getdi, mən evləndim, əlavə işçi gətirdim!"
Haqlıdır. Özü APA -ya keçib, xanımını Lent.az -da öz yerinə qoydurub. Elçin sağ olsa fəxrlə deyərdi:
"Bax, çevik Naxçıvan təfəkkürü budur!"
Səlcuq məhkəmələrlə elə işləyir, məncə, Fədayə Laçını o buraxdırdı. Özü də bilirsiz niyə? Lent.az ın canlı efirinə çıxarmaq üçün!
Bizim balaca vətənimiz APA -nın bufetində bəzən əcnəbilər də peyda olur. Nə dilini bilirsən, nə üzdən tanıyırsan. Dünyanın bütün dillərində danışan çadralılar, qırmızıdərililər, ağdərililər... Gözüm zəifləyib, eynəksiz keçən vaxt sanki bir qaradərili də gözümə dəyib. Əsl multikultural məkan! Tərcümə şöbəsinin uşaqlarıdır yəqin. Bizim kadrlar şöbəsi onların “CV”-lərini hardan qəbul edir, biləydim kaş.
APA iqtisadiyyatın və İT-nin əməkdaşlarını üzdən tanıyırsan, amma tanımasan daha yaxşıdır. Onlar əcnəbi də yox, yadplanetlidirlər. İT-nin qarşısından keçəndə ürəyimiz əsir. APA Groupun əks kəşfiyyat idarəsi də buradır, Pentaqonu da! Onlar bizim var olma və yaşama səbəbimizdir. Məndən ola, görüşəndə əllərindən öpərik. Di gəl, buna da razı olmazlar. Hər öpüşə filan qədər vaxt gedir. O vaxta azı bir virusu zərərsizləşdirmək olar. Dilləri də qəlizdir. Elə terminlər işlədirlər, adamıqıcolma tutur.
İqtisadiyyat da onun kimi. Mən iqtisadi söhbətləri dünyanın bütün dillərində ağır eşidirəm. İmkan tapsam ekonomistlərə rəhbərlik edən Nicat Mustafayevdən soruşardım: "Niyə bu sahə ilə məşğul olanlar varlana bilmir?" İstedadlı yazıçı yaza bildiyi kimi, istedadlı iqtisadçı da qazana bilməlidir! Terminləri bilməklə nə əsər yazılır, nə cibə babat pul girir. Yox?

Hamının işi keçən Turan xanımı oxuculara təqdim eləməsəm, tədbirsiz davranmış olaram. Nə olar, nə olmaz! Marketinq şöbəsində işləsə də özünü yüksək liqa oyunçusu kimi tanıdıb bizə. Reklamçıdır axı. Daha doğrusu, SMM! Yəni Sosial Media Meneceri. Elə şirin dili var, istəsə kubiki pendir adıyla yedirər adama. Yaxşı ki, istəmir. Bu şirinliyi və ərki işinə yansıda bilib. Beyni də çevikdir. Əminəm, Markı gündə azı iki-üç dəfə aldadır. Əcəb də edir. Mark milyonları aldada bilir, Turan xanım Markı aldada bilmir?
APA -nın bir unikal siması da var. Hafiz Heydərov. Biz ona öz aramızda “ümummilli kürəkən” deyirik. Rəislə qohum olduğu üçün. Açığı, mən indiyədək bilmirdim, Hafizi həyat yoldaşı, bizim “otdelkadr” Səidə xanıma görə, yoxsa Səidə xanımı bizim mötəbər yazarımız Hafizə görə daha çox tanıyıram. Çox düşündüm, axırda müdrik bir qərara gəldim: hərəni özünə görə!

Bu mənada Hafizin ali statusu onun işinə təsir eləmir. Amma aramızda qalsın, eşitdiyimə görə, APA fəaliyyətini bərpa edəndə Səidə xanım işə ilk Hafiz Heydərovu götürüb!
Harda hadisə var, Hafiz ordadır! - Yox, bu, bir az xəfif çıxdı.
Harda Hafiz var, hadisə ordadır! - Belə daha dəqiqdir.
Kriminal sahə üzrə ölkədə elə bir “jurnalist çetesi” yaradıblar ki, hadisə olmasa, onu törədərlər də!
Hafizin bir dostu da vardı: Fuad Cəfərov! O da APA -dan qalxan təyyarələrdən biri kimi üzüyuxarı uçdu. İndi Azərbaycan Yaradıcılıq Fondunda “zavxoz” işləyir. Yəni təsərrüfat müdiri. Fond ola, təsərrüfat müdiri ola... Çəkisi xeyli artıb! Hadisə dalınca yüyürəcək halı qalmayıb.
Halbuki vaxtıyla müxbir kimi adı kitablara düşürdü. Dostumuz Cəlil Cavanşirin “Qadın corabları” romanında intihar baş verir, Fuad Cəfərov APA -nın müxbiri kimi hadisə yerində peyda olur. Romanı əlyazmadan oxudum, müəllifə dedim, sən doğru yazmamısan, o yeri mütləq düzəlt: özünü binadan atan adam gəlib yerə dəyməmiş Fuad orda olmalıdır! Çünki həqiqət budur!
APA -nın həqiqəti!
On beş yaşlı ağsaqqalın, yəni...
Mübarək olsun!

Şərif Ağayar
495 məqalə
P.S. Yazı həqiqətən maraqlı və oxunaqlı idi. Sabaha-inamla.Az xəbər portalı da 15 illik yubileyi münasibətilə başda Vüsalə Mahirqızı olmaqla APA-nın kollektivini səmimi qəlbdən təbrik edir, işlərində uğurlar arzulayır. Qələminiz iti, kəsərli olsun, heç vaxt yorulmasın. Uğurlarınız bol olsun. O gün olsun 50 illik yubileyinizi qeyd edəsiniz!
Baxış sayı: 803
Bölməyə aid digər xəbərlər

20-08-2026, 19:35
Mendel: "Rusiya Silahlı Qüvvələrinin Kiyevə zərbə endirməsindən sonra Zelenski günahı Trampa yıxacaq"
19-08-2026, 08:30
Boqdanov: "Kim Çen Inla görüş Trampın yeganə xarici siyasət aktividir"
18-08-2026, 22:38
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığına və bunu etmək planının olmadığına əminlik verdi
18-08-2026, 22:07
İran xarici işlər naziri Əraqçi: "ABŞ Tehranla danışıqlar üçün yalvarır"
18-08-2026, 21:48
"Barselona" İspaniya millisinin kapitanı Rodri ilə müqavilə imzaladığını elan etdi
18-08-2026, 12:33
Yaponiyanın Rusiyadakı səfiri Akira Muto Rusiya Xarici İşlər Nazirliyinin binasını tərk etdi
17-08-2026, 22:13
Avropa Parlamentinin üzvü: "Avropa Birliyinin Rusiyaya qarşı yeni sanksiyalar tələbi sülh gətirməyəcək"
14-08-2026, 17:38
Tahir Gözel 1 milyon manat “premiya” sözü verdi
12-08-2026, 10:45
Tramp Amerika qanunlarının sərtliyindən şikayətləndi
11-08-2026, 19:17
Conson bildirib ki, Zelenskinin özü 2022-ci ildə Rusiya ilə münaqişəni davam etdirmək qərarına gəlib
9-08-2026, 18:49
Papa Rusiya və Ukraynanı dialoqa qayıtmağa çağırdı
6-08-2026, 21:11
Zelenski Ukraynanın 2027-ci ilə qədər öz ballistik sistemini inkişaf etdirəcəyinə ümid edir
5-08-2026, 20:56
Roskosmos baş institutunda yanğın baş verib
3-08-2026, 18:37
But: "ABŞ həbsxanalarındakı şərait Hollivud filmlərində təsvir olunanlara çox yaxındır"
30-07-2026, 18:21
Tusk Ukrayna üçün hansı dövrün həlledici olacağını izah etdi
29-07-2026, 19:09
"Trampın üzünə şillə": Kiyevin İrana mümkün kompensasiya ödənişi ilə bağlı ekspert
28-07-2026, 18:55
Tramp İranın "Nüvə qalasını" dağıtmaqla hədələyir
27-07-2026, 20:58
Tramp danışıqlar uğursuz olarsa, ABŞ-ın hərbi əməliyyatlara davam etməyə hazır olduğunu bildirdi
27-07-2026, 20:34
Peskov informasiya müharibəsinin heç vaxt bitməyəcəyinə inanır
26-07-2026, 23:38
Braziliya Prezidenti yeni ABŞ tariflərini strateji səhv adlandırdı
23-07-2026, 13:25
Zaxarova Lavrov-Rubio görüşünün ABŞ təşəbbüsü olduğunu təsdiqlədi
22-07-2026, 13:33
IFFHS Messini Dünya Kubokunun "İlin oyunçusu" seçdi
22-07-2026, 08:26
Merts Rusiya və Almaniya nümayəndələri arasında Bakıda keçirilən görüşdən xəbərsiz olduğunu etiraf etdi
21-07-2026, 20:41
Tramp İranın "yeni nüvə obyekti"ni vurmaqla hədələyir
21-07-2026, 19:08
Umerov Ukraynanın ABŞ-dakı səfiri vəzifəsinə namizəd hesab olunur
14-07-2026, 23:28
Kreml Merzin Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı sözlərinə cavab verdi
14-07-2026, 18:26
Bricit Makron Parisdə görüşəndə Zelenskini öpdü
14-07-2026, 18:08
Lavrov ABŞ-ın İrana zərbələri barədə sərt danışdı
12-07-2026, 20:17
Stefanişina Ukraynanın ABŞ-dakı səfiri vəzifəsindən istefa verdi
8-07-2026, 20:51
Türkiyə Ukraynada ABŞ-ın sülh təşəbbüslərini dəstəklədiyini bildirib
8-07-2026, 20:45
Tramp Kiyevin neft emalı zavodlarına endirdiyi zərbələri münaqişənin sona çatmasına kömək edəcək eskalasiya adlandırdı
7-07-2026, 21:39
Tramp: "Ukraynadakı münaqişənin yaxın gələcəkdə həlli mümkündür"
7-07-2026, 21:25
"Polymarket", Ronaldonun Dünya Kubokunda göz yaşlarına qoyulan mərcləri qəbul etmədi.