Bütün xəbərlər
Nazir icra başçısına "Sumqayıt çox dəyişib" dedi
Tarix: 25-10-2019 17:58 | Bölmə: Manşet

                  "Sumqayıt çox dəyişib" - Nazir icra başçısına (VİDEO)

                       


Azərbaycanda səfərdə olan Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Sumqayıtda açılış mərasimində iştirak edib.
Sabaha-inamla.Az Xeberle.com-a istinadən xəbər verir ki, bu gün Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu "Ziraat Bank Azərbaycan” ASC-nin Sumqayıt filialının açılışında iştirak edib. 
Açılış mərasimini bildirən rəmzi qırmızı lent kəsilib. Sonra M. Çavuşoğlu Sumqayıt filalının yerləşdiyi binada olan şəraitlə tanış olub, bankın əməkdaşları ilə söhbət edib. 
Bildirilib ki,  filialın fəaliyyəti ölkə iqtisadiyyatının və ölkələr arasındakı xarici ticarətin inkişafı ilə iqtisadi əlaqələrin güclənməsinə öz töhfəsini verəcək. 
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov ali qonağa şəhərlə bağlı hədiyyələr təqdim edib. 


Mövlud Çavuşoğlu Sumqayıtda - FOTO
Mövlud Çavuşoğlu Sumqayıtda - FOTO
Mövlud Çavuşoğlu Sumqayıtda - FOTO
Mövlud Çavuşoğlu Sumqayıtda - FOTO




Baxış sayı: 818


Bölməyə aid digər xəbərlər